116
Kəffarə isqatı buğda yerinə un və ya
min yeddi yüz əlli qram arpa, xurma,
üzüm ilə də hesablanaraq verilə bilər (Çünki bunlar buğdadan daha qiymətli ol-
duğu üçün kasıba daha faydalıdırlar). Hamısının yerinə qiymətləri qədər qızıl və
ya gümüş də verilə bilər (Kağız pul ilə isqat edilməz). Səcdəi-tilavət üçün fidyə
vermək lazım deyil.
İSQAT VƏ DÖVR NECƏ YERİNƏ YETİRİLİR
Fidyənin məbləği mirasın üçdə birini aşarsa, varisləri icazə vermədikcə qəy-
yumu üçdə birindən çoxunu sərf edə bilməz.
“Kinyə” kitabında deyilir ki, bütün
ömrünün namazları üçün malının üçdə birinin verilməsini vəsiyyət edən ölünün
borcu da olsa, borc verən vəsiyyətin yerinə yetirilməsinə icazə versə də, vəsiyyə-
tin yerinə yetirilməsi caiz olmaz. Çünki İslamiyyət
hər şeydən əvvəl borcun ödə-
nilməsini əmr edir. Borcu ödəmək borc verənin razı olması ilə sonraya təxirə
salmaq olmaz.
Bütün namazların isqat edilməsi üçün vəsiyyət edənin hansı yaşda olması
bilinmirsə, qoyduğu mirasın üçdə biri namazlarının isqatına çatmadığı zaman bu
vəsiyyət caiz olur. Mirasın üçdə biri isqat üçün çatar və artıq qalarsa bu vəsiyyəti
caiz olmaz, batil olur. Çünki malın üçdə biri isqata çatmadığı zaman üçdə biri ilə
isqat ediləcək namazların sayı məlum olduğundan vəsiyyəti bu namazlar üçün
sahih olar. Geri qalan namazları üçün olan vəsiyyəti ləğv, yəni boş söz olur. Üçdə
biri çox olduğu zaman ömrü və dolayısı ilə namaz sayı məlum olmadığı üçün və-
siyyəti batil olur.
Namaz isqatı üçün vəsiyyət edən ölünün heç malı yoxdursa və ya üçdə biri
vəsiyyətə çatmırsa və ya heç vəsiyyət etməmişsə və qəyyumu öz malı ilə isqat
etmək istəyirsə
“Dövr” edər. Lakin dövr etməyə məcbur deyil. Dövr etmək üçün
qəyyum bir aylıq və ya bir illik isqat üçün lazım olar qızıl pul və ya bilərzik,
üzük və ya işlənilən gümüş borc alır. Ölü kişidirsə yaşından on iki il, qadındırsa
doqquz il çıxaraq neçə illik borcu olduğu hesablanar.
Bir günlük altı namaz
üçün on kilo, bir günəş ili üçün üç min altı yüz altmış kilo buğda vermək
lazımdır. Məsələn, bir kilo buğda yüz səksən qəpik
olduğu zaman bir illik namaz
isqatı altı min beş yüz doxsan səkkiz və ya qısa olaraq altı min altı yüz manat
olur. Bir qızıl pul (7,7 qramdır) yüz iyirmi manat olduğu zaman,
bir illik namaz
isqatı üçün əlli beş və ya ehtiyatlı olaraq altmış qızıl pul lazım olur. Ölünün
qəyyumu beş qızıl borc alsa və dünyaya düşgün olmayan, dinini bilən və sevən
bir neçə, məsələn, dörd kasıb tapsa (bunların fitrə verməyəcək və sədəqə alacaq
qədər kasıb olması lazımdır. Kasıb olmazlarsa, isqat qəbul olunmaz), ölünün
qəyyumu, yəni vəsiyyət etdiyi adam və ya varislərindən
biri və ya bunlardan biri-
nin vəkil etdiyi kimsə “Mərhum ........ əfəndinin isqatı namazı üçün əvəz olaraq
bu beş qızılı sənə verdim” deyərək beş qızılı birinci kasıba sədəqə niyyət edərək
verir. Sonra kasıb, “aldım, qəbul etdim, sənə hədiyyə etdim” deyərək bunu varisə
117
və ya varisin vəkilinə hədiyyə edər və varis təslim alar. Sonra yenə buna və ya
ikinci kasıba verər və hədiyyə olaraq ondan təslim alar. Beləliklə də, eyni kasıba
dörd dəfə və ya dörd kasıba bir dəfə verib-almaqla bir dövr olur.
