90
dan, şişə görə göz yaşı axması bir namaz vaxtı içində davamlı olarsa,
bu kimsə və
istihaza qanı axan qadın üzr sahibi olarlar. Üzərini bağlamaqla, dərman ilə və ya
namazı oturaraq yaxud ima ilə qılaraq bunları dayandırmaq lazımdır. Sidik qaçıran
kişi sidik yoluna arpa qədər bitki pambıq soxar. Fitil az olan sidiyi əmərək çölə
damcılamasına mane olar. Beləcə, dəstəmaz pozulmaz. Sidiyə gedərkən fitil öz-özü-
nə çölə çıxar, gedər. Sidiyi çox qaçırsa, artığı fitildən keçərək çölə sızar və dəstə-
mazı pozulur. Sızan sidik paltarı kirlətməməlidir. Qadınlar önlərinə həmişə “Kür-
süf” deyilən parça qoymalıdır. Axıntını dayandıra bilməzlərsə, hər namaz vaxtında
dəstəmaz alıb namazı eləcə qılar. Üzr sahibi olan kimsə bir dəstəmaz ilə vaxt çıxına
qədər fərz, qəza və nafilə qıla bilərlər. Qurani-Kərimi əldə tuta bilərlər. Namaz vaxtı
çıxınca dəstəmazı pozulur. Vaxt çıxmadan əvvəl də üzr olan şeydən başqa bir səbəb
ilə dəstəmazı yenə pozulur. Məsələn, burun dəliklərinin birindən qan gələn vaxtı
dəstəmaz alıb sonra digər
dəlikdən də qan axmağa başlasa, dəstəmazı pozulur. Üzr
sahibi olmaq üçün dəstəmazı pozan şeyin bir namaz vaxtında davamlı axması
lazımdır. Dəstəmaz alıb, o vaxtın fərzini qılacaq qədər bir zaman ərzində axmazsa,
üzr sahibi olmaz. Malikinin bir qavlinə görə, bir damla axınca, üzr sahibi olar. Bir
kimsə üzr sahibi olunca, sonrakı namaz vaxtlarında bir dəfə bir damla gəlsə, üzr sa-
hibi olması o vaxtlarda da davam edər. Bir namaz vaxtında heç gəlməzsə, üzr sahibi
olmağı sona çatar. Üzrə səbəb olan nəcasət paltara dirhəm miqdarından artıq bulaş-
sa, təkrar bulaşmasına
mane olmaq mümkündürsə, bulaşmış yeri yumaq lazım olar.
Qüsl alınca xəstə olmaqdan və ya xəstəliyinin şiddətlənməsindən yaxud uzan-
masından qorxan təyəmmüm edər. Bu qorxu öz təcrübələri ilə, yaxud müsəlman,
adil həkimin söyləməsi ilə məlum olar. Fisqi, günah işləməsi dillərə düşmüş olma-
yan həkimin sözü də qəbul edilir. Soyuq olub, sığınacaq yer, suyu qızdıracaq şey,
şəhərdə hamam pulu tapmamaq xəstəliyə səbəb ola bilər. Hənəfidə bir təyəmmüm
ilə istədiyi qədər fərz qıla bilər. Şafiidə və malikidə hər fərz namaz üçün yenidən
təyəmmüm edər.
Dəstəmazda bədən üzvlərinin yarısında yara olan təyəmmüm edər. Yara yarı-
dan az isə, sağlamını yuyub, yaranı məsh edər. Qüsldə bütün bədən bir üzv sayıldı-
ğı üçün bütün bədənin yarısı yara isə təyəmmüm edər. Yaralı yer yarıdan az isə,
sağlamını yuyub yaraları məsh edər.
Yaraya məsh zərər verərsə, sarğıya məsh edər.
Bu da zərər verərsə, məshi tərk edər. Dəstəmazda və qüsldə başa məsh zərər verər-
sə, başı məsh etməz. Əli çolaq (ekzema-dəri xəstəliyi, yara) olub sudan istifadə edə
bilməyən təyəmmüm edər. Üzünü, qollarını yerə (əhəngli, torpaqlı, daşlı divara)
sürtər. Əlləri və ayaqları kəsik olanın üzü də yara isə, namazı dəstəmazsız qılar.
Dəstəmaz aldırması üçün kimsəni tapa bilməyən təyəmmüm edər. Uşağı, köləsi,
maaş ilə tutduğu kimsə kömək etməyə məcburdurlar. Başqalarından da kömək
istəyə bilər. Lakin onlar kömək etməyə məcbur deyildirlər. Qadın və ər də bir-
birlərinə dəstəmaz aldırmağa məcbur deyildirlər.
Qan aldıran, zəli istifadə edən, yarası, çibanı olan, sümüyü qırılan və ya yara-
lara sarğı (pambıq, bint, məlhəm) qoyan,
o hissəsini soyuq, isti su ilə yumağa və ya
məsh etməyə qadir ola bilməzsə, dəstəmazda və qüsldə bunların yarıdan artığı üs-
91
tünə bir dəfə məsh edər. Sarğını açmaq zərər verərsə, altındakı sağlam yerlər yu-
yulmaz. Sarğı aralarında görünən sağlam dəri qismləri məsh edilir. Sarğını dəstə-
mazlı olaraq sarımaq lazım deyildir. Məshdən sonra sarğı dəyişdirilərsə, üstünə
başqası da sarılarsa, yenisinə məsh lazım olmaz.
Ayaq üstə dura bilməyən və ya ayaq üstə durarsa, xəstəliyinin uzanacağını
çox zənn edən xəstə namazını oturaraq qılıb, rükü üçün bədənini bir az əyər. Sonra
dikəlib yerə iki dəfə səcdə edər. Asan bildiyi qədər oturar. Diz çökməsi, bardaş
qurması,
ihtiba etməsi, yəni ombası üzərinə oturub qollarını dizlərinin ətrafına hal-
qa etməsi caizdir. Baş, diz, göz ağrısı xəstəlik sayılır. Düşmənə görünmək qorxusu
da üzrdür. Ayaq üstə orucu, dəstəmazı pozulan da oturaraq qılar. Bir şeyə dayana-
raq ayaq üstə dura bilən dayanaraq qılar. Ayaq üstə artıq dura bilməyən, iftitah tək-
birini ayaq üstə alıb, ağrı hasil olunca oturaraq davam edər.
Yerə səcdə etməkdən aciz olan ayaq üstə oxuyub, rükü və səcdə üçün otura-
raq ima edər. Oturub
rükü üçün bir az, səcdə üçün daha çox əyilər. Bədənini əyə
bilməyən başını əyər. Bir şey üzərinə səcdə etməsi lazım deyildir. Bir şey üzərinə
səcdə edərsə, səcdə üçün rüküdən artıq əyilmiş isə namazı səhih olarsa da, məkruh-
dur. Dayanaraq oturmaq mümkün olarsa, uzanaraq ima caiz olmaz. Peyğəmbəri-
miz “sallallahü aləyhi və səlləm” bir xəstəni ziyarət etdi. Bunun əli ilə yastığı qal-
dırıb, üzərinə səcdə etdiyini görüncə, yastığı aldı. Xəstə odunu qaldıraraq bunun
üstünə səcdə etdi. Odunu da aldı və
“Gücün çatarsa, yerə səcdə et! Yerə əyilə
bilməzsən, üzünə bir şey qaldırıb, bunun üzərinə səcdə etmə! İma edərək qıl
və səcdədə rüküdən daha çox əyil!” buyurdu. “
Bahr-ür-raik”də bildirildiyi ki-
mi, Ali İmran
surəsinin 191-ci ayəti-kəriməsində,
“Namazı gücü yetən ayaq üstə
qılar. Aciz olan oturaraq qılar. Bundan da aciz olan yataraq qılar” buyurulur.
İmran bin
Husayn xəstə olunca Rəsulullah “sallallahü aləyhi və səlləm” buna,
“
Ayaq üstə qıl! Gücün yetməzsə, oturaraq qıl! Buna da qüdrətin olmazsa, yan
və ya arxası üstə uzanaraq qıl!” buyurdu.
Görünür ki, ayaq üstə dura bilməyən
xəstə oturaraq qılar. Otura bilməyən uzanaraq qılar. Stolda, kresloda qılmağa icazə
verilməmişdir. Xəstənin və avtobusda, təyyarədə gedənin, kresloda, stolda qılması
islamiyyətə uyğun deyildir. Camaata gedincə ayaq üstə qıla bilməyən evində ayaq
üstə qılar. İyirmi şeydən birinin olmaması camaata getməmək üçün üzr olar. Yağış,
şiddətli isti və soyuq, canına və ya malına təcavüz edə bilən düşmən qorxusu, yol-
daşlarının gedib
yolda tək qalmaqdan qorxmaq, havanın çox qaranlıq olması, kasıb
borclunun tutulub həbs olunmaqdan qorxması, kor olmaq, yeriyə bilməyəcək qədər
iflic olması, bir ayağının kəsik olması, xəstə, iflic olmaq, palçıq, yeriyə bilməmək,
yeriyə bilməyən yaşlı, nadir tapılan fiqh dərsini buraxmaq, sevdiyi yeməyi qaçır-
maq qorxusu, yolçuluğa hərəkət halında olmaq, yerinə buraxacaq kimsə olmayan
xəstə baxıcı, gecə şiddətli külək, tualetə getmək üçün sıxışmaq. Xəstəliyinin artma-
sından və ya uzanmasından qorxan xəstə və xəstəsi baxımsız
qalacaq olan xəstə
baxıcısı və çox qocalıqdan yeriməsi çətin olmaq, Cümə namazına getməmək üçün
üzrdür. Camaata yeriyərək gedib-gəlmək, vasitəyə minərək getməkdən yaxşıdır.
Məsciddə stulda, kresloda oturaraq ima ilə qılmaq caiz deyildir. İslamiyyətin bil-