97
Dünyada olan 6 əzab:
1. Namaz qılmayanın ömründə bərəkət olmaz.
2. Üzündə Allahü təalanın sevdiyi kimsələrin gözəlliyi, sevimliliyi qalmaz.
3. Heç bir yaxşılığına savab verilməz.
4. Duaları qəbul olunmaz.
5. Onu kimsə sevməz.
6. Müsəlmanların yaxşı dualarının buna faydası olmaz.
Ölərkən çəkəcəyi əzablar:
1. Zəlil, pis, çirkin can verər.
2. Aç olaraq ölər.
3. Çox su içsə də, susuzluq əzabı ilə ölər.
Qəbirdə çəkəcəyi əzablar:
1. Qəbir onu sıxar. Sümükləri bir-birinə keçər.
2. Qəbri atəşlə doldurular. Gecə-gündüz onu yandırar.
3. Allahü təala qəbrinə çox böyük ilan göndərər. Dünya ilanlarına bənzə-
məz. Hər gün hər namaz vaxtında onu sancar. Bir an belə əl çəkməz.
Qiyamətdə çəkəcəyi əzablar:
1. Cəhənnəmə aparan əzab mələkləri yanından ayrılmazlar.
2. Allahü təala onu hirsli olaraq qarşılayar.
3. Hesabı çox çətin olub, Cəhənnəmə atılar.”
NAMAZ QILANLARIN FƏZİLƏTLƏRİ
Namaz qılmağın fəzilətlərini və namaz qılanlara veriləcək savabları bildirən
Hədisi-şəriflər çoxdur. Abdülhak bin Seyfəddin Dəhləvinin “
Əşiat-ül-ləməat” ki-
tabında namazın əhəmiyyətini bildirən Hədisi-şəriflərdə buyurulur ki:
1. Əbu Hüreyrə “radıyallahü anh” bildirir, Rəsulullah “sallallahü aləyhi və
səlləm” buyurdu ki, “
Beş vaxt namaz və Cümə namazı gələcək Cüməyə qədər
və Ramazan orucu, gələcək Ramazana qədər edilən günahlara kəffarədir. Bö-
yük günah işləməkdən çəkinənlərin kiçik günahlarının əfvinə səbəb olar”.
Arada işlənilmiş olan
kiçik günahlardan qul haqqı olmayanları yox edər. Kiçik gü-
nahları bağışlananların, böyük günahları üçün olan əzablarının yüngülləşməsinə sə-
bəb olar. Böyük günahların əfv edilməsi üçün tövbə etmək də lazımdır. Böyük gü-
nahı yoxsa, dərəcəsinin yüksəlməsinə səbəb olar. Bu Hədisi-şərif “
Müslim”də ya-
zılıdır. Beş vaxt namazı qüsurlu olanların əfv olmasına Cümə namazları səbəb olar.
Cümə namazları da qüsurlu olarsa, Ramazan orucları səbəb olar.
2. Yenə Əbu Hüreyrə “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü
aleyhi
və səlləm” buyurdu ki: “
Qapısının önündə axar su olan birisi bu suda hər gün
beş dəfə yuyunsa, bədəndə kir qalarmı?” Əshabi-kiram cavab verərək, xeyir
qalmaz ey Rəsulallah, dedilər. “
Beş vaxt namaz da belədir. Beş vaxt namaz qı-
lanların kiçik günahlarını Allahü təala yox edər”, buyurdu. Bu Hədisi-şərif
“
Buxari”də və “
Müslim”də yazılıb.
98
3. Abdullah ibni Məsud “radıyallahü anh”
deyir ki, bir nəfər bir yad qadını
öpmüşdü. Yəni, Ənsardan biri xurma satırdı. Bir qadın da xurma almaq üçün gəl-
mişdi. Qadına qarşı heyvani hisləri baş qaldırdı və qadına, “evdə daha yaxşıları
var, gəl gedək ondan verim”,- dedi. Evə gələn kimi qadını qucaqladı və öpdü.
Qadın “nə edirsən, Allahdan qorx”,- dedi. O da peşman oldu. Rəsulullaha gəlib et-
diyini danışdı. Rəsulullah “sallallahü aleyhi və səlləm” ona cavab vermədi. Allahü
təaladan vəhy gözlədi. Sonra həmin adam namaz qıldı. Allahü təala Hud surəsinin
yüz on beşinci ayətini göndərdi. Bu ayətdə
“Günün iki tərəfində və günəş batnca
namaz qıl! Yaxşılıqlar yamanlıqları, əlbəttə, yox edər” buyuruldu. Günün iki
tərəfi zöhrdən əvvəl və zöhrdən sonra deməkdir. Yəni sübh, zöhr və əsr namazları-
dır. Bu ayəti-kərimədə hər gün beş vaxt namazın, günahların bağışlanmasına səbəb
olduqları bildirilməkdədir. Həmin adam “ey Rəsulullallah! Bu müjdə ancaq mənim
üçündürmü? Yoxsa bütün ümmət üçündür”-dedi.
Rəsulullah,
“bütün ümmət
üçündür”,
buyurdu. Bu hədisi-şərif iki Səhihdə də yazılıdır.
4. Ənəs bin Malik “radıyallahü anh” deyir ki, bir nəfər Rəsulullaha “sallallahü
aleyhi və səlləm” gəlib, “Had cəzasına səbəb olacaq bir günah işlədim. Mənə had
cəzası ver!”,- dedi. Rəsulullah, nə günah işlədiyini ona soruşmadı. Namaz vaxtı
gəldi. Bir yerdə qıldıq. Rəsulullah “sallallahü aleyhi və səlləm” namazı bitirən kimi
həmin adam qalxdı və “Ey Rəsulallah “sallallahü aleyhi və səlləm”. Mən had cəza-
sı veriləcək bir günah işlədim. Allahü təalanın kitabında əmr olunan cəzanı mənə
ver!” dedi.
“Sən bizimlə namaz qılmadımmı” –buyurdu. “Bəli qıldım”-dedi.
“Məyus olma! Allahü təala günahını bağışladı” buyurdu. Bu hədisi-şərif iki
təməl kitabda yazılıdır. Həmin adam had cəzasına səbəb olacaq bir günah işlədiyini
zənn etmişdi. Namaz qılan kimi bağışlanması, həmin günahın kiçik günah olduğu-
nu göstərməkdədir.
Yaxud had deməsi, kiçik günahların qarşılığı olan
“Tazir”
cəzası idi.
İkinci sualında “Had
cəzası ver!” deməməsi də, belə olduğunu göstərir.
5. Abdüllah ibni Məsud “radıyallahü anh” deyir ki, Allahü təalanın ən çox
hansı əməli sevdiyini Rəsulullahdan “sallallahü aləyhi və səlləm” soruşdum. “
Vax-
tında qılınan namaz” buyurdu. Bəzi Hədisi-şəriflərdə isə “
Əvvəl vaxtında qılı-
nan namazı çox sevər” buyurulmuşdur. Ondan sonra hansını çox sevər dedim.
“Anaya-ataya yaxşılıq etməyi” buyurdu. Bundan sonra hansını çox sevər dedim.
“
Allah yolunda cihad etməyi” buyurdu. Bu Hədisi-şərif iki səhih kitabda (“
Buxa-
rı” və “
Müslim”) yazılıdır. Başqa bir Hədisi-şərifdə “
Əməllərin ən yaxşısı insan-
lara yemək verməkdir” buyuruldu. Bir başqasında,
“Salam verməyi yaymaq-
dır”. Bir başqasında isə,
“Gecə hər kəs yuxuda ikən namaz qılmaqdır” buyurul-
muşdur. Başqa bir Hədisi-şərifdə,
“Ən qiymətli əməl əlindən və dilindən kimsə-
nin inciməməsidir”. Bir Hədisi-şərifdə də,
“Ən qiymətli əməl cihaddır” buyu-
ruldu. Bir Hədisi-şərifdə, “
Ən qiymətli əməl həcci məbrurdur”. Yəni heç günah
işləmədən edilən həcdir,
buyuruldu. “
Allahü təalanı zikr etməkdir” və “
Davamlı
olan əməldir” Hədisi-şərifləri də vardır. Sualı soruşanların hallarına
uyğun müxtə-
lif cavablar verilmişdir. Yaxud, zamana uyğun cavab verilmişdir. Məsələn, isla-
miyyətin başlanğıcında əməllərin ən xeyirlisi, ən qiymətlisi cihad idi. (Zamanımız-