Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə44/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

159
cüblü deyil. Vacib olan budur ki, istər ailədə harmoniya və birliyin, 
istərsə  də evdə rifahın,  fi ravanlığın təmin olunmasında kişinin öz 
məsuliyyətini dərk etməsi bu alyansı daha möhkəm edir. Yoxsa qa-
dınların təbiətində belə dinc birlik  çox nadir hadisədir. 
- Sizə  məni çox təəccübləndirən bir hadisə barədə  də danışa-
cağam, - Aytmatova dedim. – Qızılordada bir bir kişinin üç arvadı 
var ki, hamısı bir damın altında çox mehriban yaşayırlar. 
- Bu faktın özü möcüzəli nağıla bənzəyir – Şıken gülümsəyərək 
dedi. 
- Elə bu fakt ona görə qiymətlidir ki, o, həqiqətən nağıla 
bənzəyir, mən dedim. -  Əlbəttə, indiki zəmanədə üç arvad saxlam-
aq, onların bir evdə mehriban yaşamasını və  fi ravanlığı təmin etmək 
çox çətindir. Amma, bu oğlan qadınlarda eqoizm və xüsusiyyətçilik 
hisslərini cilovlamaq üçün kobud üsuldan istifadə edirdi. Elə ilk gün-
lərdən arvadlardan biri o birilərindən şikayət edir. Əri ona dinməzcə 
qulaq asır. Sonra üçünü də yanbayan otuzdurub şikayətin məğzi-
ni onların nəzərinə çatdırır. Və dombranı götürüb Kurmanqazının 
“Kisen aşkan” (Qandallardan qurtulma) küyünü ifa etməyə başlayır. 
“Kim birliyə daş atırsa, o, satqınlıq eləyir” sözlərini oxuduqdan son-
ra isə hər üçünü qamçılamağa başlayır. Növbəti dəfə başqa bir arvad 
rəqiblərindən şikayət edəndə, kişi yenə də bu metoddan istifadə edir. 
Lap təqsirkar elə şikayətçinin özü olsa da, “Qandallardan qurtulma” 
küyünün musiqisi altında “Kim birliyə daş atırsa, o, satqınlıq eləyir” 
sözlərini deyib üçünü də qamçılayır. Burda əsas məqsəd odur ki, qa-
dınlar nə olursa olsun bir-birilərini satmasınlar və şikayət etməsinlər. 
Nəticədə hər üçü tədricən paxıllıq və qısqanclıq hissindən qurtuldu-
lar və bir-birilərinin yaxşı cəhətlərinə daha çox diqqət yetirərək qa-
rşılıqlı hörmət mühitində yaşamağa başladılar. Buna nə deyirsiniz? 
- Mənim “hərdən qara qüvvə  də birliyə,  fi ravanlığa və  hətta 
məhəbbətə xidmət edə bilərmış” deməkdən başqa yolum qalmır, 
- dalğın  şəkildə gülümsəyərək Çingiz Torekuloviç dedi. – Biz axı 
ər-arvad həyatının keşməkeşləri barədə öz kitabımızda, “Bizim ta-
leyimizin qadınları” fəslində  də danışmışıq. Bəlkə  də  həyat belə 
təkrarsız anları ilə daha məzmunlu və maraqlıdır... 


