Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


öz elmini – atçılığı gözəl bilən ahıl bir rus idi. Praktiki



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə28/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   24   25   26   27   28   29   30   31   ...   93

104
öz elmini – atçılığı gözəl bilən ahıl bir rus idi. Praktiki 
məşğələlərin keçirilməsi üçün texnikumun öz köməkçi 
təsərrüfatı yox idi. Bu məqsədlə professor adətən tələbələri 
Jambılın “Atşabar” mal-qara bazarına aparırdı. Bu dəfə 
də belə oldu. Bazar günləri burada lap qələbəlik olurdu: 
yaxın aullardan, Qırğızıstanın Talas vilayətindən insanlar 
heyvan alıb-satmaq üçün bura axışırdılar. Dəllallar böyük 
canfəşanlıqla alver edir və kütlənin içində vurnuxurdular. 
Biz özümüzə uyğun bir uzunqulaq seçdik. 
-Tələbə Aytmatov, - deyə ötən gün bizə “Ulaqların 
sivilizasiyanın inkişafında rolu” mövzusunda mühazirə 
oxuyan professor eynəyinin arxasından mənə baxdı. – 
Deyin görək siz bu nəcib heyvan haqqında nə bilirsiniz? 
- Bu heyvan əvvəllər yalnız Afrika  və Asiya qitələrində 
yayılmışdı, - mən həvəslə başladım. – Hazırda isə Suriya, 
Kəşmir, Tibet, Türkmənistan, Özbəkistan, Qazaxıstan 
və  Qırğızıstanda, həmçinin Monqolustanda rast gəlinir. 
Ulaqlardan  əsasən yükdaşıyan ev heyvanı kimi istifadə 
olunur. Siz özünüz də görürsünüz ki, ulaq başqa mal-
qaradan qulaqlarının uzunluğu ilə  fərqlənir, onların 
həm də uzun, nazik quyruğu var. Hamiləlik dövrü on iki  
aydır... – və elə bu yerdə mən eşşəyin sahibini tanıdım və 
dəhşətdən donub qaldım. Bu, mənim xalam Qaraqız və 
yeznəmiz Dosalınn qonşusu idi.  O, gözlərini bərəldib mənə 
baxırdı. Yəqin təəccüblənirdi ki, niyə  mən onun eşşəyinə 
yaxınlaşıb ağıllı-ağıllı heyvanın şəcərəsi barədə danışıram. 
Utandığımdan yerə girməyə hazır idim. Hətta səsim də 
batdı. 
Amma professora bunu necə başa salım?
– Aytmatov, niyə susdunuz? Davam edin! Deyin görüm 
boz ulaq digərlərindən nə ilə fərqlənir?  
Gərginlikdən məni tər basmışdı. 
Nə isə... Şəhərə qayıdandan sonra bu hörmətli ağsaqqal 


105
bütün aula danışmışdı ki, mən  şəhərdə  nəyi öyrənməyə 
getmişəm. 
Qırxıncı illərin sonunda isə bizim aulda hakim, 
prokuror, milis peşələrinə yiyələnlər ən hörmətli adamlar 
sayılırdı. Hətta belə bir çastuşka da var idi:
Görüm ərin milisioner olsun sənin, 
İçdiyinsə Hind çayı olsun sənin!
Mənim qohumlarım – xalam, əmim fəxr edirdilər ki, 
mən şəhərdə oxuyuram. Hesab edirdilər ki, mən hörmətli 
bir peşəyə yiyələnəcəyəm və Allah qoysa qayıdandan son-
ra böyük adamlarla oturub-duracağam. Kəndə  gələndə 
məndən heç nəyi  əsirgəməz, doyunca yedizdirməyə 
çalışar, cibimə pul basardılar. Qonşunun bu danışdıqlarını 
eşidəndən sonra isə bilmirdilər ki, gülsünlər, yoxsa ağlasın-
lar.  
Tətildə  kəndə qayıdandan sonra Qaraqız-apa qəm-
li-qəmli mənə baxaraq köks ötürdü: 
-  Camaat danışır ki, sən  şəhərdə “eşşək elmi” 
öyrənirsən. Bunu necə başa düşək, ay bala? Başqa bir 
elm tapa bilmədin? Əgər eşşəklər barədə nəsə öyrənmək 
istəyirdinsə, daha uzağa niyə gedirdin, bizim kənddə 
doludu ki...
İndiyə kimi yadımdadır ki, utandığımdan qıp-qırmızı 
oldum. Elə istəyirdim ki, mənə parlaq gələcək arzulayan 
bu çox mehriban qohumlarımın qarşısında özümə haqq 
qazandırım”. 
Qısa pauzadan sonra prezident soruşdu: 
- Çingiz 
bəy, neçə ildir sizi Nobel mükafatına namizəd 
irəli sürürlər?


106
- Yəqin iyirmi-iyirmi beş il olar, - Aytmatov cavab ver-
di. 
- Mənə elə gəlir, bu mükafatı heç sizin əlinizə su tök-
məyə layiq olmayan bəzi yazıçılar da alıblar. Səbəb nədir 
görəsən?.. 
-  İndiyə kimi bu mükafatı müsəlman aləmində yalnız 
bir nəfər - ərəb yazıçısı Naqip Mahfuz alıb. O da yalnız ona 
görə ki, onun arvadı yəhudidir – deyə mən söhbətə müdaxilə 
elədim. – Çingiz bəyin çox yaxşı həyat yoldaşı var – Məryəm. 
Bir dəfə üçümüz oturub çay içirdik. Mən zarafatla təklif elədim 
ki, “Gəlin Nobel mükafatı alması üçün Aytmatovu 2-3 illiyə 
yəhudi qızı ilə evləndirək.” Məryəm çox sakit tərzdə dedi ki: 
“Mən etiraz etmirəm”. Amma, Çingiz bəy razı olmadı.
- Belə çıxır ki, təqsirkar Nobel mükafatı komitəsi yox, 
Çingiz bəyin özüdür? – prezident qəhqəhə çəkib güldü.  
Sonradan Türkiyədə  mənimlə Çingiz Aytmatovun da iştirak 
etdiyi sanballı beynəlxalq bir  toplantıda Süleyman Dəmirəl bütün türk 
xalqları adından Çingiz Torekuloviçin Nobel mükafatına namizəd 
irəli sürülməsini təklif etdi. Şıken əvvəlcə bunun əleyhinə çıxmaq 
istəsə də, sonra Dəmirəlin xətrinə dəyməmək üçün razılaşdı. Mən də 
çıxış edərək təklifi   dəstəklədim. Beləliklə Aytmatov dövlətlərarası 
razılaşma səviyyəsində Nobel mükafatına namizəd verildi. 
Türkiyə prezidentinin köməkçisi yeddi dövlət başçısının Nobel 
komitəsinə müraciətinin rus dilində olan variantını Aytmatova uzatdı. 
O, isə ona gözucu baxıb mənə verdi. Dəmirəlin və Azərbaycan 
prezidenti Heydər Əliyevin təşəbbüsləri ilə tərtib olunan məktubun 
mətni belə idi: 


107
Stokholm,
Ədəbiyyat üzrə
Nobel Komitəsinin
Rəyasət heyətinə
Biz planetimizin intellektual qüdrətinin artması 
və dünyanın sabit inkişafının təmin edilməsində  Nobel  
Komitəsinin rolunu yüksək qiymətləndirir və komitəyə 
insanların rifahı və sülh naminə məhsuldar işlərində yeni 
böyük uğurlar arzulayırıq.
Amma, bizi Nobel mükafatı laureatları arasında 
türkdilli xalqların nümayəndəsinin olmaması faktı narahat 
etməyə bilməz. Baxmayaraq ki, dövrümüzün görkəmli 
yazıçısı Ç. Aytmatovun namizədliyi artıq dəfələrlə nəzərdən 
keçirilib. 
1998-ci ilin sonunda onun 70 yaşının tamam olacağını 
nəzərə alaraq biz bir daha Nobel mükafatı laureatı adına 
layiq görülməsi üçün Çingiz Aytmatovun namizədliyini 
nəzərdən keçirməyinizi xahiş edirik. 
 XX yüzilliyin ədəbi korifeyləri arasında Çingiz 
Aytmatovu  ən dərin zəka sahiblərindən biri hesab 
etmək olar. O, Avrasiya xalqlarının mənəvi zənginliyi və 
mədəni nailiyyətlərini, dünya mədəniyyətinin tükənməz 
zənginliklərini öz əsərlərinə transformasiya edə bilmişdir. 
Onun  ədəbi sözü dünya xalqları üçün çox böyük mənəvi 
əqidə, əxlaqi və fəlsəfi  əsas yaradır. 
Bu gün türkdilli xalqların arasında ona bərabər 
və oxşar ola bilən başqa bir yazıçı yoxdur. Ümidvarıq 
ki, möhtərəm Rəyasət heyəti nəhayət bizim təklifi mizi 
qəbul edərək Çingiz Aytmatovun ədəbiyyat üzrə Nobel 
mükafatına layiq görülməsinə qərar verəcək. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə