Kommunikasiya planı:
Məqsəd: Düzgün zamanda maraq və təsir qruplarına düzgün və tam məlumat çatdırmaq
Hədəf qrupları:
-
Daxildə işçi heyət
Xarici
-
Mərkəzi
hökumət
-
Yerli hökumət
-
Biznes icması
-
Sosial icma
-
Elmi və akademik dairələr
-
Beynəlxalq təşkilatlar
-
QHT-lər
-
KİV
-
Siyasi partiyalar
-
Ev təsərrüfatları
Hədəflər:
-
İctimai imicin formalaşdırılmasına
dəstək
-
Tədqiqat Mərkəzinin fəaliyyətinin davamlılığının təmin olunması
-
Sağlam rəqabət mühitinin yaradılmasına dəstək
Vəzifələr:
Mərkəzin hədəf, baxış və dəyərlərini çatdırmaq üçün PR və xarici əlaqələr strukturlarının
qarşısında aşağıdakı vəzifələr durur:
-
Mövcud əlaqələrin əhatəsini genişləndirmək
-
Maraq qrupları və tərəfdaş təşkilatlarla yeni əməkdaşlıq əlaqələrini qurmaq
-
Media ilə əlaqələri möhkəmləndirmək
-
Vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin möhkəmləndirilməsi və məlumat
mübadiləsinin aparılması
-
Davamlı və müntəzəm əməkdaşlıq üçün TV-lərlə əlaqələrdə pozitiv tendensiyaların
inkişaf etdirilməsi
-
Rəsmi KİV-lərlə əməkdaşlıq imkanlarının araşdırılması, bu istiqamətdə fəaliyyətlərin
gücləndiriməsi
Əsas mesajlar:
Strategiyanı uğurla həyata keçirmək üçün biz 4 əsas maraq qrupuna öz mesajlarımızı
çatdıracağıq
1.
Siyasət qərarları qəbul edənlərə: Tədqiqat məhsullarımızla sizlərə düzgün qərar qəbul
etməkdə yardım göstərəcəyik
2.
Biznes icmasına: Sizin məsləhətçiniz olmaqla xərclərinizi azaldacaq, iqtisadi
effektliliyinizi artıracağıq
3.
Ev təsərrüfatlarına: Sizə operativ və düzgün qərar qəbul edərək ailə büdcənizi düzgün
planlaşdırmağa yardım edəcəyik
4.
Sosial qruplara: Bizim tədqiqatlarımız dövlət siyasətini daha yaxşı qiymətləndirməkdə və
anlamaqda sizə kömək edəcək.
Biz indi haradayıq: Mövcud əlaqələrə baxış
Güclü tərəflərimiz:
-
İnstitutsional dəstək proqramı sayəsində Mərkəz güclü təşkilat imici formalaşdırmağa
nail olub
-
Mərkəzin möhkəm və sıx xarici və daxili əlaqələri formalaşıb
-
Mərkəz cəmiyyətdə beyin mərkəzi və mötəbər məlumat mənbəyi kimi qəbul olunur
-
Mərkəzin dövlət orqanları ilə sıx əlaqələri var
-
Mərkəz QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə alan azsaylı müstəqil mövqeli
QHT-lərdən biridir
-
Mərkəz biznes icması ilə sıx əməkdaşlıq
əlaqələrinə malikdir
-
İTM Azərbaycanda beynəlxalq şəbəkələrə üzv olan yeganə QHT-dir (ENTO, PASOS,
PWYP və sair)
-
İTM Azərbaycanda hərtərəfli tədqiqat təcrübəsinə malik çox az təşkilatlardan biridir
-
İTM Azərbaycanda fəaliyyət göstərən QHT alyansları, koalisiyalarının aparıcı
üzvlərindən biridir
-
Xarici mətbuat alternativ və mötəbər mənbə kimi Mərkəzə istinad edir (Financial Times,
CNN Turk, Aljazeera və sair)
-
Mərkəz şəffaf daxili idarəetmə sisteminə malikdir
-
İTM keyfiyyətli və daim yenilənən veb-sayta malikdir(www.erc-az.org)
-
Mərkəz Azərbaycanda yeganə QHT-dir ki, müasir innovasiya vasitələrini (bələdiyyə
vergi kalkulyatoru, ailənin inflyasiya kalkulyatoru və sair) yaradıb və onları
özünün veb-
səhifəsi vasitəsilə ictimaiyyətin istifadəsinə tədqim edib
-
İTM gənc, aktiv və yüksək potensiala malik işçi heyəti formalashdirıb
-
İTM beynəlxalq standartlara uyğun uçot siyasətinə malikdir
-
Mərkəz media ilə sıx əməkdaşlıq əlaqələri yaradıb: müntəzəm olaraq press-relizlər
hazırlayıb yayır, həyata keçirdiyi layihələr çərçivəsində tez-tez mətbuat konfransları
təşkil edir.
Zəif tərəflərimiz:
-
Mərkəz maliyyə resursları məhduddur – bu, dünya maliyyə böhranı və son illərdə
Azərbaycanın neft gəlirlərinin artması ilə bağlıdır. Bu iki səbəb üzündən xarici donorlar
tam və ya qismən Azərbaycandakı proqramlarını dayandırıblar (Məsələn, Oxfam-Novib,
Counterpart və sair)
-
Mərkəzin tədqiqat məhsullarını satmaq imkanları məhduddur.
-
Mərkəzin işçi heyətində tez-tez dəyişikliklər olur, çünki maliyyə resursları yüksək
ödənişi təmin etməyə imkan vermir
-
İTM beyin mərkəzi kimi hüquqi status ala bilmir, çünki bunun üçün müvafiq hüquqi baza
yoxdur
-
Mərkəzin büdcəsi layihələrdən formalaşır: institutsional inkişafa yönəltmək üçün sərbəst
maliyyəyə malik deyil, çünki donorlar buna vəsait ayırmırlar
-
Ölkədə QHT-lərin idarə edilməsi üzrə professional təlim təşkilatlarının çatışmazlığı, son
illərdə donorlar tərəfindən belə təlimlərin sayının azaldılması (Məs: Counterpart və sair)
-
Mərkəzdə layihələrin işlənməsi sahəsində peşəkar kadr saxlamaq imkanının olmaması
-
Ölkədə QHT sektorunda korporativ idarəetmənin zəif inkişafı, QHT qanunvericiliyindəki
çatışmazlıqlar, Müşahidə Şurası institutunun qanunvericiliklə tənzimlənməməsi
-
Koalisiya və alyansların hüquqi qeydiyyatına imkan verilməməsi
-
QHT-lərin iqtisadi fəaliyyətlərini tənzimləyəcək bazanın olmaması
İmkanlar:
-
Mərkəzin yerli QHT-lərlə geniş əməkdaşlıq əlaqələri qurmaq
-
Bp şirkəti ilə olduğu kimi digər şirkətlərin əməkdaşlarına da ailə büdcəsinin
planlaşdırılması üzrə təlim keçmək
-
Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramına daxil edilməsi İTM-ə Avropa institutları ilə
geniş əməkdaşlıq imkanları açır
-
Mərkəzin hesabatlılıq, şəffaflıq, idarəetmə sahəsində əldə etdiyi bilik və bacarıqları digər
yerli QHT-lərlə bölüşmək imkanı
-
CAREC institutu ilə əlaqələrin qurulması digər analoji qurumlarla əlaqə imkanları
yaradır (Mərkəzi Asiya, Türkiyə və sair)
-
Mərkəzin dünyada tanınmış sosial şəbəkələrə çıxış imkanı var (Facebook)
-
Mərkəzin vebsaytının inkişaf etdirilməsi
-
İTM sədrinin PWYP beynəlxalq Koalisiyasınının Məşvərət qrupunun üzvü olması
-
İTM sədri Qara Dəniz QHT Forumunun Strateji Məsləhət Qrupuna üzv seçilməsi
Təhlükələr:
-
Ölkə daxilində özünüifadə və birləşmə azadlığına qoyulan məhdudiyyət
-
Donorların ölkəni tərk etməsi (QHT Şurasının yaradılması, neft gəlirlərinin artması
səbəbilə)
-
Biznes icmasının tədqiqatları marağının azalması (dünya maliyyə böhranının təsiri ilə
biznesin maliyyə imkanlarının məhdudlaşması üzündən)
-
Siyasi hakimiyyətin Mərkəzin tənqidi mövqeyinə dözümsüzlük
göstərməsi
Büdcə:
Kommunikasiya ilə bağlı bütün fəaliyyətlər müxtəlif layihələr çərçivəsində maliyyələşdirilir
Qiymətləndirmə:
Bütün fəaliyyətlər aşağıdakı qaydada monitorinq olunacaq:
-
Media monitorinqi və qiymətləndirmə
-
Tərəfdaşlıq əlaqələrinin inkişafında uğura ------