160
Aytmatovun haqqında danışdığı  fəsildən bir parçanı  təqdim 
edirəm: 
“AYTMATOV. ...Əgər sadiqliyi məhəbbətin  əsas 
ölçü meyarı kimi qəbul eləsək, onda demək lazımdır 
ki, qədim dövrlərdə  hər xalq, millət onu bir cür başa 
düşür, öz dini dünyagörüşlərindən çıxış edərək qəbul 
edir. Qədim təqvimlərdə, qayaüstü şəkillərdə, papirus 
üzərindəki qravüralarda, torpaq altından çıxarılan daş 
sarkofaqların üstündə çoxlu şəkillər var ki, bu şəkillərdə 
qadınlar ölmüş ərləri ilə birlikdə o biri dünyaya getmək 
üçün özlərini könüllü şəkildə yandırırlar. 
Bu dəhşətli adət dünyanın müxtəlif guşələrində 
mövcud idi. Məsələn, Çində Xaynan adasının sakinləri 
ölən kişinin cəsədini ipək parça və ya heyvan dəriləri ilə 
örtür, onun yanında əli-qolu bağlanmış arvadını diri-diri 
uzadır və ikisini də yandırırdılar. İnsanlar inanırdılar ki, 
bir yerdə o biri dünyaya gedən ər-arvad orada da birlikdə 
xöşbəxtcəsinə yaşamaqda davam edəcəklər. 
Herodotun və antik dövrün başqa tarixçilərinin  
əlyazmalarında da buna bənzər faktlara çox rast gəlinir. 
Əsilzadə bir adam ölürdüsə, çoxsaylı arvadlarından  ən 
sevimlisi də onunla birlikdə o dünyaya getməli idi. Bu dul 
qadınlar arasında dalaşmalarla, skandalla nəticələnirdi. 
Ona görə də dostları hələ sağ ikən yoldaşlarının ən sevimli 
arvadının kim olduğunu öyrənməyə çalışırdılar. Dostları 
bu qadının adını elan edəndə, o sevincindən sanki göyün 
yeddinci qatında olurdu. Yaxın qohumlarından bir nəfər 
onu öldürür və ərinin yanında basdırırdı. Qalan arvadlar 
isə  ağlayır,  əzab çəkirdilər. Çünki, onların anlayışlarına 
görə əri öləndən sonra sağ qalmadan rüsvayçı heç nə ola 
bilməzdi. 


161
Qədimdə Yeni Zelandiyada qəbilə başçısı ölürdüsə, 
camaat onun birinci arvadının  əlinə bir kəndir verirdi. 
O, isə meşəyə gedərək bu kəndirlə özünü asmalı idi. Bu 
onun sevgisinin və sadiqliyinin sübutu olmalı idi. Bu cür 
“sadiqliyin sübutu” təfəkkürü qədim skifl ər, yunanlar və 
baltik xalqları arasında da yayılmışdı. 
Süleyman adasında qəbilə başçısının ölümü zamanı 
dəfnə toplaşan insanlar onun arvadını boğur, sonra isə 
ən yaxın qohumları və nökərləri  zəhərli bitkinin şirəsi-
ni içərək özlərini ekstaz halına gətirir və başçının qəbri 
ətrafında özlərini asırdılar. Onların düşüncəsinə görə
əsilzadə, hörmətli adamı o dünyaya tək göndərmək ol-
mazdı. 
Bəzi qəbilələrdə yetkinlik yaşına çatmış qızlar nişan-
lıları öldükdə boğazlarına kəndir bağlayaraq,  ərə get-
məyəcəklərinə and içirdilər. Onlar bütün ömürləri boyu 
bu kəndirlə  də yaşayırdılar. Fici adasında somo-somo 
qəbiləsinin məşhur başçısı Ra Mbiti okeanda boğulanda 
onun on yeddi arvadının hamısı öldürülmüşdü. 
ŞAXANOV. ... Bu məhəbbət yox, daha çox mis-
tik konservatizm və korafəhmlikdir. Bu dəhşətli alın 
yazısıdır. Yaxın keçmişdə Afrikanın bəzi qəbilələrində 
belə bir adət yayılmışdı ki, qəbilə başçısı və ya onun ar-
vadı öləndə onlarla birlikdə qullarını da basdırırdılar. 
Qurban verilən qullar isə bunu müqəddəs borcları hes-
ab edirdilər. Bir dəfə bu vəhşi ritual icra edilərkən av-
ropalılar da orada olub. Onlar qulları müdafi ə etməyə 
çalışıblar, amma qurban gətirilənlərin özləri buna kəskin 
etirazlarını bildiriblər: “Bəs o dünyada bizim ağamıza 
kim qulluq edəcək?!”
Hindistanda çox qədim nayar adlı bir qəbilənin nü-
mayəndələri qəribə ailə  həyatı yaşayırmışlar. Cavanlar 
toy edərək nigaha girsələr də bir evdə yaşamırdılar.  Ər 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə