99
da əməllərin ən xeyirlisi yazı ilə,
nəşriyyat ilə, kafirlərə, məzhəbsizlərə cavab ver-
mək, Əhli-sünnət etiqadını yaymaqdır. Belə cihad edənlərə pul ilə, mal ilə, bədən
ilə yardım edənlər də bunların qazandıqları savablara ortaq olarlar. Ayəti-kərimə-
lər, Hədisi-şəriflər namazın, zəkatdan, sədəqədən daha qiymətli olduğunu göstərir.
Lakin ölüm halında
olana bir şey verib, onu ölümdən qurtarmaq, namaz qılmaqdan
daha qiymətli olar. Demək ki, başqa hallar, şərtlər içində, başqa şeylər daha qiy-
mətli olur).
6. Cabir bin Abdullah xəbər verir: Rəsulullah “sallallahü aleyhi və səlləm”
buyurdu ki,
“İnsan ilə küfr arasındakı sərhəd, namazı tərk etməkdir.” Çünki
namaz insanı küfrə düşməkdən qoruyan pərdədir. Bu pərdə aradan qalxınca qul
küfrə düşər. Bu hədisi-şərif
“Müslim”də yazılmışdır. Bu hədisi-şərif namazı tərk
etmənin çox pis olduğunu göstərir. Əshabi-kiramdan çoxusu namazı üzrsüz tərk
edən
kafir olar, dedilər. Şafii və maliki məzhəblərində kafir olmazsa da, öldürülmə-
si vacibdir. Hənəfi məzhəbində namaz qılana qədər həbs olunur və döyülür.
7. Übadə bin Samit “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aləy-
hi və səlləm” buyurdu ki, “
Allahü təala beş vaxt namaz qılmağı əmr etdi. Bir
kimsə gözəl dəstəmaz alıb, namazlarını vaxtında qılarsa və rükülərini, huşula-
rını tamam edərsə, Allahü təala onu əfv edəcəyini söz vermişdir. Bunları et-
məyən üçün söz verməmişdir. Bunu istəyərsə əfv edər, istəyərsə əzab edər”.
Bu Hədisi-şərifi
İmamı Əhməd, Əbu Davud və Nəsai bildirmişdir. Görünür ki, na-
mazın şərtlərinə, rükü və səcdələrinə diqqət etmək lazımdır.
Allahü təala sözündən
dönməz, doğru namaz qılanları mütləq əfv edər.
8. Əbu Əmaməi Bahili “radıyallahü anh” bildirir. Rəsulullah “sallallahü aley-
hi və səlləm” buyurdu ki,
“Beş vaxt namazınızı qılın! Bir ayınızda oruc tutun!
Mallarınızın zəkatını verin! Başınızda olan rəhbərlərinizə itaət edin! Rəbbini-
zin Cənnətinə girin!” Görünür ki, hər gün beş vaxt namaz qılan, Ramazan ayın-
da oruc tutan, malının zəkatını verən və Allahü təalanın yer üzündə xəlifəsi olan
rəhbərlərin islamiyyətə uyğun əmrlərinə itaət edən bir müsəlman Cənnətə gedə-
cəkdir. Bu hədisi-şərif imamı Əhməd və Tirmüzi bildirmişdilər.
9. Əshabi-kiramın məşhurlarından Büreydəi Əsləmi “radıyallahü anh” xəbər
verir. Rəsulullah “sallallahü aləyhi və səlləm” buyurdu ki, “
Sizinlə aramızda olan
əhd namazdır.
Namazı tərk edən kafir olar”. Görünür
ki, namaz qılanın
müsəl-
man olduğu anlaşılır. Namaza əhəmiyyət
verməyən, namazı birinci vəzifə qəbul et-
mədiyi üçün qılmayan kafir olar. Bu Hədisi-şərifi imamı Əhməd, Tirmüzi, Nəsai
və İbni Macə bildirmişdir.
10. Əbu Zəri Qifari
deyir ki, payız günlərindən birində Rəsulullah “sallallahü
aləyhi və səlləm” ilə bərabər küçəyə çıxdıq. Yarpaqlar tökülürdü. Bir agacdan iki
budaq qopartdı. Bunların yarpaqları dərhal töküldü. “
Ey Əba Zər! Bir müsəlman
Allah rızası üçün namaz qılınca, bu budaqların yarpaqları töküldüyü kimi,
günahları tökülür” buyurdu. Bu Hədisi-şərifi imamı Əhməd xəbər verdi.
11. Zeyd bin Xalid Cühəmi xəbər verir. Rəsulullah “sallallahü aləyhi və səl-
ləm” buyurdu ki, “
Bir müsəlman, doğru olaraq və huşu ilə iki rükət namaz qı-
100
lınca, keçmiş günahları əfv olar.” Yəni Allahü təala onun kiçik günahlarının ha-
mısını
əfv edər. Bu Hədisi-şərifi İmamı Əhməd bildirdi.
12. Abdüllah bin Amr-ibni As xəbər verir. Rəsulullah “sallallahü aləyhi və
səlləm” buyurdu ki, “
Bir kimsə namazı əda edərsə, bu namaz qiyamət günü
nur və burhan olar və Cəhənnəmdən qurtulmasına səbəb olar. Namazı müha-
fizə etməzsə, nur və burhan olmaz və nicat tapmaz. Karun, Firon, Haman və
Übey bin Haləf ilə birlikdə olar.”
Görünür ki, bir kimsə namazı fərzlərinə, vaciblərinə, sünnətlərinə və ədəblərinə
uyğun olaraq qılarsa, bu namaz qiyamətdə nur içində olmasına səbəb olar. Belə na-
maz qılmağa
davam etməzsə, qiyamət günü adı keçən kafirlərlə bərabər olar. Yəni
Cəhənnəmdə şiddətli əzab çəkər. Übey bin Haləf, Məkkə kafirlərinin azğınlarından
idi. Uhud savaşında, Rəsulullah “sallallahü aləyhi və səlləm” mübarək əli ilə onu Cə-
hənnəmə göndərdi. Bu Hədisi-şərifi, imamı Əhməd, Beyhəki ilə Darimi bildirmişdir.
13. Tabeinin böyüklərindən Abdüllah bin Sakik deyir ki, “Əshabə-i kiram
“radıyallahü anhüm” ibadətlər içində yalnız namazı tərk etmənin küfr olduğunu
söylədilər”. Bunu Tirmüzi bildirdi. Abdüllah bin Şakik, Ömərdən, Əlidən, Osman-
dan və Aişədən “radıyallahü anhüm” Hədisi-şəriflər rəvayət etmişdir. Hicrətin 108-
ci ilində vəfat etmişdir.
14. Əbüddərda “radıyallahü anh” deyir ki, çox sevdiyim biri mənə dedi ki,
“
Parça-parça parçalansan, atəşdə yandırılsan belə, Allahü təalaya heç bir şeyi
şərik qoşma! Fərz namazlarını tərk etmə! Fərz namazlarını bilə-bilə tərk
edən, müsəlmanlıqdan çıxar. Şərab içmə! Şərab bütün pisliklərin açarıdır”.
Bu Hədisi-şərifi İbni Macə bildirdi. Görünür ki fərz namazlara diqqət etməyib tərk
edən, kafir olar. Tənbəlliklə tərk
edən kafir olmaz isə də, böyük günah olar. İsla-
miyyətin bildirdiyi beş üzrdən biri ilə tərk etmək günah deyildir. Şərab və spirtli
içkilərin hamısı ağlı aparar. Ağlı olmayan hər yamanlığı edə bilər.
15. Əli “radıyallahü anh” xəbər verir. Rəsulullah “sallallahü aleyhi və səlləm”
buyurdu ki, “Ey Əli! Üç şeyi etməyi gecikdirmə: Vaxtı gələn kimi dərhal namazı
qıl! Cənazə hazırlanan kimi dərhal namazını qıl! Bir qızın küfvünü (bərabər, tay)
tapan kimi tez evləndir. Bu hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi.
Cənazə namazını gecikdirməmək üçün məkruh olan üç vaxtda da qılınmalıdır.
[Görünür ki, qadını, qızı küfvünə, yəni tayına vermək lazımdır. Küfv demək,
varlı olmaq, gəliri çox olmaq demək deyildir. Küfv olmaq, kişinin saleh müsəlman
olması, Əhli-sünnət etiqadında olması, namaz qılması,
içki içməməsi, yəni islamiy-
yətə tabe olması və nafaka (ailənin ehtiyacları) qazanacaq qədər iş-güc sahibi olması
deməkdir. Kişinin ancaq varlı olmasını, var-dövlət sahibi olmasını istəyənlər qızları-
nı fəlakətə, Cəhənnəmə atmış olurlar. Qızın da namaz qılması, başı, qolu açıq küçə-
yə çıxmaması, məhrəm olmayan qohumu ilə belə tək qalmaması lazımdır.]
16. Abdullah ibni Ömər “radıyallahü anhüma” xəbər verir. Rəsulullah “sallal-
lahü aləyhi və səlləm” buyurdu ki, “
Namazlarını vaxtları gəlincə dərhal qılan-
lardan Allahü təala razı olar. Vaxtlarının sonunda qılanları da əfv edər”. Bu
Hədisi-şərifi Tirmüzi “rahimə-hullahü-təalə” bildirdi.