Bir dövrdə
iyirmi qızıllıq namaz kəffarəsi isqat edilmiş olur. Ölü kişi və altmış yaşındadırsa,
qırx səkkiz illik namaz üçün 48 x 60 = 2880 qızıl vermək lazım olur. Bunun üçün
də 2880 : 20 = 144 dəfə dövr edər. Qızılın miqdarı ondursa, 72 dövr; qızılın miq-
darı iyirmidirsə, 36 dövr edər. Kasıbın miqdarı on və qızılın miqdarı da ondursa,
48 illik namaz kəffarəsinin isqatı üçün iyirmi doqquz dövr edər. Çünki:
Namaz qılmadığı illər X bir illik qızılın miqdarı = kasıb miqdarı X dövr
edən qızılın miqdarı X dövr sayı. Misalımızda təxmini olaraq:
48 x 60 = 4 x 5 x 144 = 4 x 10 x 72 = 4 x 20 x 36 = 10 x 10 x 29
Görünür ki, namaz isqatında dövr sayını tapmaq üçün
bir illik qızılın sayı ilə
ölünün namaz borcu vurulur. Ayrıca olaraq dövr olunan qızılın miqdarı ilə
kasıb miqdarı da vurulur. Birinci vurma ikinci vurmaya bölünür. Bölmə dövr
sayı olur. Buğdanın və qızılın kağız pul dəyərləri hər zaman təxmini olaraq eyni
nisbətdə dəyişməkdədir. Yəni qızılın dəyəri ilə buğdanın dəyəri hər zaman birlikdə
azalmaqda və ya artmaqdadır. Bu baxımdan isqat üçün bir illik buğda miqdarı
dəyişmədiyi kimi bir illik qızıl miqdarı da, yəni yuxarıda tapdığımız altmış qızıl da
təxminən eynidir. Bunun üçün isqat hesabında hər zaman ehtiyatlı olaraq:
Bir aylıq namaz isqatı beş qızıldır.
Bir aylıq Ramazan orucu isqatı bir qızıldır
qəbul edilməkdədir. Dövr edilən qızıl miqdarı və dövr sayı buradan tapılır.
Namaz isqatı qurtardıqdan sonra tutulmayan, qəza edilməsi lazım olan oruc-
ların isqatı üçün beş qızıl dörd kasıba üç dəfə dövr edilir.
Çünki bir illik, yəni
otuz günlük oruc kəffarə isqatı əlli iki yarım kilo buğda və ya 5,25 qram qızıl,
0,73 ədəd qızıl pul təşkil edir. Görünür ki, Hənəfi məzhəbində
bir qızıl bir illik
oruc kəffarəsini isqat edər və qırx səkkiz il üçün qırx səkkiz qızıl vermək la-
zımdır. Beş qızıl ilə dörd kasıba
bir dövr edəndə, iyirmi qızıl verilmiş sayılır. Qə-
za edilməsi lazım olan orucların isqatı edildikdən sonra zəkatı üçün sonra qurban
üçün bir neçə dövr edilir.
Bir andiçmə kəffarəsi üçün hər gün on kasıb və üzrsüz pozulub kəffarə la-
zım olan bir günlük oruc kəffarəsi üçün bir gündə altmış kasıb lazımdır və bir ka-
sıba bir gündə yarım sa buğdadan artıq verilməz. O halda andiçmə və oruc kəffa-
rəsi üçün bir gündə dövr edilməz. Andiçmə vəsiyyəti varsa, bir andiçmə üçün bir
gündə on kasıbın hər birinə iki kilo buğda və ya un və ya bu dəyərdə hər hansı
bir mal, qızıl, gümüş verilər. Bunları bir kasıba on gün ard-arda vermək də olar.
Yaxud bir kasıba kağız
pul verib, “səni vəkil elədim. Bu pul ilə hər gün sabah və
axşam olmaqla iki dəfə on gün qarnını doyduracaqsan!” deməlidir. Qarnını belə
on gün doydurmayıb, qəhvə, qəzet pulu etsə caiz olmaz. Ən yaxşısı bir aşpaz ilə
bazarlıq edib on günlük pulu aşpaza verib, kasıb bu aşpaz da hər gün səhər və ax-
şam olmaqla iki dəfə qarnını doyurmalıdır. Niyyət etdikdən sonra pozulan oruc
və zihar kəffarələri də bu cür olub bu ikisində bir günün kəffarəsi üçün altmış ka-