Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə32/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

118
dininə etiqad ediblər. Şəxsən mənim üçün bu dindən dönmək uzun 
illərin tarixinə hörmətsizlikdir. Buna görə də mən qəlbimdə bu dinlə 
doğulmuşam, onunla da öləcəyəm. 
-Düzdür, mən də bu fi kirdəyəm. Dinimizi dəyişməkdən nə qa-
zana bilərik? – Aytmatov dedi. 
O gün əl-Farabi adına Qazaxıstan milli universitetində bizimlə 
görüş oldu. Rektor, Qazaxıstan Respublikası Milli Elmlər Akademi-
yasının müxbir üzvü Kopjasar Naribayev Çingiz Aytmatova “Fəxri 
professor” adının verilməsi qərarını açıqlayaraq bu barədə diplomu 
ona təqdim etdi. Görüşdə akademik Zeynolla Kabdolov və Aytmat-
ovun yaradıcılığı barədə çox elmi işlər yazan qırğız akademik Rustan 
Raxmanaliyev nitq söylədilər.  İstedadlı  şair-improvizator Muxam-
edjan Tazabekov bizə həsr etdiyi mahnıları oxudu. Bizim Qazaxıstan 
torpağındakı bu görüşümüz beləcə başa çatdı. 


119
ÇİMKENTDƏ AYTMATOV ADINA 
MƏKTƏB. NIYƏ AT İNSANDAN
DAHA MƏRDDİR? 
1998-ci il aprelin 17-də Aytmatovla mən Daşkənddən, beynəlx-
alq simpoziumdan qayıdanda Cənubi Qazaxıstan vilayətinin mərkəzi 
– Çimkentə baş çəkmək istədik. Neçə il idi ki, vilayətin rəhbərliyi 
Çingiz Torekuloviçi region sakinləri ilə görüşə çağırırdı. Sakinlərlə 
görüşmək imkanı yalnız indi ələ keçmişdi. Tanınmış iş adamı Serik-
jan Seytjanov bizim üçün “Fosfornik” mehmanxanasında yer sifariş 
vermişdi. Orada yerbəyer olduq və şərtləşdik ki, Janabay Salimba-
yevin evində nahar edəcəyik. Vilayətin akimi Kalık Abdullayevlə bir 
yerdə getdik. 
Mən doqquz yaşımda atamı itirdikdən sonra dəfələrlə Janaba-
yın atası – Tasbau ağanın qohumluq tellərinə necə dəyər verməsi-
nin və onun vətəndaşlıq məsuliyyətinin şahidi oldum. O, öz uşaqları 
kimi Şamşı Kaldayakovla mənim də nazımızı çəkirdi. Bir il əvvəl 
yenə Daşkənddən qayıdarkən onun kiçik qızı  Şəkər və kürəkəni 
Nurkozanın evində gözəl bir axşam keçirmişdik.
Nahardan sonra Çimkentin 46 saylı məktəbinə Çingiz Aytma-
tovun adının verilməsi mərasimi olmalı idi. Mən vilayət rəhbərliy-
inin planlarını əvvəlcədən bilsəm də Aytmatova heç nə deməmişdim. 
Bunun sürpriz olmasını istəyirdim. O vaxt nəinki Qazaxıstanda, heç 
Qırğızıstanda da Aytmatovun adını daşıyan bircə  məktəb də yox 
idi. Qazaxıstanda isə canlı klassikləri demirəm, ortabab şairlərin, 
yazıçıların, alimlərin, çobanların (100 qoyundan 150 bala alan) 
və  məktəbləri, bağçaları, ictimai binaları da ələ keçirən acgöz bi-
znesmenlərin valideynlərinin  adını daşıyan xeyli məktəb var. Sən 
demə, 1992-ci ildə, 50 yaşım tamam olanda doğulduğum Otrar ray-
onunun Şilik sovxozunun orta məktəbinə  mənim adımın verilmə-
si barədə  qərar imzalanıb. Respublika qəzetlərində  də çap olunan 
xüsusi bəyanatla mən hələ sağlığımda belə şərəfə layiq görülməy-
imə qəti etirazımı bildirdim. Amma, bunu heç kim nəzərə almadı. 
Əfsanəvi qəhrəman, Kasım Kaysenov qəzetdə  bəyanatımı oxuyub 


120
məni öz evinə dəvət etdi və dedi: “Həyatda hər şeyi pulun həll et-
diyi bir zəmanədə  sənin hörmətli adamların adlarının məktəblərə 
verilməsi ilə razı olmamağın qəbul edilməyəcək və nəzərə alınmay-
acaq. Öz adını doğma diyardakı məktəbdən almaq – bu qələbədir, 
yoxsa məğlubiyyət? Çox mümkündür ki, hansısa pullu bir adam pul-
larının köməyi ilə sənin adının götürüldüyü məktəbə öz anasının və 
ya atasının, yaxud da başqa bir qohumunun adını verdirər. Heç kim 
şübhə etmir ki, Allah eləməmiş, öləndən sonra vətənində hansısa 
bir məktəbə onsuz da sənin adını verəcəklər. Axı sən daim dilimiz-
in, milliliyimizin qorunması barədə çağırışlar edirsən, bunu xalqın 
əsas vəzifəsi sayırsan, mənəvi dəyərlər uğrunda mübarizə aparırsan. 
Deməli sənin adının məktəbin girişində lövhəyə yazılması təsadü-
fi  deyil və bundan millət uduzmaz. Ona görə də öz bəyanatını geri 
götür”. Mən bu barədə çox fi kirləşdim. Amma demək olar ki, öz 
fi krimdə qaldım. 
Amma, məktəbə dünya ədəbiyatının canlı klassiki Çingiz Ayt-
matovun adının verilməsinə isə heç kim etiraz etməz. 
Bu məktəbdə keçirilən görüş çox həyacanlandırıcı idi. Sonra 
isə biz Çimkentin mərkəzi meydanına Abu Nəsr əl-Fərabinin adının 
verilməsinə həsr olunmuş təntənəli mərasimə qatıldıq. 
Axşam Jumat Şanin adına vilayət teatrında “Axmağın dəri-
si üzərində  məhkəmə” dramına (“Sokrat haqqında xatırələr gecə-
si”) baxdıq. Tamaşanın rejissoru – Əckər Kuldanov, məsləhətçi isə 
Qazaxıstanın xalq artisti, Dövlət mükafatı laureatı Rayımbek Sey-
metov idi. Son illər Seymetov Turkestan teatrına rəhbərlik edirdi. 
Mən bu insana çox borclu idim. İlk dəfə Alma-Ataya gələndə  qış 
çox sərt keçdi. O vaxt mən maddi çətinlik çəkdiyim üçün qalın üst 
paltarım yox idi və palto ilə papağı müvəqqəti olaraq gözəl insan Za-
kir Asabayevdən almağa məcbur olmuşdum. Raimbek-ağa Muxtar 
Auezov adına akademik teatrın səhnəsində mənim şeirlərim əsasın-
da “Məhəbbətin qanunu” adlı poetik tamaşa qoymuşdu. O vaxtlar 
oxucuların mənim  şeirlərimə marağı yenicə artmağa başlayırdı. 
Tamaşalar hər həftə olurdu, bəzən isə həftədə iki dəfə anşlaq qeydə 


121
alınırdı. Belə günlərdən birində biletsiz qalan gənclər üç metal qa-
pını sındıraraq tamaşaçı zalına doluşdu. Azərbaycan teatrının baş re-
jissoru Mambetovun bununla bağlı dediyi sözlər hələ də yadımdadır: 
“Qoy qapıları sındırsınlar. Cavanların teatra və Şaxanov poeziyasına 
can atmasına görə onlara hər şeyi bağışlamaq olar”. 
Antrakt zamanı mən Aytmatovu Rayım-bek Seytmetovla tanış 
etdim. 
- Bilmirəm yadınızdadır, yoxsa yox, amma mən çox illər əvvəl 
sizə bu oğlan haqqında danışmışdım – mən Çingiz Torekuloviçə ded-
im. -   70-ci illərin ikinci yarısında Rayımbek mənim ikinci dramatik 
poemam olan “İnam səltənəti”ni səhnələşdirib. O, bu drama Siyasi 
Büronun  əldən düşmüş qocalarını  ələ salan və  Mərkəzi komitənin 
ideologiya üzrə katibi Suslovu bərk qəzəbləndirən “12-3=?” poe-
masını da daxil etmişdi. Bu poemaya ön sözü siz yazmışdınız. 
- O vaxtlar bu qəhrəmanlıq idi, - Aytmatov dedi. 
-Ona görə də tamaşa cəmi bir dəfə oynanıldı. Səhəri gün bizi 
Qazaxıstan Kommunist Partiyası Mərkəzi komitəsinə çağırıb ciddi 
şəkildə  xəbərdarlıq etdilər və tamaşadan poemanın mətnini çıxar-
mağı tapşırdılar, - deyə Rayımbek gülümsədi. 
“Axmağın dərisi üzərində  məhkəmə” (“Sokrat haqqında 
xatırələr gecəsi”) tamaşası Çingiz Torekuloviçin 70 iliyi ilə bağlı 
təntənəli mərasimə keçdi. Daha doğrusu Aytmatovun 70 yaşı 
dekabrın 12-də tamam olurdu. Bu tarixə hələ yarım ildən çox  var 
idi. Amma, dekabrda bu cür görüşün keçirilməsinin mümkün olmay-
acağını  nəzərə alaraq vilayətin sakinləri qazax-qırğız məkanında 
Çingiz Aytmatovun yubileyini ilk olaraq özləri keçirməyə qərar ver-
dilər. Vilayətin akimi K. Abdullayev və şəhərin akimi K.İzbaskan-
ov Aytmatovun çiyninə naxışlı qazax çapanı qoydular və qiymətli 
hədiyyələr təqdim etdilər. Teatr artistləri, vilayətin mədəniyyət və 
ədəbiyyat xadimləri bir-birilərinin ardınca Aytmatova xoş arzularını 
bildirir və onu çiçəklərə qərq edirdilər. 
Növbəti gün Arıs  şəhərinə getdik. Bizi vilayətin akiminin 
müavini,  ədəbiyyatın və incəsənətin dərin bilicisi Darxan Mınbay 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə