Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


ağrı verməkdən həzz alır və  əzazilliyə, başqasına işgəncə



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

128
ağrı verməkdən həzz alır və  əzazilliyə, başqasına işgəncə 
verməyə meylli olur. 
Əlavə etmək lazımdır ki, alimlər sadizmi nəsilliklə 
keçən, psixi xəstəlik, narkomanlıq və alkoqolizm, sosial 
həyatdakı    kəskin sarsıntılar nəticəsində yarana bilən 
növlərə bölürlər.  
ŞAXANOV. ...  Məhəbbət yatağında zülmkar tiran ol-
mağın dadına baxdıqdan sonra, markiz de Sad  həzz al-
maq və iztirab arasında fərqi itirir. O, bordellərdə  əlinə 
qamçı alaraq tərəfdaşlarını ölümcül hala düşənə  qədər 
döyür, sonra isə özünü də qamçılayır. “Mən tam əmin 
olmuşam ki, bu prosedur sonsuz bir həzz verir”, - deyə o, 
öz təəssüratını bildirir. 
“Jüstina” romanının  qəddarlıqla dolu olan bir 
səhnəsində Jerkand adlı personaj öz arvadına xəsarətlər 
yetirir və bu yaralara baxmaqdan ekstaz halına düşür. Və 
bu hər həftənin eyni günündə təkrarlanır. Müəllif özü də 
bu işgəncələr səhnəsini təsvir eləməkdən necə böyük həzz 
aldığını gizlədə bilmir. 
Amma, heç bir  pislik cəzasız qalmır, gec və ya tez elə-
diklərinə görə cavab vermək zamanı çatır. Elə markiz de 
Sadın həyatı da keşməkeşlərlə dolu olub. Onu dəfələrlə du-
staqxanaya salır, təqib edirlər. Bütün ölkəni bir-birinə vu-
ran manyak sonda İtaliyaya qaçmağa məcbur olur. Müa-
sirləri bu barədə yazırdılar: “1778-ci il sentyabrın 7-də 
italiyalılar markiz de Sadı vəhşi heyvan kimi dəmir qəfəsə 
salır, sonra isə gətirib Vensenə atırlar”. 
De Sadın əsərlərindəki insan qəlbini viran qoyan son-
suz vəhşilik səhnələri lənətdən başqa heç nəyə layiq deyil: 
öz anasını zorlayan insan, qızının bədənini yalayan və onu 
özünə məşuqə edən manyak-ata... Bunu hətta oxumaq da 
işgəncədir. Bununla belə, bu kitabları həvəslə oxuyanlar da 
var”. 


129
Yəqin bu gün məni belindən yerə atmaq istəyən atda xüsusi bir 
inad var, - Çingiz Torekuloviç fi kirli-fi kirli bildirdi və gülümsədi. – 
Muxtar, iki il əvvəl sən mənə tulpar haqqında şeir oxumuşdun. O, 
insanın mənfur bir hərəkətinə çox gözəl davranışla cavab vermişdi. 
Nə gizlədim, bu şeir mənə çox təsir eləmişdi. Brüsseldə və Moskva-
da tanışlarıma həmin şeirin məzmununu danışmışam. O şeiri bir də 
oxu. Qoy bu cavanlar qulaq assın. 
- Bu şeir hələ bitirmədiyim böyük poemaya daxil ediləcək. 
Buna görə də hələ çap olunmayıb. –dedim. – Həm də bu uydurma 
deyil, olmuş şeydi. Şeiri əzbər bilmədiyim üçün qısa məzmununu 
danışacağam: “Bir qoca kişinin yaxşı qaçan madyanı var imiş ki, 
cıdırda əsas mükafatı həmişə o alırmış. Onu bir qaçağan ayğırla 
cütləşdirirlər və madyanın iki dayçası doğulur. Onlar böyüyür və 
şan-şöhrətləri bütün ətrafa yayılan, yarışda hətta küləyi də geridə 
qoyan arqamaka çevrilirlər. Atlardan birini çox baha qiymətə varlı 
bir nəfərə satırlar. İki-üç ildən sonra bu çapağan atların atası olan 
ayğır ölür. Qoca kişi öz madyanı ilə cütləşdirmək üçün başqa bir 
ayğır axtarır, amma yaxınlıqda tapa bilmir. Ona görə də qərara 
gəlir ki, onu özünün doğduğu ayğırla cütləşdirsin. Amma, əsl cins 
ayğırlar heç vax öz anaları və ya bacıları ilə cütləşmirlər. Bunu 
bilən qoca hiylə işlətmək istəyir. Madyanın bütün bədənini başqa 
atın təri ilə sürtür ki, onun iyini dəyişsin. İnandırıcı olsun deyə 
atın üstünə çul da atıb cavan ayğırı buraxır. Bu hiyləyə aldanan at 
madyanla cütləşir. Amma, bir an sonra anlayır ki, bu onun anasıdır.  
Qəzəblənən at dəhşətli kişnərti ilə qocaya cumub təpiklə onun aya-
qlarını sındırır və dağlara qaçıb özünü uçuruma atır... Bax belə bir 
hadisə olub. 
- Bunda böyük məna var. Bu şeiri mənə verərsən. Mən onu Ab-
dulla Aripova göstərəcəyəm ki, bunu özbək dilinə tərcümə etsin – 
Adil-əkə dedi.
- Bu yaxınlarda Rusiyanın televiziya kanalında bir tükürpədici 
şey göstərirdilər ki, danışmağa adamın dili gəlmir, - oğlanlardan biri 
dedi. – Bir rus kişinin öz doğma qızından iki uşağı var. Özü də ata-ba-
la bir-birilərinə olan qarşılıqlı hisslərdən elə həvəslə danışırdılar ki... 


130
Sizin danışdığınız hadisə bunu göstəriri ki, bəzən heyvanlar insan-
lardan daha mərd olurlar. 
Sonra biz Arıs şəhərindən Otrar rayonuna getdik. Yolda da söh-
bət yalnız Otrar barədə getdi. 
- Keçən il Brüsseldə mən bir ərəb alimlə xeyli söhbət elədim, 
- Aytmatov dedi, - məlum oldu ki, o, qazaxların dahi əcdadlarından 
biri  Əbu Nəsr  əl-Fərabinin yazdıqlarını araşdırmaqla məşğuldur. 
Onun iddiasına görə  “Əbu Nəsr elminin dərinliyinə görə okeanı 
ötüb və bütün yer üzündə ona tay ikinci alim yoxdur”. Qəribədir 
ki, Otrardan Əbu Nəsr  əl-Fərabidən savayı otuza yaxın başqa  əl-
Fərabilər də çıxıb. Onların arasında riyaziyyat, astronomiya, fi zika 
və başqa elmlərdə dünya səviyyəli kəşfl ər edən alimlər də olub. 
Amma, Qazaxıstan, həmçinin sən də bu əcdadlarınızın heç adlarını 
da bilmirsiniz. Düzdür? 
- Düzdür, - mən təəssüfl ə dedim. – Çox illər  əvvəl  Şəmşi 
Kəldayakov tez-tez deyərdi ki: “Otrarın  şanlı  oğulları arasında 
biz birinci yerdəyik,  əgər axırdan saysaq”. Onun bu fi kri  ilə tam 
razıyam. Birincisi biz bədbəxtlər heç alim deyilik, ikincisi isə ərəb 
dilini və ya başqa dilləri bilmirik. Dilləri bilənlər isə bu problemə 
biganədirlər. Onlar gözəl bilir ki, ali rəhbərlik  əcdadlarımızın 
tarixinin araşdırılmasında maraqlı deyillər, çünki yalnız özləri tarixə 
düşmək istəyirlər. Yalnız  ərəb dilində  dərs keçmiş alim - Absattar 
Derbisəli  hərdən Otrarla bağlı bir məqalə yazır. Vəssalam. Hələ 
Sovet  İttifaqı dövründə  tək-tük alimlər, məsələn Alkey Marqulan, 
Akjan Maşani  Əbu Nəsr  əl-Fərabinin  əsərlərini yığır, tərcümə 
edir və kitab halında çap edərdilər.  İndi onların çoxu əbədiyyətə 
qovuşub, qalanları isə hakimiyyətin bu məsələyə münasibətini 
bilərək fəaliyyət sahələrini dəyişiblər. Sovet hakimiyyəti illərində 
Qazaxıstan Yazıçılar  İttifaqının birinci katibi Anuar Alimjanovun 
şəxsi təşəbbüsü ilə Alma-Atada əcnəbi alimlərin iştirakı ilə  Əbu 
Nəsr əl-Fərabinin 1100 illiyinə həsr edilmiş böyük təntənəli tədbir 
keçirildi. Müstəqil Qazaxıstanda isə bizim əcdadımız Əbu Nəsr əl-
Fərabinin 1125 illiyi və ya 1130 illiyinin respublika səviyyəsində 
keçirilməsi təklifi  cavabsız qaldı... 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə