Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


yerindən duraraq Şaxanova sual verdi: “Postsovet ölkələri



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

74
yerindən duraraq Şaxanova sual verdi: “Postsovet ölkələri 
müstəqillik qazandıqdan sonra Qərbdən nə gözləyirdilər?” 
Muxtar bu suala belə cavab verdi: “Biz gözləyirdik ki, 
inkişaf etmiş bir sivilizasiyanın saf bulağından su içə 
biləcəyik, amma bizi qərbin kanalizasiyasına qoşdular” – 
almanlar  şokda idi... Bu insan indi də hakimiyyəti rahat 
buraxmır. Belə möhkəm xarakterinə görə ona böyük 
hörmətim var”. 
 
Bir-neçə gündən sonra Aytmatov Berlinə qayıtdı.  Şəhərin 
mərkəzində bizimlə böyük bir görüş təşkil olundu. Məni Almaniyada 
intelligent insanların necə çox olması heyrətə  gətirirdi. Bunu 
almanların verdikləri sualların səviyyəsindən də sezmək olurdu. 
Sovet  İttifaqında dəbdə olan şəxsiyyətə  pərəstiş, Almatıda 1986-
cı il Dekabr üsyanının yatırılmasında Qorbaçovun rolu, bu günün 
problemləri – millət və dillə bağlı  məsələlər haqqında da suallar 
verilirdi. Görüşün sonunda Frank Müllerin qırğız diyarında çəkdiyi 
sənədli fi lm nümayiş olundu. 
Bir yaddaqalan hadisə barədə də danışmamaq mümkün deyil. 
Bu ölkədə  mənim poeziyama xüsusi rəğbəti olan üç alman ailəsi 
mənimlə birlikdə dörd şəhərdə oldular ki, şeirlərimi əlavə olaraq bir 
daha eşitmək imkanı qazansınlar.   Belə oxuculara hətta Qazaxıstanda 
da rast gəlməmişəm. Axı onlar bilərəkdən öz işlərini ataraq, mənim 
ardımca bir şəhərdən o birinə gedirdilər. Onlara görə  mən də bir 
şəhərdə dediklərimi digər  şəhərdə  təkrar etməməyə çalışırdım. 
Bu qrup Berlinə  də  gəlmişdi. Mən öz “azarkeşlərimi” Aytmatovla 
tanış etdim. Onlardan biri Xitserin alman dilinə  tərcümə etdiyi 
şeirlərimdən birini əzbər söyləyərək bəyan etdi ki, gələcəkdə oğlu 
olsa, onun adını Muxtar qoyacaq. Aytmatov isə alman oxucularının 
mənə bu isti münasibətinə uşaq kimi sevinirdi. 


75
ETJEMES EŞİMOV
Bir dəfə biz özümüz də bilmədən gülməli və utandırıcı bir 
situasiyaya düşdük. Nə vaxtsa qırğızlar arasında Etjemes (ətyeməz) 
Eşimov adlı bir personaj populyar idi. Onun prototipi isə partiyanın 
rayon komitəsinin birinci katibi Eşimov idi. O, vəzifəyə təyin olunan 
kimi camaat onu təzə qoyun əti qonaqlığına çağırmağa başlayır. 
Heyvanları bu qırğından xilas etmək üçün Eşimov  şayiə buraxır 
ki, rayonun yeni rəhbəri ət yemir. Bundan sonra xalq ona Etjemes 
Eşımov adını qoyur.
Eşimovun ölümündən sonra bazar iqtisadiyyatına keçid 
dövründə onun oğlanları respublikada çox varlı  iş adamları kimi 
tanınmağa başlayır. Oğullardan birinin şəhərin kənarında tikdirdiyi 
çox gözəl bir ev isə onu görən hər bir kəsi valeh edir. Mən özüm 
də nə Qazaxıstanda, nə də Qırğızıstanda memarlıq xüsusiyyətləri və 
incə tərtibatına görə ona bənzər başqa bina görməmişəm. Evin arxa 
hissəsində hərəsi bir-neçə ton olan nəhəng daşlar bir-birinin üstünə 
qoyulub. Bu daşların üstündən su axır. Son dərəcə gözəl panoram 
sanki qonaqları  qırğızıstanın  ən mənzərəli məkanına – Alatauya 
aparır. Eşimovların bu evini dövlət icarəyə götürüb. Çingiz Aytmatov 
beynəlxalq  İssıkkul forumunu keçirəndə  Qırğızıstan prezidenti 
Əsgər Akayev YUNESKO-nun baş direktoru Federiko Mayoru bu 
evdə yerləşdirmişdi.  
Bir dəfə ev sahibləri Çingiz Aytmatovla məni qonaq 
çağırmışdılar. Mən getmək istəmirdim, çünki, həmin gün qidadan 
zəhərlənmişdim. Amma, Aytmatov təkid elədi və  mən həyat 
yoldaşım Kanşaimlə birlikdə ona qoşuldum. Çox yəqin Çingiz-
ağanın yadından çıxıb ki, bu, qırğızlar arasında əfsanəyə çevrilmiş 
Etjemes Eşimovun övladlırıdır. 
Böyük masa arxasında Etjemes Eşimovun uşaqları, gəlinləri, 
nəvələri, yaxınları oturmuşdu. Bizi masanın başında otuzdurmuşdular. 
Ümumiyyətlə, qırğızlar çox ət yeyəndirlər. Bəzən bütöv qoyunu 
bir dəfəyə bişirirlər. Bizim də qabağımıza ətlə dolu nəhəng bir qab 
qoydular. Yeməyin  ətri adamı  cəlb edirdi, amma mənə  ət yemək 


76
olmazdı. Həkim belə demişdi və  mən evdən çıxanda bu barədə 
Aytmatovu xəbərdar eləmişdim. O isə deyəsən bunu unutmuşdu:
- Sən niyə  ətdən qorxursan? Yoxsa Etjemes Eşimova 
oxşamaq istəyirsən? – deyə o, zarafat elədi. – Biz qırğızlarda 
Etjemes Eşımov adlı bir qəribə adam var idi. Xalq arasında 
şayiə buraxılmışdı ki, o, ət yemir. O, isə camaatın içində ətdən 
imtina etsə də, xəlvətə salıb yeyirdi. 
Aytmatovu böyründən çimdikləməyə məcbur oldum:
- Nə olub? – deyə o, başını  mənə  tərəf  əyib qorxa-
qorxa soruşdu. 
-  Vay-vay, Etjemes Eşimov bunların atasıdır, - 
pıçıldadım.
Eşimovun nəhəng masa arxasında yığışmış, utandıqlarından 
qıp-qırmızı olmuş övladları  və qohumlarının düşdüyü situasiyanın 
axmaqlığını sözlərlə  təsvir etmək mümkün deyil. Kimin xoşuna 
gələr ki, atasını  ələ salsınlar?! Halbuki, onlar bütün varlıqları ilə 
bizə səmimi xidmət etməyə, qonaqpərvərlik göstərməyə çalışırdılar. 
Çingiz Torekuloviçin zarafatı onları ildırım kimi vurdu. 
Aytmatov özü də çaşqınlıq içində nə deyəcəyini bilmirdi. 

Şıke, - mən hamının eşidəcəyi tərzdə dedim – mən 
sizin vətəninizdə,  Şəkər kəndində olanda sizinlə bir yerdə 
böyüyən dostlarınız da sizin haqqınızda o qədər gülməli şeylər 
danışıblar ki... İndi mən onlardan bir neçəsini danışsam siz 
də utanarsınız. Adamın tay-tuşları nələr danışmır ki? Eşimov 
elə  qəribə adam olsaydı belə  ağıllı  və  tərbiyəli övladlar 
böyüdə bilərdimi? Buna görə  də düşünürəm ki, indi böyük 
dövlət xadimi, bizim çox hörmətli Eşımovun  şərəfi nə badə 
qaldırmağın tam zamanıdır. 
Bu sözlərdən sonra özlərinə  gələn, sanki çiyinlərindən böyük 
bir yük düşən ev sahibləri badələrini bir-birinə vurmağa başladılar. 
Evə qayıdanda Aytmatov dedi: 
- Mənim həyatımda belə axmaq situasiyaya düşməyim 
çox az olub. Amma, məni bu günkü köməksiz vəziyyətdən 
yalnız sənin hazırcavablığın xilas elədi. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə