Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə40/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

145
Bir neçə  dəqiqədən sonra biz artıq çatmışdıq. Qırğız milli 
xörəkləri ilə dolu olan nəhəng masa arxasında Corc Soros oturanlar-
la söhbət edirdi. Əsgər Akayev qonağı bizimlə tanış etdi. 
- Ağıllı, sağlam düşüncəli insanlarla tanış olmaq və mümkün 
olsa onlarla yaxın ünsiyyət qura bilmək – mənim əsas məqsədlərim-
dən biridir, - gülümsəyərək Soros dedi. 
Mənim düşüncə tərzim sovet sisteminin tərbiyəsi əsasında for-
malaşıb, buna görə də təmiz zəhmət və ya istadad vasitəsilə qazanılan 
pullardan savayı bütün başqa yollarla əldə edilən var-dövləti mən 
əyri yola düşməyin və fırıldağın nəticəsi hesab etmişəm. Amma, indi 
də deyə bilmərəm ki, bu dünyagörüşümdə köklü dəyişikliklər baş 
verib. 
Xaricdə var-dövlətin yaranmasında bir ardıcıllıq var. Babanın 
və ya atanın, nənənin və ya ananın qazandıqları nəsildən nəslə keçir. 
Onların varisləri də bu işi davam etdirib, ağıl, fərasət və işgüzarlıqları 
sayəsində (təbii ki, hiylə və məkr də olur) inkişaf etdirirlər. Bizim 
pulluların varlanması isə tam başqa müstəvidə baş verir. Sovet İtti-
faqı dövründə Qazaxıstanda böyük sərvətə sahib insan ola bilməz-
di. Bu mümkün deyildi. Suverenlik elan olunduqdan sonra isə ilk 
növbədə hakimiyyətin yüksək eşelonunda olanların oğuları, qızları, 
kürəkənləri, qardaşları, qudaları  və başqa qohumları dövlət  əm-
lakının üzərinə şığıdılar. Zavodlar, fabriklər, univermaqlar, bazarlar, 
mağazalar, qəsdən müfl isləşmə  səviyyəsinə  gətirilən müəssisələr, 
mədəniyyət sarayları, uşaq baxçaları, hətta xəstəxanalar tez bir za-
manda onların mülkiyyətinə çevrildi. Hakimiyyətin orta və  aşağı 
pillələrindəki şəxslər də onlardan geri qalmamağa çalışırdı. 
Bu gün deyiləndə ki, milyon, yüz milyon yox, milyardlarla dol-
lar dəyərində dövlət əmlakı talan edilir, oğurlanır, heç kimin vecinə 
də olmayacaq. Çünki, hamı buna öyrəşıb. Mətbuatda külli miqdarda 
sərvətin bu və ya digər şəxsin əlinə necə keçməsi, hərəsi bir ölkəni 
saxlamaq imkanına malik bəzi dövlətli qazaxların necə əndazədən 
çıxmaları barədə  dəfələrlə  ətrafl ı yazılar çap olunub. Onlardan 
bəziləri özünün və ya arvadının ad günü şənliyinə uzaq və ya yaxın 


