162
öz atasının evində, arvad da öz valideynlərinin yanın-
da yaşamaqda davam edirmiş. Arvadın ildə yalnız bir
neçə gün ərinin evində qalmağa ixtiyarı var imiş. Hətta
uşaqlar olandan sonra da bu qayda qüvvədə qalırmış.
Tez-tez görüşmək qadağan imiş, bu abırsızlıq sayılırmış.
Bütün ömürləri boyu ər-arvad maddi cəhətdən də bir-bir-
indən asılı deyilmiş. Hərə öz bacardığı kimi dolanırmış.
Ən maraqlısı isə budur ki, bu qəbilədə boşanma halları
demək olar ki, yox imiş. Bəlkə ona görə ki, çox az-az olan
görüşlər bayram kimi qəbul edilirmiş?
Dayakların evlənmə və boşanma adətləri isə başqa-
larından tam fərqlənirdi. Bu xalqın məişəti və adətlərini
araşdıran etnoqraf Pyer Pfeffer yazırdı: “Kişilər kimi qa-
dınlar da boşanmanın təşəbbüskarı ola bilərlər. Dayaklar
bunda faciəvi heç nə görmürlər”.
İnsanların məhəbbət və nigah məsələlərinə belə müx-
təlif yanaşmalarının arxasında milyonlarla insan taleləri
və uğursuz məhəbbətin qırdığı qəlblər var”.
- Mövqeyimizin aydın olması üçün daha bir problemə
yanaşmamızı dəqiqləşdirməliyik, - Aytmatov davam etdi. – Bəzən
çoxarvadlılıqla bağlı mənfi fi kirlər söylənir, amma axı bu ailələrdə
uşaqlar valideyn nəvazişi və mehribanlıq görür. Onların taleləri
körpə vaxtlarından atılan, valideyn məhəbbəti, qayğısı görməyən
uşaqlardan yerlə göy qədər fərlidir. Biz bunu heç düşünmürük.
Bir misal gətirim. Mən Jambıl baytarlıq texnikumunda oxuyanda
bir dəfə “atçılıq”-dan dərs deyən qoca müəllimimiz (Leninqradd-
an evakuasiya olunun) bizi şəhər kənarına aparmışdı. O, ağacların
arasındakı çəmənlikdə otlayan zəncirli
madyan və dayça barədə su-
al-cavab dərsi keçirirdi. Sonra isə istirahət etmək üçün fasilə elan
olundu. Elə bu vaxt tükürpədici bir pişik çığırtısının səsi gəldi. Sən
demə bizm uşaqlardan biri sahibsiz bir pişiyi tutaraq ağacdan asıb.
Mənim yanımda olan oğlan tez cibindən bıçaq çıxardıb - “heyvana
163
belə zülm verərlər?” – deyərək pişiyin asıldlğı kəndiri kəsdi. Sadist
oğlan isə onun üstünə cumaraq boğazından tutdu və dedi: “Bu sənin
atanın pişiyi deyil ki, başqasının işinə niyə qarışırsan? Bilmək istəy-
irsənsə, mən hər bir canlıya zülm verməkdən həzz alıram”. Mən on-
ları ayırmasaydım yəqin ki, dava olacaqdı. Sonralar o oğlanın “mən
hər bir canlıya zülm verməkdən həzz alıram”
sözləri bizi düşünməyə
vadar edirdi. Məlum oldu ki, bu oğlan qətiyyən valideyn nəvazişi
görməyib. Anası onu bic doğub. Uşaq yetkinlik yaşına çatana kimi
uşaq evində böyüyüb və tərbiyə alıb. Bu misaldan yaxşı görünür ki,
valideyn himayəsi, qayğısı olmadan alınan tərbiyə hansı acılarla və
necə dəhşətli bəla ilə nəticələnə bilər.
- Sovet İttifaqında bir vaxtlar əzazil və kökü olmayanlardan
dövlət siyasətində istifadə olunurdu, - mən dedim. – Novosibirsk-
də uşaq evlərinin yetirmələri, əsasən də valideynləri
bəlli olmayan
atılmış uşaqlardan ibarət ordu hissəsi formalaşdırılmışdı. Bu cəza
dəstələrinin yaradılması çox məxfi saxlanılırdı. 1986-cı ildə Al-
ma-Atada Dekabr üsyanının yatırılması çərçivəsində “Çovğun” adlı
cəza əməliyyatında məhz bu daş qəlbli insanlardan istifadə olun-
muşdu. Əsgərlər meydana yığışmış silahsız gəncləri amansızcasına
döyərək, onlardan bir neçəsini öldürmüşdülər. Cavan oğlan və qı-
zları 20 dərəcəlik şaxtada saatlarla meydanın ətrafındakı ərazidə buz
bağlamış yerdə üzü aşağı vəziyyətdə uzanmağa vadar etmişdilər. Son-
ra isə kimini ayağından, kimini saçından tutaraq odun parçası kimi
yük maşınının kuzasına atıblar. Şübhəsiz ki, ailədə, səmimi və isti
valideyn sevgisi görərək böyüyən əsgərlər, necə əmr verilməsindən
asılı olmayaraq belə vəhşiliklər edə bilməzdilər. Bu zalımlar isə ək-
sinə, işgəncə verməkdən həzz alırdılar: 30-dan artıq maşını ağzına
kimi cavan uşaqlarla dolduraraq şəhərdən 30-40
km uzağa apararaq
amansızcasına döyməyə başlayıb, bəzilərini isə döyərək öldürüblər.
Huşunu itirdikdən sonra özünə gələnləri ayaqqabılarını və paltarını
çıxarmağa məcbur edir və belə vəziyyətdə buraxırdılar. 20 dərəcəlik
şaxtada isə bu elə ölüm demək idi. Qızların hamısını zorladıqdan
sonra alt paltarı olmadan yerdə qarın üstündə uzanmağa məcbur
164
edərək “daha doğa bilməyəcəksiniz” deyirmişlər. Bu vəhşilikləri
heç Hitlerin faşistləri də etməyiblər. Çünki, onlarda bu cür valid-
eyn sevgisi olmadan, nəvaziş görmədən böyüyən əsgərlərdən ibarət
hərbi hissələr yox idi. Kimin ağlına gələrdi ki, valideyn qayğısı, hi-
mayəsinin olmaması necə böyük təhlükə yaradır. Uzun əsrlər boyu
bu problemə kifayət
qədər əhəmiyyət verilməmiş, bu hər kəsin şəxsi
işi hesab olunmuşdu. Bəs bu tip cəza dəstələri yaradan hakimiyyətin
mənəviyyatsız siyasətinə nə ad vermək olar?
- Bax bu nöqteyi-nəzərdən cəmiyyət üçün təhlükəli, daşürək-
li yetimlərin sayının artmasındansa, hamının qınaq hədəfi olmaq,
amma uşaqları çoxarvadlı ailədə böyütmək daha yaxşıdır. Human-
izm yolu ilə getmək üçün bu ideya daha proqressiv təsir bağışlayır,
- gülərək Torekul oğlu dedi.
2008-ci ilin dekabrında, Aytmatovun ölümündən sonra mən
Urumçi şəhərinin sakinlərinin dəvətilə Çin Xalq Respublikasının
Sinszyan-Uyğur muxtar rayonunda oldum və üç min nəfərlik böyük
bir zalda poeziya axşamı keçirdim.
Deyilənə görə, elə bir o qədər
də adam bilet tapa bilmədiyi üçün tədbirə qatıla bilməmişdi. Çin
polisi həyat yoldaşımla məni çox çətinliklə, böyük insan kütləsini
yararaq bizi mehmanxanaya aparacaq maşına çatdırdı. Urumçi qa-
zaxlarının mənim poeziyama vurğunluğu heyrətamiz idi. Onların
arasında elələri var idi ki, mənim poemalarımı saatlarla əzbərdən
deyirdi. Sanki, hətta poeziya aləmindən uzaq olan adamların da
arasında mənim şeirlərimdən heç olmasa bir kupleti bilməyən şəxsi
tapmaq çox çətin məsələ idi.
Növbəti gün, saat yeddi radələrində
qapı döyüldü. Açıram – kandarda bir dəstə pərəstişkar dayanıb.
“Muxtar-ağa, biz Çinin uzaq bölgələrindən gəlmişik, 200 nəfərdən
çoxuq, sizin poeziya axşamınızda iştirak edə bilmədik. Heç olmasa
avtoqraf almaq ümidi ilə bütün gecəni yatmamışıq, sizin yuxudan
durmağınızı gözləyirdik”, - onlardan biri dedi.
Açığı belə ehtiramı mən heç yerdə görməmişdim,
hətta öz doğ-
ma aulumda da. Məni müşayiət edənlər bu pərəstişkarlarımı bir-
bir otağa buraxmağa məcbur oldular. Onların əksəriyyətinin əlində
mənim Urumçidə bir neçə dəfə təkrar nəşr olunmuş şeirlər toplu-