Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

33

 



olmalıdır və 5-ci maddənin şəxsi əsassızlıqdan qorumaq məqsədinə müvafiq qaydada həyata 

keçirilməlidir (



Kendjbihari Niderlanda qarşı

, § 27).  

200. 5-ci ma

ddənin 4-cü bəndi İştirakçı Dövlətləri həbsin qanuniliyinin yoxlanması üçün 

yurisdiksiyasının  ikinci  səviyyəsini  təsis  etməyə  məcbur  etməsə  də,  belə  bir  sistem 

formalaşdıran  Dövlət  prinsip  etibarilə  tutulmuş  şəxslərə  apellyasiya  zamanı  birinci 

instansiya

da təmin etdiyi eyni təminatları təqdim etməlidir (



Kuçera Slovakiyaya qarşı

, § 107; 



Navarra Fransaya qarşı

, § 28; 


Tot Avstriyaya qarşı

, § 84). 

201. 5-ci m

addənin 4-cü bəndi həbsin qanunsuzluğu ilə bağlı  apellyasiya şikayətinə baxan 

məhkəmənin  üzərinə  ərizəçinin  irəli  sürdüyü  hər  bir  arqumenti  nəzərə  almaq  öhdəliyini 

qoymur. Lakin məhkəmə həbs edilən şəxsin istinad etdiyi və azadlıqdan məhrum edilmənin 

Konvensiya

ya  əsasən  qanuniliyi  üçün  vacib  şərtlərin  mövcudluğunu  şübhə  altına  ala  bilən 

konkret  faktları  əhəmiyyətsiz  hesab  edə  və  ya  diqqətə  almaya  bilməz  (

İlijkov  Bolqarıstana 

qarşı

, § 94). 

202. 

"Məhkəmə"  həbsin  qeyri-qanuni  olduğunu  aşkar  etdikdə,  azadlığa  buraxılma 



haqqında qərar qəbul etmək səlahiyyətinə malik olmalıdır; yalnız tövsiyə vermək səlahiyyəti 

yetərli deyil (



Benjamin və Vilson Birləşmiş Krallığa qarşı

, §§ 33-34). 

 

3)  Prosessual 

təminatlar 

203.  5-ci madd

ənin  4-cü  bəndi  çərçivəsində  prosessual  ədalət  tələbi  kontekst,  fakt  və 

şəraitdən asılı olmayaraq, vahid, dəyişməz standartın tətbiqini şərtləndirmir. 5-ci maddənin 4-

cü  bəndində  nəzərdə  tutulan  prosedur  bütün  hallarda  cinayət  və  ya  mülki  icraat  üçün  6-ci 

maddə altında tələb olunan eyni təminatları nəzərdə tutmalı olmasa da, bu prosedur məhkəmə 

xarakteri 

daşımalı  və  sözügedən  azadlıqdan  məhrum  etmənin  növünə  müvafiq  təminatlar 

təqdim etməlidir (

A. və başqaları Birləşmiş Krallığa qarşı

 [GC], § 203; 



İdalov Rusiyaya qarşı

 

[GC], § 161).  



204. 

Şəxsin  həbsi  5-ci  maddənin  §  1  (c)  yarımbəndinə  uyğun  gəldikdə,  dinlənmə  tələb 

olunur (

Nikolova  Bolqarıstana  qarşı

  [GC], § 

58).  Həbs  edilmiş  şəxsin  şəxsən  və  ya 

nümayəndə vasitəsilə dinlənilmək imkanının olması azadlıqdan məhrum edilmə məsələlərində 

tətbiq  edilən  prosedurun  fundamental  təminatları  arasındadır  (

Kampanis  Yunanıstana  qarşı

§ 47). 



Lakin 5-

ci  maddənin  4-cü  bəndi  həbs  edilmiş  şəxsin  həbs  müddətinin  uzadılması  qərarı 

əleyhinə təqdim etdiyi hər bir apellyasiya şikayəti zamanı dinlənilməsini tələb etmir, bununla 

belə,  ağlabatan  intervallar  daxilində  dinlənilmək  hüququnun  həyata  keçirilməsi  mümkün 

olmalıdır (

Çatal Türkiyəyə qarşı

, § 33; 


Altınok Türkiyəyə qarşı

, § 45). 

205. 

İcraatlar  çəkişmə  xarakteri  daşımalı  və  hər  zaman  tərəflərin  "bərabərliyini"  təmin 



etməlidir  (

Reinprext  Avstriyaya  qarşı

, § 31; 


A.  və  başqaları  Birləşmiş  Krallığa  qarşı

  [GC], 


§ 

204).  Həbs  qətimkan  tədbiri  hallarında  təqsirləndirilən  şəxsin  hüquq  pozuntusuna  yol 

verdiyinə  dair  əsaslı  şübhənin  mövcudluğu  davamlı  həbsin  qanuniliyi  üçün  sine qua non 

(məcburi)  şərt  olduğundan,  həbs  olunmuş  şəxsə  ona  qarşı  irəli  sürülən  ittihamın  əsasını  

səmərəli  şəkildə  mübahisələndirmək  imkanı  verilməlidir.  Bu,  məhkəmədən  ifadələri  həbsin 

qanuniliyin

ə  təsir  edə  bilən  şahidləri  dinləməyi  tələb  edə  bilər  (

Ţurkan  Moldovaya  qarşı

§§ 67-70).



 

 

Ərizəçi  və  ya  onun  nümayəndəsinin  həbs  qərarının  qanuniliyini  səmərəli  şəkildə 



mübahisələndirmək  üçün  əhəmiyyətli  istintaq  dosyesi  sənədlərinə  çıxış  hüququnun  rədd 

edilməsi  halında  bərabərlik  təmin  edilmir  (



Ovsyannikov  Estoniyaya  qarşı,

 

§ 72;



 

Fodale 

İtaliyaya  qarşı,

 

§ 41;



 

Korneykova  Ukraynaya  qarşı

§ 68). 


Aidiyyəti  şəxsin  yalnız  şəxsən 

dinlənilmək  imkanı  deyil,  həmçinin  vəkilin  səmərəli  yardımından  istifadə  etməsi  də  

əhəmiyyətli ola bilər (

Sernak Slovakiyaya qarşı

§ 78).  



5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



34 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 

206. 

Çəkişmə və tərəflərin bərabərliyi prinsipinə apellyasiya məhkəməsi qarşısındakı icraat 



zamanı da əməl edilməlidir (

Çatal Türkiyəyə qarşı

, §§ 33-


34 və orada istinad edilən işlər). 

 

4) 



"Təxirəsalınmazlıq" tələbi 

207. 


Həbs olunan şəxslərə həbslərinin qanuniliyinə etiraz etmək üçün məhkəmə icraatını 

qaldırmaq  hüququnu  təmin  edən  5-ci  maddənin  4-cü  bəndi  belə  icraatın  başladılması 

nəticəsində  onların  həbsdə  saxlanmasının  qanuniliyinə  təxirəsalınmadan  baxılması  və  həbs 

qanunsuz  hesab  edildiyi  təqdirdə  ona  xitam  verilməsi  barədə  qərara  hüquq  verir  (



İdalov 

Rusiyaya  qarşı

  [GC], § 154; 



Baranovski  Polşaya  qarşı

, § 68


).  Qərarın  təxirəsalınmadan  

qəbul  edilməsi  hüququna  əməl  edilib-edilmədiyi  hər  bir  işin    halları  nəzərə  alınmaqla 

qiymətləndirilməlidir (

Rebok Sloveniyaya qarşı

, § 84).   

208. 

Məhkəmə  baxışı  imkanı  hər  hansı  şəxs  həbs  edildikdən  dərhal  sonra,  sonradan  isə 



z

əruri olduğu təqdirdə ağlabatan intervallarla təmin edilməlidir (



Molotçko Ukraynaya qarşı

§ 148).  



209.  "T

əxirəsalınmazlıq"  (à  bref  délai)  anlayışı  5-ci  maddənin  3-cü  bəndində  göstərilən 

"dərhal"  (aussitôt)  anlayışına  nisbətən  daha  az  təcililik  bildirir  (

E.  Norveçə  qarşı

, § 64; 


Broqan və başqaları Birləşmiş Krallığa qarşı

§ 59).  

Lakin  hər  hansı  şəxsin  həbs  edilməsi  haqqında  qərar  qeyri-məhkəmə  orqanı  tərəfindən 

qəbul  olunubsa,  5-ci  maddənin  4-cü  bəndi  çərçivəsində  məhkəmə  baxışının 

"təxirəsalınmazlıq" standartı 5-ci maddənin 3-cü bəndində əksini tapan "təcililik" standartına 

daha çox  yaxınlaşır (

Şerbina Rusiyaya qarşı 

qərar,


 

§§ 65-


70, ərizəçinin prokuror tərəfindən 

verilən həbs qərarının məhkəmə tərəfindən  baxılmasının on gün gecikməsinin həddindən çox 

hesab olunması). 

210. Apellyasiya 

məhkəməsində  icraat  zamanı  "təxirəsalınmazlıq"  standartı  daha  az  sərt 

olur  (


Əbdülxanov  Rusiyaya  qarşı

§ 

198).  İlkin  həbs  qərarı  məhkəmə  tərəfindən  müvafiq 



təminatlar  təklif  edən  prosedur  nəticəsində  qəbul  edilibsə,  Məhkəmə  ikinci  instansiya 

məhkəməsində işə baxılmasının daha uzun müddətini qanuni hesab etməyə hazırdır 



Şerbina 

Rusiyaya qarşı

§ 65).  


 

 

(a)



 

Nəzərə alınmalı olan müddət  

211. M


əhkəmə  azadlığa  buraxılmaq  haqqında  ərizənin  verildiyi/icraatın  başladıldığı  anı 

başlanğıc  nöqtəsi  hesab  edir.  Müvafiq  dövr  o  cümlədən  istənilən  apellyasiya  şikayətinə 

əsasən,    ərizəçinin  həbsinin  qanuniliyi  barədə  yekun  qərarın  qəbul  edilməsi  ilə  sona  çatır 

(

Sançez-



Reisse İsveçrəyə qarşı

, § 54; 


E. Norveçə qarşı

, § 64). 

212. M

əhkəməyə  müraciətdən  əvvəl  inzibati  hüquq  müdafiə  vasitəsindən  istifadə 



edilməlidirsə,  müddət  iş  inzibati  orqan  tərəfindən  baxılmağa  başlayanda  hesablanmağa 

başlayır (



Sançez-

Reisse İsveçrəyə qarşı

, § 54).  

213. 

İcraat  iki  yurisdiksiya  səviyyəsində  həyata  keçirilibsə,  "təxirəsalınmazlıq"  tələbinin 



ödənib-ödənmədiyinin  müəyyən  edilməsi  məqsədi  ilə  ümumi  qiymətləndirmə  aparılmalıdır 

(

Hatçison Reid Birləşmiş Krallığa qarşı

, § 78; 

Navarra Fransaya qarşı

, § 28). 

 

(b) 

Təxirəsalınmazlıq  qiymətləndirilən  zaman  nəzərə  alınmalı  olan 

müvafiq amillər 

214. 


“Təxirəsalınmazlıq” termini mücərrəd şəkildə müəyyən edilə bilməz. 5-ci maddənin 

3-

cü bəndi və 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan "ağlabatan müddətdə" olduğu kimi 



konkret işin halları nəzərə almaqla müəyyən edilməlidir (

R.M.D. İsveçrəyə qarşı

, § 42). 

215. 5-ci ma

ddənin  4-cü  bəndində  tələb  olunan  təxirəsalınmazlığın  qiymətləndirilməsi 

zamanı  müqayisə  oluna  bilən  amillər  nəzərə  alına  bilər,  məsələn,  Konvensiyanın  5-ci 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə