|
Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств
175
Elmlər Akademiyasının prezidenti, Dövlət mükafatı laureatı Murat
Jurinov başçılıq edirdilər. 15 nəfərin imzası olan bu material
respublikamızın bir neçə mətbu orqanında dərc olundu. “Əqidə
xuliqanlığn üçün sədd varmı? (Prezidentin nəzərinə)” adlı bu açıq
məktubdan bir parça:
“ “Juldız” jurnalının baş redaktoru, yazıçı M.
Maqauin rəhbərlik etdiyi jurnalı öz şəxsi məqsədləri üçün
istifadə edərək, əsərləri dünyanın bir çox dillərinə tərcümə
olunmuş Ç. Aytmatova əsassız olaraq qara yaxıb. Qardaş
qırğız xalqının bu əfsanəvi, bənzərsiz yazıçısı adları ilə indi
millətimizin fəxr etdiyi qazax şair və yazıçılarının bütöv
bir dəstəsini yetişdirib. Bununla belə M. Maqauin qələm
əhli arasında nifaq və qarışıqlıq salmaq istəyir. Qazaxıstan
Respublikası Parlamentinin deputatı, xalq yazıçısı Muxtar
Şaxanov bu barədə ölkə parlamentinin tribunasından çıxış
edərək narahatlığını bildirib və Maqauinin hərəkətlərini
paxıllıq və qudurğanlıq kimi xarakterizə edib.
Bu bəyanatda düzgün olaraq vurğulanır ki, Maqauin
B.Aldamjarovla birlikdə “Juldız” jurnalı vasitəsilə
Maxambet Utemisov, S. Seyfullin, M. Auezov, S. Mukanov,
A. Nurpeisov, K. Muxamedjanov, M. Makataev, Ş.Murtazı,
K.Marza-Ali, O.Bokeya, K.Seqizbayev, M.Joldasbekova,
K.Şanqıtbayev, S.Jienbayev, N. Orazalin, Koşım-Noqay,
T.Şapay, K.Salqaraulı, A.Seydim-bek, M.Kulkenov,
J.Kaorqasbek, U.Esdaulet, S.Daumov, İ. Saparbay və
başqalarının ünvanına yağdırdığı təhqiramiz, əsassız
tənqid və rişxəndləri ilə yazıçılar arasına ikitirəlik salmağa
çalışır.
Amma, Şaxanovun bəyanatı “Ana tili” qəzetində (30
iyun 2005-ci il) dərc olunduqdan sonra Maqauin öz səhvini
etiraf etmək əvəzinə, tərəfdarlarının imzasını toplamaqla
yenə öz tutduğundan əl çəkmək istəmir. M.Maqauini
176
müdafi ə edən imza sahibləri “Açıq məktubda” Ç.
Aytmatovun böyük yazıçı olduğunu etiraf etsələr də, öz
əsassız iddialarından da əl çəkmirlər. Bunula belə onlar
müdafi ə etdikləri “Juldız” jurnalının “bu və ya digər
dərəcədə subyektiv, birtərəfl i məqamlara yol verdiyini”
inkar etməyiblər. Necə deyərlər, buna da şükür. (Ədalət
naminə demək lazımdır ki, M. Şaxanov “Jalın” jurnalına
rəhbərlik edərkən Maqauinə qarşı bircə tənqidi məqalə də
çap olunmamışdı.) Maqauin isə Aytmatov və Şaxanovun
əleyhinə olan tənqidi məqalələri gah öz adından, gah da
Şaxanovun adından bir-birinin ardınca çap elətdirir.
Ötən məqalələrdə böhtan xarakterli ittihamlar az imiş
kimi o, “Juldız” jurnalının beşinci nömrəsində özünün
“A.A” məqaləsində Ç. Aytmatovu yenə də təhqir edir.
6-cı sayında B. Aldamjarovun “Uçuruma yuvarlanan iki
bədbəxt, və ya Ç. Aytmatov niyə ağlaşır, M. Şaxanov niyə
ciyildiyir?” adlı məqaləsi. Hər iki məqalə hərəsi bir kiçik
povest boydadır və bir-birinin ardınca dərc olunub. Ön
sözü Maqauinin özünün yazdığı sonuncu məqalədə onlar
Ç. Aytmatovun ədəbiyyatdakı rolunu heçə endirməyə və
onun istedadını şübhə altına almağa çalışıblar. Bu məqalədə
B. Aldamjarov Aytmatova dünya şöhrəti qazandıran
“Cəmilə”, “Ağ gəmi”, “Gün var əsrə bərabər” əsərlərini
“analiz” edir. O, bu kitabların qəhrəmanlarına qazax
xalqını alçaldan keyfi yyətlər “yapışdırır”. Əsərlərdən
birini o, “amansızcasına ələ salan kitabça” adlandırır.
“Gün var əsrə bərabər” haqqında da narazılığını bildirir:
“Ş.Murtuzanın bu əsəri tərcümə etməyə necə cürəti çatıb,
mən mat qalıram”.
Məgər M.Maqauin və B.Aldajarova kimi respublikada
heç kim Aytmatovun kitablarını oxumayıb və qiymət
verməyib? İndiyə kimi qazax xalqının elə bir nümayəndəsini
görməmişəm ki, bu əsərlərdən narazılığını bildirsin.
177
Qazax düzlərinin sonsuz genişliklərinin mərd sakinlərinin
obrazlarını çox düzgün, sevgi ilə təsvir edən Aytmatov
bizim xalqı bütün dünyaya tanıdıb və onun ünvanına axın-
axın minnətdar oxucu məktubları gəlirdi. Eyni zamanda
Maqauinin Çingizxan dövrü ilə bağlı nostalji hissləri
keçirməsi gülüş doğurur. Vaxtilə o, “Juldız” jurnalında
yazırdı: Çingizxan daim bizim fəxrimiz olacaq... Biz deyə
bilərik ki, Çingizxanın və onun davamçılarının atının
dırnaqları dəyən torpaqlarda heç bir xalq it-bat olmayıb”.
Əgər Maqauinə inansaq, Çingizxanın noyonları bizim
şəhərlərimizi yerlə yeksan etməyib, babalarımızı qırmayıb,
torpaqlarımızı qanla suvarmayıb. Onun fi krincə gözləri
yaşlı qalan dul qadınlar, fəryadı göylərə çıxan yetimlər,
övladlarını itirdikləri üçün kədərdən yuxuları ərşə çəkilən
qocalar olmayıb.
O, hesab edir ki, bütün bunların baş verməsi
ədalətlidir, buna görə monqol hökmdarını ittiham etmək
günahdır. Əksinə, biz ona minnətdar olmalıyıq. Onda belə
çıxır ki, Çingizxan müqəddəsdir və bizim ucsuz-bucaqsız
çöllərimizə ədalət qurmağa, xeyir əməllər etməyə gəlib?
O, bəlkə başqa ölkələrə də xoş niyyətlə gedib?
Savadlı bir xalqda bu cür bisavad ideyalarla inam
hissi yaratmağın mümkün olduğunu düşünənlər yanılırlar.
Bu yolla Maqauin həqiqəti təhrif etməklə “öz tarixini”
yaratmaq istəyir, əsassız-sübutsuz (sanki öz gözləri
ilə görüb və əli ilə yoxlayıb) bəyan edir: “Müharibədə
Otrardakı konıratlar (konırat – cənubi Qazaxıstan
vilayətində məskunlaşan qazax qəbiləsi) hamısı qaladan
kənarda döyüşüblər, içəridə heç yarım dənə də konırat
olmayıb”. Elə bu cür məntiqsiz şəkildə Maquin Otrarı
qəhrəmancasına müdafi ə etmiş Kairxanla bağlı faktları
var-gücü ilə təhrif etməyə çalışırdı. Otrarda karvanın
məhv edilməsi barədə dəqiq məlumat bu günə kimi də
Dostları ilə paylaş: |
|
|