87
vitrdən əvvəldir. Vitrdən sonra da qılına bilər. Məsələn, Təravih namazının bir qis-
minə çatıb, imamla vitr namazını qılan kimsə təravih namazından, çatıb qıla bilmə-
diyi rükətləri, vitrdən sonra qılar.
Qılınmayan təravih namazı qəza edilməz.
Qəza edilirsə, nafilə olar. Təravih
olmaz.
Təravih namazı 20 rükətdir.
TƏRAVİH NECƏ QILINIR?
Vitr namazı yalnız Ramazan ayında camaat ilə qılınır. Təravih namazını 2 rü-
kət olmaqla, on salamla və hər 4 rükət sonunda gözləyib təsbeh edərək qılmaq
müstəhəbdir. Qəza borcu olan boş zamanlarında, beş vaxtın sünnətləri və təravih
yerinə də qəza qılıb, bir an əvvəl qəzaları bitirib, sonra bu namazları qılmağa başla-
malıdır.
Təravih namazı məsciddə camaat ilə qılınınca, başqaları evdə tək qıla bilər,
günah olmaz. Lakin məsciddəki camaat savabından məhrum qalar. Evdə, bir və ya
bir neçə nəfər camaat ilə qılarsa, tək qılmaqdan 27 qat artıq savab qazanır. Hər ifti-
tah təkbirində niyyət etmək daha yaxşıdır. İşanı camaat ilə qılmayanlar təravihi
camaat ilə qıla bilməz. İşanı camaat ilə qılmayan bir kimsə fərzi tək qılıb,
sonra tə-
ravihi camaat ilə qıla bilər.
88
BESİNCİ BÖLMƏ
SƏFƏRDƏ “YOLÇULUQDA” NAMAZ
Hənəfi məzhəbində olan bir kimsə 15 gündən az qalmaq niyyəti ilə 104 kilo-
metr və daha uzaq bir yerə gedərsə, səfəri olar.
Səfəri olmaq demək, yolçu olmaq deməkdir. Yolçu, 4 rükətli fərz namazları 2
rükət qılar. Mukim (səfəri olmayan) imama tabe olarsa, yenə 4 rükət qılar. Yolçu
imam olarsa, ikinci rükətin sonunda salam verir. Sonra ona tabe olmuş olan camaat
namazlarını tamamlamaq üçün iki rükət daha qılarlar.
Səfəri olan bir kimsə məst üzərinə 3 gün, 3 gecə məsh edə bilər. Orucunu
poza bilər. Yolçu rahat isə orucunu pozmaması daha yaxşıdır. Qurban kəsməsi va-
cib olmaz. Cümə namazı da səfəri olana fərz deyildir.
Namaz vaxtının sonunda səfərə çıxan kimsə bu namazı qılmamış isə,
iki rükət
qılar. Lakin vaxtın sonunda vətəninə gələn bu vaxtın namazını qılmamış isə dörd
rükət qılar.
“Neməti-islam”da deyilir ki, nafilə namazları ayaq üstə qılmağa
gücü çatar-
kən oturaraq qılmaq hər zaman və hər yerdə caizdir. Oturaraq qılarkən rükü üçün
bədəni ilə əyilir. Səcdə üçün başını yerə qoyur. Lakin üzrü yoxsa nafilələri oturaraq
qılana ayaq üstə qılanın yarısı qədər savab verilir. Beş vaxt namazın sünnətləri və
təravih namazı da nafilə namazdır. Yolda, yəni şəhər, kənd xaricində nafilə namaz-
ları heyvan üzərində qılmaq caizdir. Qibləyə dönmək
və rükü və səcdə etmək la-
zım deyildir. İma ilə qılar. Yəni, rükü üçün bədəni ilə bir az əyilər. Səcdə üçün
bundan daha çox əyilər. Heyvan üzərində artıq nəcasət olması namaza mane deyil-
dir. Yerdə nafilə qılarkən yorulanın çəliyə, insana, divara dayanıb qılması caiz olar.
Özü yeriyərkən namaz qılmaq səhih deyildir.
Fərz və vacib namazları zərurət olmadıqca, heyvan üzərində qılmaq caiz
deyildir. Ancaq üzr ilə qıla bilər. Zərurət olan üzrlər: malının, canının, heyvanının
təhlükədə olması, enincə heyvanının və ya heyvandakı və ya yanındakı malın oğur-
lanması, yırtıcı heyvan, düşmən, yerdə palçıq olması, yağış olması, xəstənin enər-
kən, minərkən, yaxşı olmasının gecikməsi və ya xəstəliyinin artması, yoldaşlarının
gözləməyib, təhlükədə qalması, endikdən sonra heyvana köməksiz minə bilmə-
mək. Mümkün isə heyvanı qibləyə qarşı dayandırıb qılar. Mümkün deyil isə hərə-
kət cəhətlərində qılar. Heyvan üzərindəki tay deyilən sandıq
kimi şeylərin içində
qılmaq da belədir. Heyvan dayandırılıb tayın altına dirək qoyularsa, “
Sərir”, yəni
stol kimi olub yerdə qılmaq deməkdir. Qibləyə qarşı ayaq üstə qılması lazım olar.
Enə bilən kimsə fərzləri tayda qıla bilməz.
Gəmidə namaz qılmaq Cafər Tayyar həzrətləri Həbəşistana gedərkən, Rəsu-
lullahın “sallallahü aləyhi və səlləm” ona öyrətdiyi kimi bu cürdür: Hərəkət edən
89
gəmidə üzrü olmadan fərz və vacib də qılınır. Gəmidə camaat ilə qılına bilər. Hərə-
kət edən gəmidə də ima ilə qılmaq caiz olmayıb, rükü və səcdə edər. Qibləyə dön-
məsi də lazımdır. Namaza başlayarkən qibləyə qarşı durur. Gəmi döndükcə özü
qibləyə dönər. Gəmidə nəcasətdən təharət də lazımdır. İmamı-azam Əbu Hənifəyə
görə, gedən
gəmidə fərzləri də üzrsüz ikən, yerdə oturaraq qılmaq caiz olar.
Dəniz ortasında dəmirləmiş gəmi çox sallanırsa, gedən gəmi kimidir. Az
sallanırsa, sahildə duran gəmi kimidir. Sahildə duran gəmidə fərzlər oturaraq qılına
bilməz. Sahilə çıxmaq mümkün isə, ayaq üstə qılmaq da səhih olmayıb, sahilə çı-
xıb qılmaq lazımdır. Malı, canı və ya gəminin hərəkət etmək təhlükəsi varsa, gəmi-
də ayaq üstə qılması caiz olar.
“İbni Abidin” deyir ki: “İki təkərli olan, heyvana bağlanmadan yerdə düz du-
ra bilməyən arabada durarkən də, gedərkən də, namaz qılmaq heyvan üzərində qıl-
maq kimidir. Dörd
təkərli araba durarkən sərir, stol kimidir. Hərəkət edərkən isə
heyvan üçün yuxarıda yazılı üzrlərlə, içində fərz qılına bilər və arabanı dayandırıb
qibləyə qarşı qılar. Dayandıra bilməzsə, gedən gəmidəki kimi qılar”. Hərəkət əsna-
sında qibləyə dönə bilməyən, Şafii məzhəbini təqlid edərək, iki namazı cəm edər.
Buna
da imkan olmazsa, qibləyə dönməsi sakit olar. Stolda, kresloda oturaraq ima
ilə namaz qılmaq, heç kimə caiz deyildir. Avtobusda, təyyarədə namaz qılmaq, av-
tomobildə qılmaq kimidir.
Fərzləri və vacibləri, yolçuluqda zərurət olmadıqda heyvan üzərində qılma-
maq lazımdır. Vasitələri dayandırıb, qibləyə qarşı və ayaq üstə qılmaq lazımdır.
Bunun üçün vasitəyə minmədən lazımi tədbirləri əvvəldən almaq lazımdır.
Yolçu gəmidə və qatarda fərz namaz üçün qibləyə qarşı dayanıb, səcdə yeri-
nin yanına kompas qoymalıdır. Gəmi və qatar döndükcə özü qibləyə dönməlidir.
Sinəsi qiblədən ayrılarsa, namazı pozulur. Avtobusda, qatarda, dalğalı dənizdə qib-
ləyə dönə bilməyənlərin fərz namazları caiz olmadıqları üçün bunlar yolda olduq-
ları zaman Şafii
məzhəbini təqlid edərək, zöhr ilə əsri və şam ilə işa cəm edə bilər.
Yəni səfərdə olan zaman bu iki namazı bir-birinin arxasınca qılar. Çünki Şafii məz-
həbində 80 kilometrdən artıq davam edən səfərdə əsri zöhr namazı vaxtında və işa-
nı şam namazı vaxtına çəkərək qılmaq, və yaxud zöhrü əsr vaxtına və işanı şam na-
mazı vaxtına təxir edərək, iki namazı bir yerdə qılmaq caizdir. Bunun üçün Hənəfi
məzhəbində olan kimsə yolda qibləyə dönə bilməsə, yola çıxdıqdan
sonra gündüz
bir yerdə durduğu zaman, zöhr vaxtında zöhrü qılınca dərhal əsri də qılmalı, gecə
durulduğu zaman, işa vaxtında şamı və sonra işanı bir yerdə qılmalı və bu dörd na-
maza niyyət edərkən “
Şafii məzhəbini təqlid edərək əda edirəm” deyə niyyət et-
məli
, yəni qəlbindən keçirməlidir. Yola çıxmazdan əvvəl və ya səfər bitdikdən
sonra iki vaxtın namazını birlikdə qılmaq olmaz.
XƏSTƏLİKDƏ NAMAZ
Dəstəmazı pozan şeyin bədəndən çıxması davamlı olarsa, buna
“Üzr” deyilir.
Sidik, ishal, yel qaçırtmaq, burun qanaması və yaradan qan, sarı su axması
, ağrı-