Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə36/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

131
-  Ərəb alimin dediklərinə görə o vaxt Otrarda 1100-dən artıq 
zəmanəsinin tanınmış elm adamı - bütöv bir alimlər pleyadası 
olub, - Aytmatov dedi. – Əbəs deyil ki, o vaxt böyüklüyünə görə 
İskəndəriyyə kitabxanasından sonra ikinci kitabxana Otrarda olub. 
Zənnimcə Otrarın tarixinin öyrənilməsi təkcə Qazaxıstan və Orta 
Asiya ölkələri üçün deyil, tarixə, dinya sivilizasiyasının mənəvi 
cəhətdən zəngin və humanist inkişafına hörmətlə yanaşan hər bir kəs 
üçün vacibdir. Buna görə də mən Otrarın unikal mənəviyyat tarixinə 
laqeyd yanaşan siyasətçiləri başa düşə bilmirəm. 
- Otrarda İsgəndəriyyədən sonra ikinci ən böyük kitabxananın 
olması barədə informasiyanı sizdən bir daha eşitdim.  Əgər Otrarda 
həqiqətən belə böyük kitabxana var idisə, onda 1100 alimdən 
başqa daha minlərlə oxucu da olmalı idi axı? İndi isə bu günümüz 
barədə. Misal üçün yalnız Otrarın  əhalisini götürək. Onlardan 
çoxu universitet bitirib, bəd ayaqda orta məktəbdə oxuyub. Hər 
halda oxuyub-yazmağı bacarmayanlar yoxdur. Buna baxmayaraq 
oxucuların sayına görə  qədim Otrarla bu günkü şəhəri müqayisə 
etmək belə olmaz. İndi çox yəqin ki, Otrardan uzağı on-on beş alim 
olar. Amma biz otrarlılar onların adlarını bilsək də mahiyyətlərindən 
xəbərimiz yoxdur. Mən artıq sizə demişəm ki, Otrardan olan bir alim 
bir jurnalın 17 sayında ardıcıl olaraq 1986-ci il Dekabr üsyanı barədə 
ifşaedici məqalələr dərc etdirib. Bu dərin mənalı məqalələr faktiki 
olaraq dilimizin və milli maraqlarımızın müdafi əsinə yönəlmişdi. 
Bu alimlərdən bəziləri isə otrar sivilizasiyasını yerlə yeksan edən 
Çingizxanın və onun satraplarının istilasına haqq qazandırmaq üçün 
əllərindən gələni ediblər. 
- Mən belələrini başa düşə bilmirəm – deyə Aytmatov qaşlarını 
çatdı.
- Təssüfki, bu belədir – mən davam elədim. – Savadlılığa 
gəlincə isə Çingizxanın istilasına kimi mövcud olan şanlı oxucu 
ruhu bizim dövrümüzdə tam məğlubiyyətə uğrayıb. Bəlkə də yenə 
o qədim dövrlərdəki kimi kitabları diqqətlə oxuyan insanlar var. 
Amma, onların sayı azdır. Bu gün “qarının” maraqları ön plana 


132
keçib. Kitab oxumaq, intellekti inkişaf etdirmək isə artıq kimlər 
üçünsə vaxtı boş yerə itirməkdir. Totalitar Sovet İttifaqı sistemində 
sovet insanlarının mənəvi qidaya olan böyük təlabatı  nəticəsində 
sizin kitablar yüzminlərlə, yarım milyon tirajla çap olunurdu. O 
dövrdə  mənim qazax dilində yazdığım  şeirlər toplusu kitabı 200 
min tirajla çıxmışdı.  İndi isə kitablarımız 1000, 2000 və ya 3000 
tirajla çıxanda bunu böyük nailiyyət hesab edirik. Bu gün kitab 
yayımı sistemi də məhv edilib. Yazıçılar kitablarını evdə saxlayır və 
qohumlarına, dostlarına, tanışlarına paylayır. Özü də bu kitablar çox 
vaxt böyük əziyyətlə, yalnız sponsorların köməyi ilə  nəşr olunur. 
Qazaxıstanın bütün kitab mağazalarında kitabların 90-95 faizi, bəzən 
isə lap 100 faizi pusiya nəşriyyatlarının məhsuludur. Bu da əsasən 
heç bir bədii dəyəri olmayan, zorakılığı, mənəviyyatsızlığı, seksi 
təbliğ edən bulvar ədəbiyyatıdır. Bəs hanı bizim müstəqillik? Biz 
suveren Qazaxıstanda yaşayırıq, yoxsa yenidən Rusiyanın tərkibinə 
girmişik? Bu suallar tez-tez adamın ağlına gəlir. Əlbəttə biz qətiyyən 
bunun əleyhinə deyilik ki, Qazaxıstanda Rusiya alimləri, yazıçıları 
və başqa yüksək intellektli müəllifl ərin nümunəvi əsərləri yayılsın. 
Biz bunu heç ağlımıza da gətirmərik. Biz sadəcə olaraq Rusiya 
nəşriyyatlarının məzmunca zəif, ucuz məhsullarının köməyi ilə 
qazax dilində kitabları  sıxışdırıb dövriyyədən çıxaran, bununla da 
qazaxlar üçün qazax ədəbiyyatını əlçatmaz edən öz hakimiyyətimizin 
kosmopolitizminə hiddətlənirik. Son illər Qazaxıstanda təkcə aullarda 
10 min kitabxana məhv edilib ki, onlarda da əsasən qazax yazıçıları, 
alimlərinin əsərləri saxlanılırdı. Kim bunu fi kirləşib? Vaxtilə Hitler 
10 min kitabı yandırdığına görə bütün dünya ictimaiyyətinin qınaq 
obyektinə çevrilmişdi. Qazaxıstanda isə buna tam biganəlik görmək 
olar. Hətta daim dilimizlə bağlı problemləri qabardan deputatlar 
– Murtuza və Onqarsınova da sanki ağızlarına su alıbmış kimi bu 
dəhşətli faciəyə reaksiya vermədilər.  Qorxurlar ki, hakimiyyətin 
qəzəbinə  gələrlər. On min kitabxananın məhv edilməsi miqyasına 
görə heç də Çingizxanın istilasından geri qalmayan bir faciədir və 
millətə qarşı, xalqımızın mənəvi zənginliyinə qarşı yönəlib.


133
Otrarın girişində bizi rayonun akimi Zaurbek Salıkbay qarşıladı. 
Əvvəlcə Muxtar Kojanın rəhbərlik etdiyi Otrar tarix-memarlıq 
muzeyinə baxdıq. Almas Akılbek və Asxan Maylıbayevaya 
müsahibəsində (“Ontüstük Qazaxıstan” qəzeti, 22 aprel 1998-ci il) 
Çingiz Torekuloviç deyirdi: 
 
“Dostum Muxtarın sayəsində  mən Otrarın tarixini 
çox yaxşı bilirəm. Buna görə Otrarı mən də özümə qəlbən 
yaxın hesab edirəm. Amma, necə deyərlər, yüz dəfə 
eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Mən çoxdan heç 
olmasa bir dəfə bu yerlərə gəlməyi arzulayırdım. Bu gün 
nəhayət ki, bəxtim gətirdi. Çox şadam. Mən vaxtilə Otrarın 
necə yüksək mədəniyyət səviyyəsinə ucaldığına heyranam. 
Heyfsilənirəm ki, hər  şey Çingizxanın ordusu tərəfi ndən 
məhv edilib...”
Bundan sonra Əbu Nəsr əl-Fərabi adına mədəniyyət sarayında 
görüş oldu. Aytmatov Otrar rayonunun “Fəxri vətəndaşı” seçildi, 
şair-improvizator Aselxan Kalıbekova isə ona bir şeir həsr elədi. 
Sonra isə  mənim həmyerlilərim Çingiz Torekuloviçi nəhəng bir 
nər-dəvənin üstünə otuzdurdular. Böyük insan kütləsi isə  dəvəni 
əhatəyə alaraq və  əllərini Çingiz Torekuloviçə uzadaraq avtoqraf 
istəyirdi. Aytmatov Darxan Mınbay və Serikjan Seytjanova üzünü 
tutaraq dedi: “Lap mənim “Gün var əsrə  bərabər” romanımdakı 
kimi, nəhəng dəvənin belində oturmuşam və avtoqraf paylayıram. 
Mən həyatımda ilk dəfədir ki, belə situasiyadayam. Mənə belə 
təkrarolunmaz və unudulmaz anları bəxş edən otrarlı qardaşlarıma 
çox böyük təşəkkürlər!” 
Müsəlman aləmində  bəzən ikinci Məkkə  də adlandırılan 
Türküstan  şəhərinin girişində bizi akim Ualixan Kaynazarov 
qarşıladı  və Hoca Əhmet Yasəvinin məqbərəsinə apardı. Sonra 
Qazaxıstan-Türkiyə universitetinin rektoru, tanınmış akademik, 
sonradan Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti olmuş 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə