84
TƏŞRİK TƏKBİRİ:
“ALLAHÜ-ƏKBƏR, ALLAHÜ-ƏKBƏR. LƏ İLƏHƏ İLLƏLLAH
VALLAHÜ-ƏKBƏR. ALLAHÜ-ƏKBƏR VƏ LİLLƏHİLHƏMD”.
ÖLÜMƏ HAZIRLIQ
Ölümü xatırlamaq ən böyük nəsihətdir. Hər iman sahibinin ölümü çox xatırla-
ması sünnətdir. Ölümü çox xatırlamaq əmrlərə sarılmağa və günahlardan çəkinmə-
yə səbəb olar. Haram işləməyə cəsarəti azalır. Sevgili Peyğəmbərimiz “sallallahü
aləyhi və səlləm” buyurdu ki: “ Ləzzətləri yıxan, əyləncələrə son verən ölümü
çox xatırlayın!”. Din böyüklərindən bəzisi hər gün bir dəfə xatırlamağı adət etmiş-
di. Övliyanın böyüklərindən Muhamməd Bəhaədini Buxari “quddisə sirruh” hər
gün 20 dəfə özünü ölmüş, məzara qoyulmuş düşünürdü.
Uzun əməl, çox yasamağı istəməkdir. İbadət etmək dinə xidmət etmək üçün
çox yasamağı istəmək uzun əməl deyildir. Uzun əməl sahibləri ibadətləri vaxtında
edə bilməzlər. Tövbə etməyi tərk edərlər. Qəlbləri qatı olar. Ölümü xatırlamazlar.
Öyüd və nəsihətlərdən ibrət almazlar.
Uzun əməl sahibi həmişə dünya malına və mövqeyinə qovuşmaq üçün ömrü-
nü sərf edər. Axirəti unudur. Yalnız zövq və səfasını düşünür. Hədisi-şəriflərdə bu-
yuruldu ki:
“Ölmədən əvvəl ölün. Hesaba çəkilmədən əvvəl özünüzü hesaba çəkin!”
“Ölümdən sonra olacaq şeyləri, sizin bildiyiniz kimi, heyvanlar da bilsə-
lərdi, yemək üçün kök heyvan tapa bilməzdiniz”.
“Gecə-gündüz ölümü xatırlayan kimsə qiyamət günü şəhidlər yanında
olacaqdır”.
Uzun əməlin səbəbləri: dünya zövqlərinə düşkün olmaq, ölümü unutmaq və
səhhətinə, gəncliyinə aldanmaqdır. Uzun əməl xəstəliyindən qurtulmaq üçün bu sə-
bəbləri yox etmək lazımdır. Ölümün hər an gələ biləcəyini düşünməlidir. Uzun
əməl sahibi olmağın zərərlərini və ölümü xatırlamağın faydalarını öyrənməlidir.
Hədisi-şərifdə buyuruldu ki:
“Ölümü çox xatırlayın. Onu xatırlamaq insanı günah işləməkdən qoru-
yar və axirətdə zərərli olan şeylərdən çəkinməyə səbəb olar”.
ÖLÜM NƏDİR?
Ölüm, yox olmaq demək deyildir. Ölüm, ruhun bədənə olan bağlılığının sona
çatmasıdır. Ruhun bədəndən ayrılmasıdır. Ölüm, insanın bir haldan başqa bir hala
dönməsidir. Bir evdən bir evə köçməsi kimidir. Ömər bin Abdülaziz həzrətləri
buyurdu ki, “Sizlər, ancaq əbədiyyət, sonsuzluq üçün yaradıldınız. Lakin bir evdən
bir evə köç edərsiniz”. Ölüm möminə hədiyyədir, nemətdir. Günahı olanlara müsi-
bətdir. İnsan ölümü istəməz. Halbuki ölüm fitnədən xeyirlidir. İnsan yasamağı se-
85
vər. Halbuki ölüm ona xeyirlidir. Saleh olan mömin ölüm ilə dünyanın əziyyət və
yorğunluğundan qurtulur. Zalımların ölümü ilə məmləkətlər və qullar rahata qovu-
şur. Bir zalımın ölümündə söylənən qədim bir beyt belədir:
Nə özü etdi rahat, nə aləmə verdi hüzur,
Yıxıldı getdi cahandan, dayansın əhli kubur.
Möminin ruhunun bədəndən ayrılması, əsirin həbsdən qurtulması kimidir.
Mömin öldükdən sonra bu dünyaya geri gəlmək istəməz. Yalnız şəhidlər dünyaya
geri gəlib bir daha şəhid olmaq istəyər. Ölüm hər müsəlman üçün hədiyyədir. Bir
adamın dinini ancaq məzarı qoruyar. Məzardakı həyat isə, ya Cənnət bağçalarında
olmaq və yaxud da Cəhənnəm çuxurlarında olmaq kimidir.
ÖLÜM HAQDIR
Ölümdən qurtulmaq mümkündürmü? Əlbəttə, deyildir. Kimsənin bir saniyə
belə yaşamağa əlində imkanı yoxdur. Əcəli gələn ölür. Bu vaxt göz açıb qapayana
qədər keçən bir andır. Qurani-Kərimdə bir ayəti-kərimədə, “ Əcəlləri gəldiyi za-
man onu bir saat irəli və geri çəkə bilməzlər” buyurulmuşdur. Allahü təala bir
kimsənin ölümünü harada təqdir etdi isə, o adam malını, mülkünü, övladını bura-
xıb orada vəfat edər. Allahü təala bizim gündə nə qədər nəfəs alıb verdiyimizi bilir.
Onun bilmədiyi bir şey yoxdur. İman edib həyatımız ibadət ilə keçdi isə, sonu səa-
dət olar. Allahü təala Əzrail-əleyhissəlama buyurur ki: “ Dostlarımın canını asan
al, düşmənlərimin canını çətin al!”. İman sahiblərinə, bu böyük müjdədir. İman-
dan məhrum qalanlar üçün də böyük fəlakətdir.
CƏNAZƏ NAMAZI
Bir möminin vəfat etdiyini xəbər alan kişilərə, kişi yoxdursa, qadınlara cənazə
namazı fərzi-kifayədir. Cənazə namazı Allahü üçün namaz və ölən üçün duadır.
Əhəmiyyət verməyənin imanı gedər.
CƏNAZƏ NAMAZININ ŞƏRTLƏRİ
1. Meyid müsəlman olmalıdır.
2. Yuyulmuş olmalıdır. Yuyulmadan basdırılan üzərinə torpaq atılmamış isə,
çıxarılıb yuyulur, sonra namazı qılınır. Cənazənin və imamın olduğu yerin təmiz
olması lazımdır.
3. Cənazənin və ya bədənin yarısı ilə, başının və ya başsız yarıdan artıq bədə-
nin imamın önündə olması lazımdır.
4. Cənazə yerdə və ya yerə yaxın, əllərlə tutulmuş və ya daş üstünə qoyulmuş
olmalıdır. Cənazənin başı imamın sağına, ayağı soluna düşməlidir. Tərsinə qoymaq
günahdır.
86
5. Cənazə imamın önündə hazır olmalıdır.
6. Cənazənin və imamın övrət yeri örtülü olmalıdır.
CƏNAZƏ NAMAZININ FƏRZLƏRI
1. Dörd dəfə təkbir gətirmək.
2. Ayaq üstə qılmaq.
CƏNAZƏ NAMAZININ SÜNNƏTLƏRI
1. Sübhanəkə oxumaq;
2. Salavat oxumaq;
3. Özünə, meyidə və bütün müsəlmanlara əfv və bağışlama üçün bildirilmiş
olan dualardan bildiyini oxumaq. Cənazə namazı məscid içərisində qılınmaz. Canlı
olaraq doğulduqdan sonra ölən uşağın adı qoyulur, yuyulur, kəfənlənir, namazı
qılınır. Cənazə daşınacağı zaman tabutun dörd qolundan tutulur. İlk olaraq cənazə-
nin baş tərəfi sağ çiyinə, sonra ayaq tərəfi sağ çiyinə, sonra baş tərəfi sol çiyinə,
sonra ayaq tərəfi sol çiyinə qoymaq surətiylə hər birində on addım daşınır. Qəbrə
çatdığı zaman cənazə çiyinlərdən yerə endirilmədikçə oturulmaz. Dəfn edilərkən
işi olmayanlar otururlar.
CƏNAZƏ NAMAZI NECƏ QILINIR?
Cənazə namazının dörd təkbirindən hər biri bir rükət kimidir. Dörd təkbirin
yalnız birincisində əllər qulaqlara qaldırılır. Sonrakı üç təkbirdə əllər qaldırılmaz.
1. İlk təkbir alınıb iki əl bağlanınca “ Sübhanəkə” oxunur və oxunarkən
“ vəcəllə sənəükə” də deyilir. Fatihə oxunmaz.
2. İkinci təkbirdən sonra təşəhhüddə oturarkən oxunan “salavat”lar, yəni
“Allahümmə salli” və “Barik” duaları oxunur.
3. Üçüncü təkbirdən sonra cənazə duası oxunur. [Cənazə duası yerinə
“ Rabbəna ati-na...” və ya yalnız “ Allahümməğfirləh” demək və yaxud dua
niyyətiylə “Fatihəi şərifə”ni oxumaq da olar.]
4. Dördüncü təkbirdən sonra dərhal sağa və sonra sola salam verilir. Salam
verərkən, cənazəyə və camaata niyyət edilir.
İmam yalnız dörd təkbiri və iki çiyinə salamı, yüksək səslə söyləyər, digərləri-
ni içində oxuyar.
Cənazə namazı qılındıqdan sonra tabutun yanında dua etmək caiz deyildir.
Məkruh olar.
TƏRAVİH NAMAZI
Təravih namazı kişi və qadınlar üçün sünnətdir. Ramazanı-şərifin hər gecəsin-
də qılınır. Camaat ilə qılınması sünnəti-kifayədir. Vaxtı işa namazından sonra və
Dostları ilə paylaş: |