11
Ədasına tamamilə riayət olunan namaz Allahü təalanın bəyəndiyi bütün
əməllərin ən üstünüdür. Peyğəmbərlərin sünnətidir. Mələklərin sevdiyidir.
Mərifətin, yerin və göylərin nurudur. Bədənin qüvvətidir. Ruzilərin bə-
rəkətidir. Duanın qəbuluna vəsilədir. Mələk-ül-məvtə (yəni ölüm mələyinə)
şəfaətçidir. Qəbirdə işıq, Münkər və Nəkirə cavabdır. Qiyamət günündə
üzərinə kölgədir. Cəhənnəm atəşi ilə öz arasında sipərdir. Sirat körpüsünü
ildırım kimi keçirəndir. Cənnətin açarıdır. Cənnətdə başına tacdır. Allahü
təala möminlərə namazdan daha önəmli bir şey verməmişdir. Əgər na-maz-
dan daha üstün bir ibadət olsaydı, ən öncə möminlərə onu verərdi. Çünki
mələklərdən kimi davamlı kıyamda, kimi rüküdə, kimi səcdədə, kimi də tə-
şəhhüddədir. Bunların hamısını bir rükət namazda toplayıb, möminlərə hə-
diyyə verdi. Çünki namaz imanın başı, dinin dirəyi, islamın qavli (sözü) və
möminlərin miracıdır. Göyün nuru və Cəhənnəmdən qurtarıcıdır”.
Bir gün Həzrəti Əlinin “radıyallahü anh və kərrəmallahü vəchəh” ikindi nama-
zı keçmişdi. Üzüntüsündən özünü bir təpədən aşağı atdı. İnləyə-inləyə ağlayıb fər-
yad etdi. Peyğəmbərimiz Muhamməd Mustafa “sallallahü aləyhi və səlləm”, onun
bu halından xəbər tutunca, Əshabəsi ilə bərabər həzrəti Əlinin “radıyallahü anh” ya-
nına gəldilər. Halını görüncə kainatın əfəndisi olan Peyğəmbərimiz “sallallahü aləy-
hi və səlləm” də ağlamağa başladı. Dua etdi. Günəş təkrar yüksəldi. Rəsulullah
“sallallahü aləyhi və səlləm” əfəndimiz: “
Ya Əli! Başını qaldır, günəş hələ görü-
nür” buyurdu. Həzrəti Əli “radıyallahü anh” buna çox sevindi və namazını qıldı.
Həzrəti Əbu Bəkri Sıddıq “radıyallahü anh” bir gecə çox ibadət etdiyindən,
gecə sonunda yuxu apardı. Vitr namazı keçdi. Sübh namazında Peyğəmbər əfən-
dimizi təqib edərək məscid qapısında hüzuruna gəlib fəryad etdi. “Ya Rəsulallah!
Köməyimə çat, vitr namazım keçdi” deyə ağlayaraq yalvardı. Rəsulullah əfəndi-
miz də ağlamağa başladı. Bunun üzərinə Cəbrayıl-əleyhissəlam gəlib,
“Ya Rəsu-
lallah! Sıddıqa söylə ki, Allahü təala Onu əfv etdi” dedi.
Övliyanın böyüklərindən Bayəzidi Bistami “quddisə sirruh” bir gecə yuxu-
ya dalıb, sübh namazına oyana bilmədi. O qədər ağlayıb inlədi ki, bir səs eşitdi:
“Ey Bayəzid! Bu qüsurunu əfv etdim. Bu ağlamanın bərəkəti ilə sənə ayrıca yet-
miş min namaz savabı verdim”. Bir neçə ay sonra yenə yuxuya daldı. Şeytan gə-
lib mübarək ayağından tutaraq oyandırdı. “Qalx, namazın keçir”, dedi. Bayəzidi
Bistami həzrətləri buyurdu ki: “Ey lənətlənmiş, sən belə iş necə edərsən? Sən hər
kəsin namazının
keçməsini, vaxtını keçirməsini istəyirsən. Məni nə üçün oyat-
dın?” Şeytan dedi ki: “Sübh namazını keçirdiyin gün ağlayaraq yetmiş min na-
maz savabı qazanmışdın. Bu gün onu düşünərək səni oyandırdım ki, bir vaxt na-
maz savabı alasan. Yetmiş min namaz savabına qovuşa bilməyəsən!”
Böyük övliya Cüneydi Bağdadi həzrətləri buyurdu ki: “Dünyanın bir saatı
qiyamətin min ilindən daha yaxşıdır. Çünki bu bir saatda saleh,
məqbul bir əməl
işlənə bilər və o min ildə bir şey edilə bilməz”. Rəsulullah “sallallahü aləyhi və
səlləm” buyurdu ki:
“Bir kimsə bir namazı bilə-bilə o biri namaza birləşdi-
rərsə, səksən hukbə Cəhənnəmdə yanacaqdır”. Bir hukbə səksən axirət ilidir.
Axirətin bir günü min dünya ilidir.
12
O halda, ey din qardaşım! Vaxtını boş, faydasız şeylərlə keçirmə. Zamanı-
nın qiymətini bil. Vaxtını ən yaxşı şeylərə sərf et. Sevgili
Peyğəmbərimiz buyur-
muşdur:
“Müsibətlərin ən böyüyü, vaxtı faydasız şeylərlə keçirməkdir”. Na-
mazlarını vaxtında
qıl ki, qiyamət günü peşman olmayıb, çox böyük savaba qo-
vuşasan! Hədisi-şərifdə buyuruldu ki,
“Bir namazı vaxtında qılmayaraq qəza-
ya buraxıb, əda etməzdən öncə vəfat edənin məzarına Cəhənnəmdən yetmiş
pəncərə açılar və o kimsə qiyamətə qədər əzab çəkər”. Bir namazını vaxtında
qəsdən qılmayan, yəni namaz vaxtı keçərkən namaz qılmadığı üçün kədərlənmə-
yən dindən çıxar və ya ölərkən imansız gedər. Bəs görəsən namazı yadına belə
gətirməyən, namazı vəzifə bilməyənlərin vəziyyəti olacaq? Namaza əhəmiyyət
verməyənin, onu vəzifə olaraq qəbul etməyənlərin “
mürtəd”, yəni kafir olacaq-
larını dörd məzhəbin bütün alimləri söz birliyi ilə bildirmişdilər. Namazı bilə-bi-
lə qılmayıb qəza etməyi düşünməyən və bunun üçün əzab çəkəcəyindən qorxma-
yanın da “
mürtəd” yəni kafir olacağı Abdülgani Nablüsi həzrətlərinin “Hadika-
tün nədiyyə” kitabinın “Dilin fəlakətləri” bölümündə yazılmışdır.
_______________
İmamı Rabbani həzrətləri
“Məktubat” kitabının 1-ci cild, 275-ci məktu-
bunda buyurur ki:
Sizin bu nemətə qovuşmanız, islami elmləri öyrətməklə və fiqh hökmlərini
yaymaqla olmuşdur. Oralara cəhalət yerləşmişdi və bidətlər yayılmışdı. Allahü
təala sevdiklərinin sevgisini sizə ehsan etdi. İslamiyyəti yaymağa sizi vəsilə etdi.
Elə isə, dini elmləri öyrətməyə və fiqh əhkamını yaymağa əlinizdən
gəldiyi qədər
çalışın. Bu ikisi bütün səadətlərin başı, yüksəlmənin vasitəsi və qurtuluşun
səbəbidir. Çox çalışın! Din adamı olaraq ortaya çıxın! Oradakılara əmri maaruf
(dinin əmrlərini öyrətmək) və nəhyi münkər (günahlardan çəkindirmək) edərək
doğru yolu göstərin! Müzzəmmil surəsinin 19-cu ayətində məalən,
“Rəbbinin
rizasına qovuşmaq istəyən üçün bu, əlbəttə, bir nəsihətdir” buyuruldu.
_________________________
Gəlin namaz qılaq, qəlbdən pası silək,
Allaha yaxınlaşmaq olmaz, namaznıı qılmadıqca!
Harada namaz qılınar, günahlar həmişə tökülər,
İnsan, kamil ola bilməz, namazını qılmadıqca!
Qurani-Kərimdə Haqq namazı çox mədh etdi,
Dedi sevmərəm insanı, namazını qılmadıqca!
Bir hədisi-şərifdə: İmanın əlaməti,
İnsanda müəyyən olmaz, namazını qılmadıqca!
Bir namazı qılmamaq, əkbəri kəbairdir,
Tövbə ilə əfv olmaz, qəzasını qılmadıqca!
Namazı əhəmiyyətsiz görən, imandan çıxar dərhal,
Müsəlman ola bilməz o, namazını qılmadıqca!
Namaz qəlbi təmizləyər, pislikdən kənar edər,
Münəvvər ola bilməzsən, namazını qılmadıqca!