Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

112
-Biz eşitmişik ki, siz maşınınızı satmaq istəyirsiniz... 
Deyirlər siz heç onu sürmürsünüz... Biz onu almaq istəy-
irik... 
Həqiqətən çox səxavətli adam olan Momışulanın nə isə 
satmaq, qiymət razılaşdırmaq qabiliyyəti yox idi. O, heç 
vaxt belə şeylərlə məşğul olmamışdı, həm də bu işi özünə 
layiq hesab etmirdi. Söhbətin nədən getdiyini anlayanda 
elə bil beyninə qan sızır. Tez yerindən atılıb masanın siy-
irməsindən tapançanı götürüb qışqırır: 
-Durun ayağa!  - kələkbazlar tez yerlərindən sıçrayıb 
əsməyə başlayır və  cınqırlarını da çıxarmırlar. – Uzanın 
yerə! – növbəti qorxunc əmr belə olur. 
Tapançanın onlara tuşlanan lüləsi yaxşı heç nə vəd et-
mir və qorxudan az qala ağıllarını itirən “biznesmenlər” 
müti  şəkildə  qəzəbli ev sahibinin bütün əmrlərinə tabe 
olurlar: 40 dəfə durub yenidən yerə uzanırlar. Tezliklə on-
lar lap əldən düşürlər, tər bədənlərindən sel kimi axır. 
-Geriyə dön! – nəhayət ki, ürəyi soyuyan ev yiyəsi 
sonuncu  əmrini verir. – Marş! Mən maşını yandıraram, 
amma sizə satmaram!”
Bəli, Baurjan Momışula barədə iki xatirə etik məsələlərə görə 
kitaba daxil edilməyib, - deyə mən jurnalistə bildirdim. 
İndi isə bu suala cavab olaraq onlardan birini danışım. 
Bir dəfə Bauke mənə  zəng etdi. Bundan iki gün əvvəl, Le-
rmontov adına Rus dram teatrında toplantılardan birində  mən öz 
ev telefonumun nömrəsini ona vermişdim. O, nədənsə söhbətə rus 
dilində başladı. Mən Baukenin sözünü kəsib soruşdum:
-Siz kimə zəng eləmisiniz? 
-Mən Muxtar Şaxanova zəng eləmişəm, - o, səsini qaldırdı.
-Muxtar  Şaxanov nədir bəyəm – rusdur? – deyə  mən özüm-
dən çıxdım. – Neçə ildir ki, siz milli özünüdərk, adət-ənənə, doğ-
ma dilimizin qorunmasından danışırsınız! Amma, buna baxmayaraq 


113
dilimizə hörmətsizlik edərək qazaxa rus dilində müraciət edirsiniz. 
İndi siz göstərdiniz ki, sözlərinizlə əməlləriniz bir-birindən ən azı iki 
kilometr yarım uzaqdadır. Sağ olun! 
Bunu deyib mən dəstəyi asdım. 
Bir-neçə dəqiqədən sonra Bauke yenə zəng etdi. 
- Muxtar, əzizim, bağışla, - o günahkarcasına dedi. Hərbiçi tərbi-
yəsi, ordu psixologiyası və rus dilinin qüdrəti bütün beynimi doldu-
rub. Hərdən qazax dilində danışarkən birdən-birə rus dilinə keçirəm. 
Ruslaşdırma siyasəti böyük uğurlar qazanıb. Milli maraqlarımıza 
başdansovdu yanaşmaqla az qala itə dönmüşük. Sənin tənqidin tam 
yerinə düşdü. Söz verirəm ki, bundan sonra qazaxlarla ancaq qazax 
dilində danışacağam! 
O vaxt yaşlı nəslin qazax şairləri və yazıçılarından çox az bir 
qismi öz səhvini bax belə etiraf edə bilərdi. Baurjan Momışulanın 
mənəvi safl ığı və totalitar sistemin formalaşdırdığı bir səhvi cəsarətlə 
etiraf etməsi mənim ona olan rəğbətimi birə beş artırdı. 
Yenidən qayıdaq Respublika sarayında keçiriləcək axşama. O 
vaxt qazax şairləri və yazıçılarının sayı az deyildi. Amma onların 
heç də hamısı Respublika Sarayında öz ətrafına üç min pərəstişkar 
yığa bilməzdi.  Bu sarayda öz yaradıcılıq gecələrimizi yalnız Oljas 
Suleymenov və  mən keçirə bilirdik. Aytmatovu təbliğ etməyə isə 
qətiyyən ehtiyac yox idi. Yetərdi ki, insanların bu barədə məlumatı 
olsun. Buna görə də zalda  anşlaq idi. Bəziləri isə hətta üç saat ayaq 
üstə qalmalı oldu. Tədbirin  əvvəlində  Qırğızıstan Respublikasının 
prezidenti  Əsgər Akayevin bizim ünvanımıza məktubu oxundu. 
Sonradan mətbuatda da çap olunan məktubda belə sözlər var idi:
“Sizin həyat prinsipləriniz və məramınız, təkrarolun-
maz yaradıcılığınız sizi Qazaxıstan və Qırğızıstan xalqları 
arasında  ən  şərəfl i  yüksəkliklərə qaldırıb. Məlumdur ki, 
bütün Orta Asiya ərazisində sizdən başqa eyni zamanda 
iki dövlətin “Xalq yazıçısı” adına layiq görülmüş başqa  
qələm sahibi yoxdur. 


114
Siz, Çingiz Torekuloviç,  XX əsrin dahi şəxsi-
yyətlərindənsiniz. Sizin dünyanın mədəni və  mənəvi ink-
işafı prossesinə töhfəniz misilsizdir. Dinya oxucularının bir 
neçə  nəsli sizin əsərlərinizdən nümunə götürərək tərbiyə 
alıblar. Siz Qırğız xalqının  əsl qəhrəmanına, milli qürur 
obyektinə çevrilmişiniz...
Siz, Muxtar Şaxanoviç, Asiya materikinin öz 
əsərlərində Şərq və Qərb müdrikliyini birləşdirən bənzəri 
olmayan bir şairisiniz. Siz bütün Sovet İttifaqı ərazisində 
demokratik dəyişikliklərin ilk müjdəçilərindənsiniz. Qa-
zaxıstanda 1986-cı il hadisələrindən sonra siz totalitar 
sistemin məngənəsində  sıxılan kəslərin müdafi əsinə qalx-
dınız. Vətəndaşlıq borcunuzu yerinə yetirərək və öz şair-
lik istedadınızdan yararlanaraq, qazax xalqının sadiq bir 
övladı kimi siz qəhrəmanlığa bərabər bir hərəkət etdiniz... 
Sizə yaradıcılıq səmasında daim pərvazlanmağı arzu 
edirəm!”
Qazax, qırğız və rus dillərində keçən yaradıcılıq gecəsində 
ilk söz Aytmatova verildi. O, tamaşaçıların diqqətini qırğız və qa-
zax xalqlarının çoxəsrlik dostluğuna yönəldərək “Manas” dastanı 
və Muxtar Auezovun yaradıcılığını xüsusi vurğuladı, bizim birlik-
də “Uçurum üzərində ovçu fəryadı” və “Sokrat haqqında xatırələr 
gecəsi” kitablarını necə yazmağımız barədə  ətrafl ı danışdı. Bizim 
can atdığımız birgə məqsədlərin nədən ibarət olduğunu dedi.  Tanın-
mış rejissor Almas Sarlikbayevin quruluş verdiyi və Qırğızıstan ak-
ademik teatrında səhnələşdirilən “Sokrat haqqında xatırələr gecəsi” 
dramı da diqqətdən kənar qalmadı. Sonra isə qırğız artistlərin ifasın-
da bu dramdan parçalar göstərildi.  Mənə söz verildikdə isə son illər 
yazdığım  şeirlərdən oxudum, sonra isə elan etdim ki, Aytmatovla 
mənim xahişimlə tanınmış qırğız heykəltaraş, Lenin mükafatı lau-
reatı Turqunbay Sıdıkov Muxtar Auezovun daşdan heykəlini yonur. 
“Bu Muxtar Auezovun qırğız torpağında ilk abidəsi olacaq”, - ded-
im. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə