Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


ŞAXANOV.  Televiziya kanallarından birində körpə



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

125
ŞAXANOV.  Televiziya kanallarından birində körpə 
vaxtı canavarlar tərəfi ndən oğurlanan və elə onların arasın-
da da böyüyən Juma Jumayev adlı bir nəfərlə söhbət gedir-
di. Uzun illər o, ana canavar və onun baalalarının yanında 
yaşayıb və ovçular onu tapanda artıq tam vəhşiləşibmiş. 
Vəhşi adamı tutmaq üçün ovçular onun dalıyca xeyli qa-
çmalı olublar. Tutandan sonra isə dəmir qəfəsə salıblar. 
-Adamlar məni qəfəsə salandan sonra mənim anam 
(o, dişi canavarı anası hesab edirmiş) həyatını riskə at-
araq məni xilas etməyə çalışırdı. O, dəmir barmaqlıqları 
gəmirir,  ətrafda vurnuxaraq yanıma keçməyə çalışırdı. 
Sonra ovçular onu öldürdülər. Canavarlarla yaşayanda 
mən onlardan pislik görmədim. Onlar çox ədalətlidirlər. 
İnsanların arasında isə mən belə xoş münasibət və köməyi 
çox az görürəm. – deyə Juma danışırdı. 
AYTMATOV. Əkbər və Taşçaynar barədə yazmazdan 
əvvəl mən canavarların davranışı, xarakteri, həyatını xeyli 
araşdırdım, bu barədə çoxlu kitab oxudum. Canavarların 
həyatı sərt qanunlarla nizamlanır və çox maraqlıdır.
Məsələn əgər qış həddindən artıq sərt keçmirsə və ca-
navarların acından qırılmaq təhlükəsi yoxdursa onlaar heş 
vaxt öz ərazilərindəki mal-qaraya hücum etmir. Əksinə, 
onlar öz ərazilərini qoruyaraq sürüyə başqa canavarların 
yaxınlaşmasına imkan vermirlər. Sürüdəki canavarlar 
hər gecə öz ərazilərinə  nəzarət edir və onun sərhədlərini 
öz ifrazatları ilə işarələyirlər. Ana canavarın balaları olan-
da isə bu “növbətçilik” daha ciddi şəkildə həyata keçiril-
ir.  Ərazidə “özgə” canavar peyda olan kimi onu qovur-
lar. Anlayırlar ki, əgər bu “özgəsi”  ərazidəki mal-qaranı 
tələf eləsə heyvanların sahibi yerli canavarları  günahkar 
biləcək və bunun əvəzini çıxmaq istəyəcək. Bu zaman isə 
heç bir təqsiri olmayan bala canavarlar məhv edilə bilər. 
Sən heyvandakı məntiqə bax!


126
ŞAXANOV.  Hələ lap balaca uşaq ikən eşitdiyim bir 
hekayət indiyə kimi yadımdadır. Çobanın yaşadığı evdən 
bir qədər aralı bir canavar küçükləyir. Çoban öz işi ilə 
məşğul olur və canavarlara dəymir. Canavarlar da özləri 
üçün yaşayır və çobana ziyan vermirlər. Bu minvalla onlar 
xeyli vaxt qonşu olurlar. 
Dəfələrlə aulun cigitləri canavarın balalarını apar-
maq istəyirlər, amma çoban onlara imkan vermir. Dünya-
da balaları  əlindən alınmış ana canavardan kinli yırtıcı 
yoxdur. Belə olarsa o, sürüdəki bütün qoyunların boğazını 
gəmirib onları tələf edər. Ata canavar da dişi ilə bərabər 
qonşusunun qoyunlarını qoruyurdu və öz həmcinslərini 
yaxına buraxmırdı. Amma, bir gün gözlənilməz hadisə 
olur. Yuvalarından çıxmış canavar balaları günün altında 
oynayarkən təsadüfən bir quzunu öldürürlər. Bunu çoban 
da görür. Növbəti gün isə o, baş verənlərdən sonra canav-
arların özlərini necə aparacağına baxmaq istəyir. Və çox 
təəccüblənir. Onun qoyun sürüsündə boynundan kəndir 
sallanan başqa bir quzu var idi. 
Maraqlıdır ki, canavarlar öz balalarının hərəkətindən 
“utanaraq” gecə gedib başqasının sürüsündən bir quzu 
oğurlayıb və çobana gətiriblər. 
AYTMATOV. Düşünürəm ki, hər bir savadlı insan Tsi-
alkovskinin sözləri üzərində  fi kirləşməlidir. O, deyib ki
“insan təbiətə qarşı güc tətbiq edib və indi də təbiətin ona 
qarşı güc tətbiq etməsini gözləməlidir”. 
Alimlərin gözlənilməz (və çox qorxulu) bir ehtimalı 
da bu deyilənləri təsdiqləyir. Onlar belə bir fərziyyə irəli 
sürüblər k, bizə qədər yer kürrəsində dörd dəfə həyat olub. 
Bu hipotezaya inansaq əvvəlcə  dəhşətli zəlzələ yer 
üzündə həyatı məv edib, ikinci dəfə bütün dünyanı əhatə 
edən qanlı müharibə, sonra yeni kəşf olunmuş çox güclü 
silah, sonuncu dəfə isə planetimizi su basması üzündən in-


127
sanlar yer üzündən silinib. Bütün bu kataklizmlərin səbəbi 
isə insanın ruhən kasadlaşması, acgözlük və allahsızlıqdır. 
Bu amillər insanları təbiəti talan etməyə, dağıtmağa vadar 
edir. Budur həqiqət!
ŞAXANOV. Yəqin ki, biz min illərin tarixi boyu zər-
rə-zərrə toplanan zəngin insan mənəviyyatının hansı səbəb-
dən dəyərini itirdiyini düşünən yeganə şəxslər deyilik. Necə 
olur ki, getdikcə ürəklər daşa dönür, sərtləşir, xeyirxahlıq 
və mərhəmət hisslərinə isə indi çox az rast gəlinir? 
Alaq otları  məhv edilməyincə, düyü rahat böyüyə 
bilməz. Və əgər biz vaxtlı vaxtında cərgələrin arasında alaq 
təmizləmə işləri aparıb, insan təhtəlşüurundakı ibtidai in-
stinktləri, sadist meylləri məhv etməsək, insanlığa qarşı 
cinayətlər potensial təhlükədən gündəlik reallığa çevrilə 
bilər. 
Televiziya, kinoteatr, videosalonların ekranları 
əzazilliyi təbliğ edən “dəhşət  fi lmləri” tərəfi ndən zəbt ol-
unub. Bu fi lmlər gecə-gündüz zoru, təhqiri, işgəncələri 
təbliğ edir. Kitab rəfl əri heç bir yüksək bədii dəyəri ol-
mayan, amma amansızlıq atavizminə qida verən kəskinsü-
jetli döyüş əsərləri, trillerlərlə doludur.  Bu mənada deyə 
bilərik ki, “kütləvi silah” növlərinin ən geniş çeşidləri bi-
zim şəhərlərin küçələrində açıq satışdadır...
AYTMATOV. ... İndi fi krimizi problem üzərində tam 
cəmləşdirmək vaxtıdır: sadizmə  zəmin yaradan, onun 
hərəkətverici motivləri nədən ibarətdir – sadizm haradan 
və niyə yaranır, onun cəmiyyətin mənəviyyatına təsiri nə 
səviyyədədir və bizi hansı aqibət gözləyir?..
Bəlkə  də “sadizm” sözünün mənasını hamı bilmir. 
Lüğətə müraciət edək. Fransız yazıçısı Markiz de Sadın 
(1740-1814) adını daşıyan bu termin cinsi pozğunluq 
mənası verir. Bu pozğunluq zamanı insan tərəfdaşına fi ziki 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə