179
Otrarlı “KT”-lərin (Maqauin konırat qəbiləsinin
nümayəndələrini belə adlandırır) Çingizxanı necə qəbul
etməsi məsələsinə gəlincə, bununla bağlı otrarlıların
“Ontüstik Kazakstan” qəzetində (6 iyun 2002-ci il) yayılmış
fi kirlərinə diqqət yetirək:
“Qazax torpağında 26 şəhəri qan içində boğan, otrar
sivilizasiyasını məhv edən Çingizxanı “azadlıq daşıyıcısı”
elan etmək vəhşilikdir. Bizim müstəqil bir millət kimi hələ
tam möhkəmlənmədiyimiz bir dövrdə tarixi belə yazmaq
ağılsızlıq və hətta bir qədər də sərt olsaq – savadsızlıqdır.
Bu, “Son damla qanımıza kimi Kairxanla!” deyərək öz
vətənlərini müdafi ə edən və qəhrəman kimi həlak olan
minlərlə ulu baba və nənələrimizin ruhuna təhqirdir. Buna
yalnız Çingizxan istilasından sonra vəhşilərin ulu Otrara
ikinci hücumu adı vermək olar”.
Bir sözlə, dövlət hesabına maliyyələşən “Juldız”
jurnalından zəmanəmizin böyük yazıçısı, qazax
xalqının sadiq dostu Ç. Aytmatova və millətimizin
tanınmış yazıçılarına qarşı dəyənək kimi istifadə etmək
mənəviyyatsızlıqdır. Bunu əcdadlarımızın tarixinin
dolaşrırılmasında “böyük xidmətləri” olan müəllif edib.
İndi M.Maqaunin əqidə xuliqanlığının qarşısını almağın
vaxtı çatıb”.
Kasım Kaysenov, Xalık Kaharmanı (Xalq Qəhrəmanı),
yazıçı;
Murat Jurinov, QR Mili Elmlər Akademiyasının
prezidenti, Dövlət mükafatı laureatı, akademik;
Muxtar
Aliev, Xalık Kaharmanı (Xalq Qəhrəmanı), Dövlət mükafatı
laureatı, akademik;
Askarbek Kusainov, Qazaxıstan
pedaqoji elmlər Akademiyasının prezidenti, Dövlət
mükafatı laureatı, akademik;
Kaydar Aldajumanov, Ş.
Ualixanov adına tarix və etnoqrafi ya
institutunun direktor
müavini, tarix elmləri namizədi;
Zeynolla Alşımbayev,
180
QR Parlament məclisinin deputatı;
Saylau Batırşaulı, QR
diplomatik xidmətinin Əməkdar xadimi, iqtisad elmləri
doktoru, professor, “Dövlət dili” ictimai hərakatının
Astana şəhəri üzrə sədri;
Kutım Ordabayev, Cənubi
Qazaxıstan vilayəti Otrar rayonu veteranlar şurasının
sədri, SSRİ təhsil əlaçısı;
Kasım Jakibayev, Qazaxıstanın
xalq artisti;
Abdilxamit Narımbetov, fi lologiya elmləri
doktoru,
professor;
Murtuza Bulutay, fəlsəfə elmləri
namizədi, kulturoloq, dinşünas; Mınbay İles, Qazaxıstan
jurnalistlər ittifaqının A.Bokeyxanov adına mükafatının
laureatı, veteran jurnalist;
Kusain Rısaldı, Abılay xan
adına Qazaxıstan beynəlxalq əlaqələr və dünya dilləri
universitetinin professoru;
Kaldıbek Kurmanali, “Jas
kazak” jurnalının
baş redaktoru;
Darmen Smail, “Aykap”
ictimai-siyasi həftəliyinin baş redaktoru
.
Təbii ki, Aytmatovun təhqir və ittihamlara məruz qaldığı bütün
məqalələrdə məni də hökmən ona qatırdılar.
İdi isə “Juldız” jurnalındakı yazı barədə. Təxminən bir povest
böyüklüyündə, 24 səhifəlik “Uçuruma yuvarlanan iki bədbəxt, və ya
Ç. Aytmatov niyə ağlaşır, M. Şaxanov niyə ciyildəyir
?” adlı məqaləyə
ön sözü M.Maqauin özü yazıb. Müəllif Bekdilda Aldamjarov isə
yazıda Aytmatovla mənim «Uçurum üzərində ovçu fəryadı» (Əsrin
sonunda etiraf) kitabımızı var gücü ilə qaralamağa çalışıb.
Ön sözün sonuncu cümləsi:
“...Budur, Bakdildı Aldamjarovun (indiyə kimi
“Bəşəriyyətin Aytmatovu” və “Bütün şərqin Şaxanovu”-
nu yerinə otuzduran) bir cüt şahinlə bərabər süzən növbəti
məqaləsi! Həvəskar şair M.Ş. səhnəyə çıxmazdan öncə
konferansyenin dediyi kimi – buyurun, qəbul edin!”