130
121. Nikahı haram olan qadın ilə evlənməyə halal deyən kafir olar.
122.Meyxanalarda (şərab içilən yer) oyun yerlərində, günah işlənən məclislərdə,
radio və ya mikrofon ilə Qurani-Kərim və mövlud dinləyərək keflənmək küfr olar.
123. Qurani-Kərimi çalğı çalaraq oxumaq küfrdür.
124. Qurani-Kərimin radioda və mikrofonda söylənən, oxunan tam bənzərinə
də hörmətsizlik etmək küfr olar.
125. Allahü təaladan başqasına hər nə məqsəd ilə olursa-olsun Yaradan de-
mək küfrdür.
126. Abdülqadir yerinə, Abdülqoydur, demək, qəsd ilə olar isə küfrdür.
Abdülaziz yerinə Abdülüzeyz, Muhamməd yerinə Memo, Həsən yerinə Hasso,
İbrahim yerinə İbo, demək də belədir. Bu adları ayaqqabı və başmaqlara yazanların
və üzərlərinə basanların imanlarının getməsindən qorxulur.
127.Dəstəmazsız olduğunu bilərək namaz qılmaq və sünnət olan bir işi
bəyənməmək küfrdür. Sünnətə əhəmiyyət verməmək küfrdür.
128. Cahillərin Övliyanı yaradan hesab etmələrindən qorxduğumuz üçün tür-
bələri yıxırıq sözü küfrdür.
129. Başqasının, hələ öz övladının kafir olmasına səbəb olan kafir olar.
130. Zinaya, livataya (uşaqbazlığa) caiz, demək küfrdür.
131. Nass ilə (yəni ayət və hədis ilə) və icma ilə bildirilmiş olan harama əhə-
miyyət verməmək küfrdür.
132. Böyük günahlara davam etmək, inad etmək küfrə aparar. Namaza əhə-
miyyət verməmək küfrdür.
133. Üzərində islam yazısı, hətta hərf olan kağızı, örtüyü, səccadəni yerə qoy-
maq (təhqir üçün sərmək və ya istifadə etmək) küfr olar.
134. Allahü təaladan ayrı olaraq bir ölüdən bir şey gözləmək küfr olar.
135. Tez verən baba , demək çox çirkin və küfrə səbəb olar.
136. Meyidi torpağa basdırmaq fərz olduğu üçün bu fərzə əhəmiyyət vermə-
yərək xidmətdən qaçanın, elmi, fənni irəli ataraq, ölüləri basdırmaq gericilikdir.
Bütpərəst, brahman, kommunist kafirləri kimi ölüləri yandırmaq daha yaxşıdır, de-
yənin imanı gedər, mürtəd olar.
137. Allahü təalanın vəlilərindən (övliyalarından) ölü və ya diri hər hansı biri-
ni, dil və ya qəlb ilə inkar etmək küfrdür.
138. Övliyaya və elmi ilə amil olanlara düşmənlik küfrdür.
139. Övliyada ismət xüsusiyyəti (günah işləməmək) vardır, demək küfrdür.
(İsmət xüsusiyyəti yalnız Peyğəmbərlərdə olur).
140. Batıni elmdən nəsibi olmayanın imansız getməsindən qorxulur. Bundan
nəsib almanın ən azı bu elmə inanmaqdır.
141. Qurani-Kərimi din alimlərindən heç birinin oxumadığı şəkildə oxumaq,
mənanı və kəlmələri pozmasa belə, küfrdür.
142. Keşişlərin ibadətlərinə məxsus şeyi istifadə etmək küfrdür.
143. Hər hansı bir hadisənin öz-özünə olduğuna inanmaq və heyvanların tək
hüceyrəlilərdən yüksək quruluşlara doğru, bir-birinə və nəhayət insana döndüyünü
söyləmək küfrdür.
131
144. Namazı bilə-bilə qılmayıb, qəza etməyi düşünməyən, bunun üçün əzab
çəkəcəyindən qorxmayan kimsə hənəfi məzhəbində də kafirdir.
145. Kafirlərin ibadətlərini ibadət olaraq etmək, məsələn kilsələrdə çaldıqları
orqan kimi çalğıları və zəngləri məscidlərdə çalmaq və islamiyyətin kafirlik əlamə-
ti saydığı şeyləri zərurət və məcburiyyət olmadan istifadə etmək küfr olar.
146. Əshabi-kirama söyənə mülhid deyilir. Mülhid kafir olur.
147. Kafirlərin rəsmlərini yüksəyə asaraq hörmət etmək küfrdür.
148. Rəsmin, heykəlin sahibində və səlibdə (xaçda) və ya ulduz, günəş, inək
kimi hər hansı bir şeydə, üluhiyyət (ilahi) xüsusiyyəti olduğuna inanaraq, məsələn,
istədiyini yaradar, hər istədiyini edər, xəstəyə şəfa verər deyərək hörmət etmək
küfr olar.
149. Həzrəti Aişəyə nalayiq söz deyən (fahişə deyən) və Atasının əshabə ol-
duğuna inanmayan kafir olar.
150. İsa-əleyhissəlamın göydən enəcəyi də mütləq olaraq bilinir. Buna inan-
mayan kafir olar.
151. Qurani-Kərimdə və hədis şərifdə Cənnət ilə müjdələnən kimsəyə kafir,
demək küfrdür.
152. Əbu Bəkri Sıddıq ilə Ömər-ül-Farukun “radıyAllahü təala anhüm” xila-
fətə haqları yox idi, demək küfrdür.
153. Fənnin, təcrübənin xaricində olan, fənn ilə əlaqəsi olmayan ayəti-kərimə-
ləri fənn elminə uydurmağa çalışmaq, Sələfi-salehinin təfsirlərini dəyişdirmək bö-
yük günah olar. Belə təfsir və tərcümə edənlər kafir olar.
154. Müsəlman adlanan bir qız həddi-büluğa çatınca müsəlmanlığı bilməzsə,
kitabsız kafir olar. Kişi üçün də belədir.
155. Müsəlman qadının başı, qolları və ayaqları açıq olaraq küçəyə çıxması,
kişilərə göstərməsi haramdır, günahdır. Əhəmiyyət verməzsə, aldırış etməzsə, ima-
nı gedər, kafir olar.
156. Peyğəmbərimizin bildirdiyi fərzlər və haramlar da, Qurani-Kərimdə
açıqca bildirilən fərzlər, haramlar kimi qiymətlidir. Bunlara da inanmayan, qəbul
etməyən dindən çıxar, kafir olar.
157. Rükü təsbehində “Zı” ilə “azım”, demək: “Rəbbim böyükdür” , demək-
dir. Əgər incə “Zə” ilə “azim” deyilərsə: “Rəbbim mənim düşmənimdir”, demək
olar və namaz pozulur, məna dəyişdiyi üçün küfrə də səbəb olar.
158. Qurani-Kərimi melodik şəkildə oxuyan hafıza, nə gözəl oxudun deyən
kimsənin imanı gedər, kafir olar. Dörd məzhəbdə də haram olan bir şeyə gözəl deyən
kafir olar. Səsi, sədası, Qurani-Kərim oxuması gözəl, demək istəyən kafir olmaz.
159. Mələklərin və Cinin varlığına inanmayan kafir olar.
160. Qurani-Kərimin ayətlərinə, kəlmələrin açıq, məşhur mənaları verilir. Bu
mənaları dəyişdirərək, batinilərə (İsmaililərə) tabe olanlar kafir olar.
161. Sehr edərkən küfrə səbəb olan kəlmə və iş olarsa küfrdür.
162. Müsəlmana, “ey kafir” deyən (və ya, müsəlmana masson deyən, kommu-
nist deyən) onu kafir etiqad edərsə, özü kafir olar.
132
163. İbadətləri edən kimsə imanının pozulmasında şübhə edər və günahım
çoxdur, ibadətlərim məni qurtarmaz, deyə düşünərsə, imanının qüvvətli olması
hesab edilir. İmanının davam edəcəyindən şübhə edən kafir olar.
164. Peyğəmbərlərin sayını söyləmək, Peyğəmbər olmayanı Peyğəmbər et-
mək və ya Peyğəmbəri Peyğəmbər qəbul etməmək küfrdür. Çünki Peyğəmbərlər-
dən birini qəbul etməmək, heç birini qəbul etməmək, deməkdir.
Müsəlman olan kişi və ya qadın, alimlərin söz birliyi ilə küfrə səbəb olacağını
bildirdikləri bir sözün və ya işin küfrə səbəb olduğunu bilərək, qəsdən (vadar edil-
mədən, könüllü) ciddi olaraq və ya yumor, güldürmək üçün söyləyər və ya edərsə
mənasını düşünməsə belə imanı gedər, mürtəd olar. Buna “ Küfri inadi” deyilir.
Küfri inadi ilə mürtəd olanın, əvvəlki ibadətlərinin savabları yox olar. Tövbə edər-
sə, geri gəlməzlər. Zəngindirsə, yenidən həccə getməsi lazımdır. Mürtəd ikən qıl-
mış olduğu namazları, orucları, zəkatları qəza etməz, ondan əvvəl etmədiklərini qə-
za edər. Tövbə etmək üçün yalnız Kəlmeyi-şəhadət söyləmələri kafi deyildir.
Küfrə səbəb olan o şeydən də tövbə etmələri lazımdır. (İslamiyyətdən hansı
qapıdan çıxmışdısa, o qapıdan girməsi lazımdır). Əgər küfrə səbəb olacağını bil-
məyib söyləyər, yaxud edərsə və ya küfrə səbəb olması alimlər arasında ixtilaflı
olan bir sözü qəsdən söyləyərsə, imanının gedəcəyi, nikahının pozulacağı şübhəli-
dir. Ehtiyatlı olaraq, təcdidi iman və nikah etməsi yaxşı olar. Bilməyərək söyləmə-
yə “ Küfri-cəhli” deyilir. Bilməməsi üzr deyil, böyük günahdır. Çünki hər müsəl-
manın bilməsi lazım olan şeyləri öyrənməsi fərzdir. Küfrə səbəb olan sözü, xəta
edərək, çaşaraq və ya vadar edilərək söyləyənin imanı və nikahı pozulmaz. Yalnız
tövbə və istiğfar, yəni təcdidi-iman etməsi yaxşı olar.
Bir kafir bir kəlmeyi-təvhid söyləməklə mömin olduğu kimi, bir mömin də
bir söz söyləməklə kafir olar.
Bir müsəlmanın bir sözündə və ya bir işində yüz məna olsa, yəni yüz şey an-
laşılsa, bunlardan biri o kimsənın imanlı olduğunu göstərsə, 99-u, kafir olduğunu
göstərsə, o kimsənin müsəlman olduğunu söyləmək lazımdır. Yəni küfrü göstərən
99 mənaya baxılmaz. İmanı göstərən bir mənaya baxılır. Bu sözü səhv anlamama-
lıdır. Bunun üçün iki nöqtəyə diqqət etməlidir. Birincisi, söz və ya iş sahibinin mü-
səlman olması lazımdır. Bir fransız Qurani-Kərimi tərifləsə, bir ingilis, Allah birdir
desə, bunların müsəlman olduğu söyləmək olmaz. İkincisi, bir sözün və ya bir işin
yüz mənası olsa deyildi. Yoxsa, yüz sözdən və ya yüz işdən biri imanı göstərsə, 99-
u küfrü bildirsə, bu kimsəyə müsəlman deyiləcəyi bildirilmədi.
– Hər müsəlman sabah və axşam, bu iman duasını oxumalıdır:
“ALLAHÜMMƏ İNNİ ƏUZU BİKƏ MIN ƏN ÜŞRİKƏ BİKƏ ŞEY-ƏN
VƏ ƏNƏ ALƏMÜ VƏ ƏSTAĞFİRÜ-KƏ Lİ-MA LA-ALƏMÜ İNNƏKƏ
ƏNTƏ ALLAMÜL-QUYUB.”
“ ALLAHÜMMƏ İNNİ ÜRİDÜ ƏN ÜCƏDDİDƏL İMANƏ VƏNNİKƏ-
HA TƏCDİDƏN Bİ-QAVLİ LA İLAHƏ İLLALLAHÜ MUHAMMƏDÜN
RƏSULULLAH” deyərək də tövbə, təcdidi iman və nikah etməlidir.
Dostları ilə paylaş: |