146
xaricdən məşhur müğənniləri çağıraraq onların hərəsinə 500 mindən 
2 milyon dollara kimi qonorar verir. Hesab edilir ki, “azadlıqdır”, 
“kim nə istəyir, onu da edir” və pulu hara xərcləmək onun öz işidir. 
Mən isə  hər dəfə bir faktı xatırlayanda  əsəbimdən coşuram. Uzun 
illər boyu, qazax dilinin dövlət dili kimi inkişaf etdiriməsi hüququnu 
qazanan gündən, hər il bizim dövlətimiz bu məqsədlər üçün 60 mi-
lyon tengə ayırırdı.  Əgər bu pulu dollara çevirsək 500 min dollar 
alınar. Bizim varlılar isə öz ad günlərinə, bütün axşam boyu cəmi 
bir-iki mahnı oxuyan xarici müğənnilərə elə bu qədər pul verirlər. 
Bu faktı nəzərə alanda görürük ki, bizim ölkəmizdə qazax millətinin, 
onun dilinin, milli maraqlarının qorunması ilə bağlı vəziyyət necə 
gülüncdür... 
Qayıdaq Sorosla görüşə. 
Masa ləziz yeməklərlə dolu idi. Amma, Soros əlini də süfrəyə 
uzatmadı. Yalnız hərdən kiçik qurtumlarla mineral su içirdi. Burda 
mənim ağlıma bir fi kir gəldi: “İnsan təbiəti necə də maraqlıdır. Sən 
adi adamlardan min dəfə, milyon dəfə, lap elə milyard dəfə varlı 
ola bilərsən. Amma, qidaya olan tələbatlar demək olar ki, eynidir. 
Sən nə qədər qarınqulu olsan da, gündə bir-iki kiloqramdan çox ət
bir-iki kömbədən çox çörək, iki-üç kiloqramdan artıq meyvə-tərəvəz 
yeyə bilməzsən. Alimlər bunu hesablayıb belə qənaətə gəliblər ki, 
insan ömrü boyu 50 ton qida qəbul edir və 42 min ton su və ya başqa 
içki içir. Soros isə bu dəqiqə qarşısındakı qidanın onda birinə, heç 
iyirmidə birinə  də ehtiyac duymur. Təbiətin varlıya da, kasıba da 
verdiyi mədə böyüklüyünə və tutumuna görə eynidir. Amma, bəzən 
qarın doysa da, gözlər doymur – bu insan təbiətinin əsas zəifl iyidir. 
Belə bir əfsanə var ki, dünyanın yarısını zəbt etmiş  Makedoniyalı 
İskəndər həyatın faniliyini başa düşərək, öləndən sonra onu çiyin-
lərində aparacaq silahdaşlarına tapşırır ki, basdırmağa apararkən 
onun əllərini açıq qoysunlar. Bununla o, hamıya göstərmək istəyirdi 
ki, dünyanın yarısını tutsa da, misilsiz var-dövlətə sahib olsa da, özü 
ilə qəbirə heç nə apara bilmir: ac gözləri yalnız soyuq qara torpaq 
doydura bilər. 


147
Alimlərin dediyinə görə  qızıl, gümüş, mis, qurğuşun, qalay, 
dəmir və civə - yəni sərvət dəryasının əsas elementləri bəşəriyyətə 
bizim eradan əvvəl birinci əsrdə bəlli olub. O vaxtdan bu sərvətlər 
uğrunda mübarizə gedir. Nahaq deyilməyib ki, “Alver olan yerdə 
düzlük olmaz”. Bütün varlı adamların demək olar ki, hamısı tamahın 
və acgözlüyün qurbanı olur. Sorosun topladığı var-dövlət onun bütün 
nəslinin korluq çəkmədən yaşaması üçün əsrlər boyu bəs edərdi. 
Amma, yenə də onlar bununla qane olmurlar. 
Təbiətdə göz oxşayan güllər çoxdur. Çox qəribədir ki, bu 
güllərin 90 faizinin heç bir ətri yoxdur. İnsan təbiətində də çatışma-
zlıqlar az deyil. Bunlardan biri aza qane ola bilməməkdir. Və bəşəri-
yyətin ən böyük bəlası da budur. Qazaxların bir atalar misalı insanın 
bu qüsurunu çox gözəl xarakterizə edir: “Kasıb varlı olaq istəyir, 
varlı - allah”. Çox az adam cahillər həyatının bu burulğanından kə-
narda qala bilir...
Sorosa ilk sualı Aytmatov verdi: 
- Yadımda deyil neçənci ildə, Gürcüstan alimləri insan qanının 
tərkibində qızıl tapmışdılar. Əgər bu qızılı əldə etmək üçün vasitə 
tapılsa, yəqin insanların həyatı üçün birbaşa təhlükə yaranmış olar. 
Bunu ona görə deyirəm ki, bu gün bəzi adamlar qazanc naminə heç 
nəyin qarşısında durmur. Sadə insandan milyard dəfə varlı olmaq, 
qarşında heç bir səddin olmaması – bu mənəviyyatsızlıq deyilmi?  
- Nə deyirlər, desinlər, bəşəriyyət hələki bu sonsuz rəqabətin 
qarşısını almaq gücündə deyil, - Soros qısa cavab verdi. 
Mən 94 il yaşamış ingilis şair Uolter Meyin ingilis dilinə 
tərcümə etdiyi “Sivilizasiyanın yanlışlığı” və  “Cəzalandıran yadd-
aşın kosmoformulu” (Çingizxanın özü ilə apardığı sirr) romanlarımı 
Sorosa hədiyyə olaraq təqdim edəndə soruşdum:
- Mənim sualım da Çingiz Torekuloviçin sualı ilə üst-üstə 
düşür. Çarlz Dikkens deyirdi ki, “Çox yemək mədəyə ziyan vur-
duğu kimi, çox rahat, şirin həyat da insanın mənəviyyatını dağıdır”. 
Necə bilirsiniz, yaxın illərdə acgözlük, hərisliklə bağlı insanların 
dünyagörüşündə dəyişiklik olacaqmı? 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə