101
“BACARSAN, BAĞIŞLA...”
Biz Çingiz Torekuloviçlə birlikdə maşınla Daşkənddən, Orta
Asiya xalqları Assambleyasının növbəti toplantısından Bişkekə
qayıdırdıq. Çİmkentdən sonra o, birdən dedi: “Muxtar, mümkündürsə,
gecəni Jambılda keçirək, Bişkekə isə səhər tezdən çıxaq.
Nədənsə mən
yaman yorulmuşam”. Biz hələ vilayətin rəhbəri Omirbek Baygeldin
olarkən bir neçə dəfə Jambıl yaxınlığlndakı iqamətgahda olmuşduq.
Amma, indi başçı dəyişmişdi. Yeni rəhbərin gəlişi ilə şəhərə xüsusi
giriş qapıları qoyulmuş, küçələrdə ağacları səliqəyə salmışdılar.
Bundan başqa vilayətdə hər il Şamşi Kəldəyakov adına festivalın
keçirilməsi planlaşdırılırdı. Başqa xoşagələn dəyişikliklər də var idi.
Yolda akimə zəng etdim və planlarımızı açıqladım. “Gəlin, mən də
indi elə bu iqamətgahda bilyard oynayıram”, - o cavab verdi. Saat
yarımdan sonra biz artıq orada idik. Aytmatovu akimlə tanış etdim
və o, az sonra oyununu davam etdirməyə getdi. Axşam ofi siant qız
bizi çay süfrəsinə dəvət etdi. Aytmatovla mən qara quru çörəklə bir
neçə piyalə qara çay içdik. Gündəlik qonaqlıqlardan yorulduğumuz
üçün və yolda nahar etdiyimizdən biz heç şam etmək də istəmirdik.
Söhbət edə-edə meyvə bağında bir qədər gəzib sonra getdik yatmağa.
Səhər tezdən isə Bişkekə yollandıq. Vəssalam.
Amma, ən maraqlısı sonra baş verdi.
Bir həftədən sonar
Astanadan xarici işlər nazirinin köməkçisi zəng edir: “Sabah səhər
Kasım-Jomart Tokayev Almatıya gəlir. Sizin də gəlməyinizi xahiş
edir”. Təyin olunan vaxt mən xarici işlər nazirliyində idim. Kasım-
Jomart həddən artıq ağıllı və sağlam düşüncəli insandır və mənim
yaradıcılığıma çox hörmətlə yanaşır. Amma, bu dəfə mənimlə bir
qədər soyuq görüşdü.
- Dünən Prezidentlə görüşmüşəm – deyə bildirdi. – O, sizdən
bir qədər inciyib. Jambıl vilayətinin akimi ona şikayət edib.
Şikayətin məğzi budur: “Şaxanov Aytmatovla birlikdə bir neçə dəfə
Jambıla gəliblər. Hər
dəfə çapan geyindiririk, hər cür hörmət və
ehtiramımızı bildiririk. Niyə qardaş dövlətdə səfi r olan Şaxanov elə
daim gəzir, tez-tez Jambıl vilayətinə gedir?”
102
Vilayətin rəhbərinin başdan ayağa yalan və böhtan
üzərində
qurulan bu sözləri mənə elə pis təsir elədi ki, elə bil başıma qaynar
su tökdülər. Ani olaraq sanki, nitqim qurudu, sonra isə dedim:
- Özbəkistana bu səfər üçün icazəni mən səndən almışam.
Yolda Aytmatov çox yorulduğundan
biz həqiqətən bu iqamətgahda
gecələmişik. Bu şər atan vilayətin akimi olandan sonra biz birinci
dəfə idi ki, görüşürdük. Heç kim bizi qarşılamayıb, yola salmayıb
və heç bir çapan da geyindirməyib. Düzdür, quru çörəklə bir neçə
piyalə çay içmişik. Yox, əgər demək istəyirsə, biz mehmanxananın
və çayın pulunu verməmişik – başqa məsələ.
Kasım-Jomart akimin bu hərəkətindən dəhşətə gəlmişdi.
Bişkekə qayıtmazdan əvvəl, mən səfi rliklə bağlı bir işi
xatırlayıb Qazaxıstan Respublikasının dövlət katibi Axmetjan
Yesimova dəydim. O, hələ Astanaya köçməyə fürsət tapmamışdı.
Onun qəbul otağında Jambıl vilayətinin akimi ilə rastlaşdım. O,
heç nə olmamış kimi qollarını açıb mənim üstümə atıldı. Mən onu
sinəsindən
yüngülcə itələyib, keçib lap qıraqdakı stulda oturdum. O,
mənə yaxınlaşıb özünə haqq qazandırmağa başladı: “Keçən dəfə sən
Aytmatovla gələndə mən sizi heç əməlli başlı çaya da qonaq edə
bilmədim, hələ başqa şeylərdən danışmıram. Mən qorxurdum ki,
sən bunu Prezidentə deyərsən və mənim reputasiyam korlanar. Buna
görə də mən qabaqdangəlmişlik edib belə yalan danışmağa məcbur
oldum. Biz səninlə həmyaşıdıq. Bacarsan, bağışla!”
Mən bizim ikimizə də aid olan bu hadisəni Aytmatova danışanda
o, dedi: “Sənin bu situasiyaya
düşməyində təqsirkar mənəm, ona
görə də üzr istəyirəm. Akimin ağla sığmayan bu “fərasəti” isə onu
göstərir ki, hakimiyyət qətiyyən kişiliyə, düzlüyə, insaniyyətə dəyər
vermir və bunlarla hesablaşmır”.
Bəli, bu gün ən əsas amil – sənin pulunun, işbazlıq damarının
olması, ali hakimiyyətə yarımağındır – belə olsa, akim ola bilərsən.
Əsl insani xüsusiyyətləri isə ən axırda soruşun və peşman olmazsınız.
103
SÜLEYMAN DƏMİRƏLLƏ
AÇIQ SÖHBƏT VƏ
AYTMATOVUN LAYİQ GÖRÜLMƏDİYİ
NOBEL MÜKAFATI
Bir dəfə nahar vaxtı, deyəsən 1997-ci ildə Aytmatov məni
Türkiyə Respublikasının Qırğızıstana rəsmi səfərə gəlmiş prezidenti
Süleyman Dəmirəlin yanına apardı. Bizim aramızda zarafatlarla,
rəvayətlərlə dolu səmimi söhbət başladı.
- Biz ikimiz də kənddən çıxmışıq. Mən ixtisasca baytaram,
Muxtar isə traktorçudur – deyə Çingiz arada bildirdi.
- Ümumi baytarlıqla yanaşı, o həm də eşşək elminə də yiyələnib,
- deyə mən Aytmatovu göstərdim.
Tərcüməçinin köməyi ilə mən Türkiyə prezidentinə zarafatyana
Aytmatovun gənclik dövründən bir hadisə danışdım.
- Çoxdan belə ürəkdən gülməmişdim. Çox maraqlı hadisədir, -
deyərək o, gözlərini sildi.
Yeri gəlmişkən bu hadisəni Aytmatov özü «Uçurum üzərində
ovçu fəryadı» kitabında danışıb. Aydın olmaq üçün ondan bir parçanı
təqdim edirəm:
“Aytmatov. ... Mən Jambıl baytarlıq texnikumuna daxil
olan vaxtlar orada gündəlik mühazirələrlə yanaşı praktiki
məşğələlər də aparılırdı. “Atçılıq” və “qoyunçuluq”
barədə mühazirələrdən sonra bizə yeni mövzu elan olundu
– “ulaqçılıq”. Biz hamımız əvvəlcə buna gülürdük, istehza
edirdik: “bilməmişdik, eşşəyin də elmi olarmış!” Və sən
demə həqiqətən olarmış... Sonradan biz öyrəndik ki, bu
uzunqulaq və anqıran heyvanların kökü çox qədimlərə
gedib çıxır. Müxtəlif cinslərə və növlərə bölünür. Başqa sözlə
- eşşək eşşəkdən fərqlidir. Bizim müəllimimiz blokadada
olan Leninqraddan Qazaxıstana evakuasiya olunmuş,