Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə37/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

134
Murat Jurinov bizə universitetin “Fəxri professoru” adını  təqdim 
etdi. 
Növbəti il Mərkəzi Asiya Xalqları Assambleyasının növbəti 
toplantısında iştirak etmək üçün Daşkəndə gedərkən, vilayətin yeni 
akiminin dəvəti ilə Şımkentə də dəydik. Şəhərin mərkəzində böyük 
mitinqdə çıxış elədik. Düz gecə yarısına kimi Berdibeklə ədəbiyyat və 
incəsənət barədə maraqlı söhbət etdik. Aytmatov onun ədəbi zövqü, 
geniş dünyagörüşü və erudisiyasına heyran olmuşdu. Biz təklikdə 
qalanda isə Şıken razılıqla dedi: “Bu oğlanın yaxşı karyera qurması 
üçün gözəl imkanları var. Sənin doğma diyarın, onun çox qabiliyyətli 
sakinləri mənim də dünyagörüşümə böyük təsir göstərdilər”. 


135
İSLAM KƏRİMOV 

QOHUM QAN GENOFONDU
1998-ci ilin yazında Özbəkistanın “Şərq” nəşriyyatının 
sayəsində «Uçurum üzərində ovçu fəryadı» (Əsrin sonunda etiraf) 
kitabı Nabijan Baki və Yakubjan Kojaberdinin tərcüməsində 
özbək dilində 10 min tirajla çap olundu. Aytmatovla mən kitabın 
çox yüksək səviyyədə keçirilən xüsusi təqdimat mərasiminə dəvət 
olunmuşduq. Tədbirə toplaşan yazıçılar, alimlər, incəsənət xadimləri, 
intelligensiya və gəncliyin nümayəndələri kitab haqqında xoş sözlər 
dedilər. Özbəkistanın əsas telekanalında bizim iştirakımızla birbaşa 
efi r  təşkil edilmişdi. Kitabdan parçalar isə respublikanın bir neçə 
qəzetində dərc olunmuşdu. 
Kitabın özbək dilində çap olunması  və onun əhali arasında 
populyarlaşdırılmasının təşəbbüskarı Özbəkistan prezidenti İslam 
Kərimov idi. Bu kitabı rus dilində diqqətlə oxuyan prezident 
Qırğızıstan Respublikasına rəsmi səfərlərindən birində Aytmatov və 
mənimlə görüşüb xeyli söhbət etdi. “Dörd ana və ya doğma torpağa 
dayaq” fəslində biz qeyd edirdik ki, bəzi xalqlarda qan qohumluğu 
olan  şəxslərin nigaha girməsi (məsələn, böyük qardaşın qızını 
kiçik qardaşın oğlu ala bilər) normal hesab edilir və bu millətin 
genofonduna mənfi  təsir göstərir. Problem kitabda belə işıqlandırılır: 
“ŞAXANOV. 8-9 il bundan əvvəl məni Jambıl 
vilayətindən bir oğlan axtarıb tapıb. Onun kiçik qardaşı 
Almatı universitetlərindən birində birinci kursda 
oxuyurmuş. 
-Bizim qohumlardan bir qız var. Onlar bir-birilərini 
seviblər. Qardaşım bizə  bəyan edib: “Onunla evlənirəm! 
İcazə verməsəniz, özümü öldürəcəyəm”. Vəssalam! 
Başqa heç nə eşitmək istəmir. Biz hamılıqla onu fi krindən 
daşındırmağa çalışmışıq. Yaxşılıqla da yola gətirməyə 
cəhd göstərmişik, danlamışıq da – xeyri yoxdur. Nəhayət, 


136
məsləhət belə oldu ki, sizə müraciət edək. Ancaq bəlkə sizə 
qulaq asar. Çünki, sizin şeirlərinizi, poemalarınızı  əzbər 
bilir və çox sevir. Çox xahiş edirik, ona ağıl verin, ya da 
heç olmasa bir-iki kəlmə yazın – deyə cavan oğlan mənə 
yalvararaq əlavə etdi: Bizim başqa çıxış yolumuz yoxdur. 
Mən çaşqınlıq içindəyəm. Həqiqətən, yuxarı 
tüpürürsən bığ, aşağı tüpürürsən saqqal! Şübhə yoxdur 
ki, cavanların bir-birinə qarşı hissləri güclüdür. Amma, 
bəs  əcdadların qoyduğu qanun-qaydalar necə olsun? 
Bu qaydalara görə 7-ci pilləyə kimi qohumla evlənmək 
olmaz. Onları ayırmaqla isə  gəncləri böyük məhəbbət 
hissindən birdəfəlik məhrum etmək olar. Və bəlkə də qalan 
bütün ömürləri boyu onlar buna görə peşmançılıq hissi 
çəkəcəklər... Bəzən  əsl məhəbbət insana həyatda yalnız 
bir dəfə qismət olur. Heç cür ağlıma gətirə bilmirdim ki, 
gözlənilməz qonağa nə cavab verim, nə məsləhət görüm. 
...Şıke, 1969-cu ildə Moskvada gənc yazıçıların 
üçüncü Ümumittifaq toplantısı yadınızdadır? ...Mən 
sizi gənc yazıçı,  yukaqirli Semyon Kurilovla tanış 
eləmişdim. Onun “Xanido və Xalerxa” pomanı barədə öz 
hesabatında SSRİ yazıçılar ittifaqının sədri Konstantin 
Fedin də danışmışdı. Elə toplantının digər iştirakçıları 
da Kurilovun yaradıcılığına yüksək qiymət vermişdilər. 
Sonradan “Jalın” nəşriyyatının direktoru Kaldarbek 
Naymanbayevin vasitəsilə  mən bu romanın tanınmış 
jurnalist Mınbay İlesovun tərcüməsində qazax dilində çap 
olunmasına kömək etmişdim.  Təəssüf ki, təmiz ürəkli və 
çox istedadlı adam olan Semyon həyatdan tez getdi... 
Kurilovun bu romanı o vaxt cəmi 608 nəfərdən ibarət 
olan yukaqirlərin bir növ salnaməsi idi. Yeri gəlmişkən, 
yukaqirlərin, elə  şimalda yaşayan digər azsaylı xalqların 
da belə bir adəti var idi – öz arvadını qonağa təklif etmək...  


137
AYTMATOV. Bizim üçün bu dəhşətdir. Tundrada, 
tayqada isə bu boş əyləncə deyildi, əxlaqsızlıq deyildi. Kiçik, 
barmaqla sayıla biləcək qədər nümayəndələri olan, sağ 
qalmaq uğrunda mübarizə aparan bir xalq üçün bu bəlkə 
də genofondu yeniləməyin yeganə yolu idi. Məlumdur ki, 
yaxın qohumlar arasında nigah, insest qüsurlu nəslin əmələ 
gəlməsinə səbəb olur. Bu isə xalqın məhv olmasına gətirib 
çıxarır. Bizim ulu babalarımızın böyüklüyünü sübut edən 
bir amil də bizə  vəsiyyət edilən  ənənəvi “jeti ata” (yeddi 
ata, yeddi arxa) məsələsidir. Yəni yeddinci pilləyə kimi 
əcdadları tanımaq. Bu ənənə ana südü ilə birlikdə  hər 
növbəti nəslin təfəkkürünə  həkk olur. Mənəvi və  həyati 
baxımdan çox vacib olan bu aksiomaları bizə öyrədən bu 
müdrik, qayğıkeş  ağsaqqalları  səhra akademikləri hesab 
etmək olar”. 
Sonradan “Cəzalandıran yaddaşın kosmoformulu” (Çingizxanın 
özü ilə apardığı sirr) əsərimdə  mən bu problemin üzərində  ətrafl ı 
dayanmışam. Nə vaxtsa Avropada sibir xorası xəstəliyi yayılmışdı və 
bəlli olub ki, səbəb budur. Əgər heyvanın sümüklərini üyüdərək un 
halına salıb mal-qaraya yedizdirəndə onun çəkisi həmişəkindən iki 
dəfə sürətlə artır. Amma, alimlər belə nəticəyə gəliblər ki, heyvan öz 
atasının və ya anasının sümüklərinin tozu qatılan yemi yeyərsə sibir 
xorası epidemiyası baş qaldırır. Qvineya-Bisauda isə övladların öz 
ölmüş ata-anasının beynini çiy halda yeməsi adətdir. Çünki, onlarda 
belə hesab edilir ki, bu yolla uşaqlar valideynlərinin müdrikliyini 
qazanır. Bu ölkədə də sibir xorası xəstəliyi geniş yayılıb. 
- Məsələn, qazaxlarda və  qırğızlarda yeddi pillə bu tərəfə 
qohumların qızları ilə evlənmək olmaz.  Bizdə, özbəklərdə isə doğma 
qardaşların uşaqları bir-biri ilə ailə qurur. Görünür, bunun qarşısını 
almaq üçün xüsusi qanun qəbul eləmək lazım gələcək. Sizin kitabı 
oxuyandan sonra mən bu qərarımda bir qədər də  qətiləşmişəm, - 
İslam Kərimov dedi. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə