|
Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государствvanların, dənizdə isə bütün balıqların hökmdarı, Britani-
38
vanların, dənizdə isə bütün balıqların hökmdarı, Britani-
ya imperiyasının Afrikada, o cümlədən Uqandadakı fate-
hi” adlandırırdı. Amma, tarixə yarım milyon həmvətənini
o dünyaya göndərməsi ilə düşüb. ABŞ prezidenti Cimmi
Karter onun haqqında demişdi: “Uqandanın başçısı çox id-
bar xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlər bütün sivil
dünyanın ürəyini bulandırır”. Amin öz rəqibləri – müx-
alifət nümayəndələrinin ətini yeməyə adət etmişdi. Onun
nəhəng soyuducusunda illərlə siyasi rəqiblərinin kəllələri
saxlanılırdı. O, hətta belə bir aforizmin müəllifi dir: “Hər
bir dövlətdə elə insanlar var ki, qayda-qanun naminə onlar
məhv edilməlidir”.
ŞAXANOV. Zənnimcə Afrika diktatorları arasında
ən hakimiyyətpərəst təlxək Mərkəzi Afrika Respublikası-
na 14 il rəhbərlik etmiş Jan-Bedel Bokassadır. 18 arvadı və
77 övladı olan bu diktator da özünü “daimi prezident” və
“Allahın yerdəki nümayəndəsi” elan etmişdi.
Onun imperator kimi tacqoyma mərasimi ölkəyə 22
milyon ABŞ dollarına başa gəlmişdi: qartal formasında,
üzərində 2 min brilyant olan qızıl tac, qızıl və brilyantlarla
bəzədilmiş və bahalığına görə Ginnesin rekordlar kitabına
düşmüş ayaqqabı, bahalı daş-qaşla bəzədilmiş “İmpera-
tor Napoleon” ordeni və s... Zülmkarın sifarişi ilə hazır-
lanan və müxtəlif ölkələrdən onun üçün gətirilən orden
və medalların sayı SSRİ-nin rəhbəri Brejnevin mükafat-
larından da çox idi. Bu yerdə Makiavellinin sözləri yada
düşür: “Hökmdar nə qədər fərsizdirsə, onun mükafatları
və şan-şövkəti bir o qədər çox olur”.
Bokassanın şəxsi heyvanxanası da var idi. Onun si-
yasətinə qarşı çaxan insanları o, bu zooparkdakı şirlərə,
timsahlara yedizdirirdi. Bu heyvanlara cəsarətlə müqa-
vimət göstərənləri isə xüsusi hörmət və ehtiram əlaməti
39
olaraq doğratdırıb bişirir və özü yeyirdi. Güman edirdi
ki, belə etdikdə bu qoçaq insanların gücü ona keçir. Bir
dəfə onun siyasi kursu ilə razılaşmayan naziri xəlvətcə
öldürürlər. Düşməninin ətini yemə mərasiminə Bokassa
digər nazirləri də çağırır. Əlbəttə ki, onlar öz həmkar-
larının ətini yediklərini bilmirlər. Bokassa rəsmi surətdə
bunu elan etdikdə isə, binəvalar nə edəcəklərini bilməyərək
çaşqın vəziyyətdə qalıblar. Bu hadisə 20-ci əsrin ən böyük
yazıçılarından biri, Nobel mükafatı laureatı Qabriel Qar-
siya Markesin “Patriarxın payızı” əsərində öz əksini tapıb.
Sovet İttifaqına səfəri zamanı Bokassa görür ki, kom-
munist partiyasının rəhbərləri, xüsusən də Brejnev yüksək
vəzifəli qonaqları bərk qucaqlayıb öpürlər. Onu müşay-
iət edən şəxslərə deyirdi: “Brejnevin əzələlərinin sıxlığına
fi kir verin”. Vətəninə qayıtdıqdan sonra isə o, tabeliyində
olan hər bir naziri möhkəmcə öpərək: “bu hər bir insanın
dərisinin dadını bilmək üçün əla üsuldur”. Bunu eşidən
nazirlər qorxudan əsirdilər.
Biz əvvəldən demişdik ki, Bokassanın 18 arvadı,
77 oğul və qızı olub. Bu varislərin hər birinin sinəsində
üzərində atalarının şəkli olan qızıl nişan olurdu. Bu, on-
ların qanuni varis olmalarının təsdiqi idi. Oğullarının 12
yaşı tamam olduqda isə onlar qarşılarına çıxan istənilən
qadına (hətta nazirlərin, generalların və ya səfi rlərin ar-
vadlarına da) təcavüz etmək ixtiyarına malik idilər. Müqa-
vimət göstərən qadınlar həbsxanaya salınırdılar.
Uşaqlarının ərköyünləşdirilməsi cəhətdən Bokasso
hamını geridə qoyub. Bir dəfə onun Əhməd adlı 4 yaşlı
oğlu tez-tez “Porşe” deməyə başlayıb. Dərhal ona içəri-
si və çölü qızılla işlənmış çox bahalı “Porşe” avtomobili
gətirirlər. Amma, uşaq sevinmək əvəzinə bərkdən ağlamağa
başlayır. Sən demə o, oyuncaq maşın istəyirmiş. Uşağın
arzusunun nədən ibarət olduğunu anlamayan tərbiyəçi
40
dərhal cəzalandırılır və işdən qovulur. Uşaqlardan biri isə
bir dəfə tüfənglə oynayarkən öz tərbiyəçisini güllələyir.
Nəticədə “ciddi cəzalandırılır”. Ona düz bir həftə çayını
şirin eləməyə icazə vermirlər.
1979- cu ilin yanvarında Bokasso fərman imzalayır.
Bu fərmana görə məktəblilər və tələbələr yaxalarında
prezidentin şəkli olan xüsusi forma geyinməli idilər. Bu
formasız uşaqlar dərsə buraxılmırdılar. Yeni qaydadan
narazı qalan gənclər dinc etiraz nümayişinə çıxırlar. İm-
peratorun qvardiyası cavanlardan 200 nəfəri tutaraq
həbsxanaya atır. Saxlanılanların əksəriyyəti həbsxanadakı
işgəncələrə və dözülməz şəraitə dözməyərək ölür. Bokas-
so şəxsən öz əlləri ilə 18 gənci boğub öldürür. İkinci gün
isə tutulan uşaqlardan 30 nəfəri yük maşınının kuzovun-
da Bokassanın sarayına gətirirlər. Ölkə başçısının əmri ilə
onları üzü üstə yerə uzanmağa məcbur edirlər. Tam sərxoş
vəziyyətdə olan Bokassa sürücüyə əmr edir ki, yük maşını
ilə yerə uzanan insanların üstündən keçsin. Sürücü imtina
edir. Onda Bokasso özü sükan arxasına keçərək gənclərin
bədəni üzərindən bir-neçə dəfə o tərəf bu tərəfə keçir. Son-
ra isə tələf etdiyi uşaqların ətini öz nəhəng soyuducusuna
yığmaq barədə göstəriş verir. Amma, bu qansızlıq ona baha
başa gəlir. Bir qədər sonra Fransanın bir başa müdaxiləsi
ilə Bokassa devrilir və xaricə qaçmağa məcbur olur.
Müasir ölkə başçılarının əksəriyyəti öz çatışma-
zlıqları ilə bir-birilərinə oxşayırlar. Təəssüf ki, onların
öz ölkələrində və dünyada “böyük hörmət-izzətə” layiq
görülmələri barədə bəlağətli söhbətləri arxasında belə ey-
bəcərliklər gizlənir...”
“Uçurum üzərində ovçu fəryadı” kitabı yazılarkən həyat və
fəaliyyətləri barədə bizdə kifayət qədər məlumat olan prezidentlər N.
Nazarbayev və Ə. Akayev hərəsi öz ölkəsinə 3-4 il idi ki, rəhbərlik
Dostları ilə paylaş: |
|
|