Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

29

 



166. 

Qaçıb  gizlənmə  təhlükəsi  şəxsin  xarakteri,  əxlaqı,  evi,  məşğuliyyəti,  vəsaitləri,  

qohumluq  əlaqələri,  təqib  edildiyi  ölkə  ilə  bütün  növ  əlaqələr  kimi  amillər  kontekstində 

qiymətləndirilməlidir (



Bekçiev Moldovaya qarşı

, § 58). 

167. S

adəcə  daimi  yaşayış  yerinin  olmaması  qaçmaq  təhlükəsini  yaratmır  (



Sulaoya 

Estoniyaya qa

rşı

, § 64). 

168. Qa

çmaq təhlükəsi həbsdə müddətin keçməsi ilə qaçılmaz surətdə azalır (



Neymayster 

Avstriyaya qarşı

, § 10). 

169. 

Gözlənilən  cəzanın  ağırlığı  ittiham  edilən  şəxsin  qaça  biləcəyi  riskinin 



qiymətləndirilməsində müvafiq amil olsa da, ittihamların ağırlığı öz-özlüyündə uzun müddətli 

həbs-qətimkan tədbirinin əsaslandırılmasına xidmət edə bilməz (



İdalov Rusiyaya qarşı

 [GC], 


§ 145; 

Qarıtski  Polşaya  qarşı

, § 47; 


Xraidi  Almaniyaya  qarşı

, § 40; 


İliykov  Bolqarıstana 

qarşı

, §§ 80-81). 

170. "

Sübutların  vəziyyəti"  ümumilikdə  təqsirin  ciddi  əlamətlərinin  mövcudluğunu 



göstərən  mühüm  amil olsa da, özlüyündə  bu,  uzunmüddətli  həbsə  haqq  qazandıra  bilməz 

(

Dereci Türkiyəyə qarşı

, § 38). 

 

(b) 



Araşdırmaya maneənin törədilməsi 

171. 


Təqsirləndirilən  şəxsin  araşdırmanın  lazımınca  aparılmasına  mane  ola  bilməsi  

təhlükəsi  abstrakt  şəkildə  qiymətləndirilə  bilməz,  və  faktiki  dəlillərlə  dəstəklənməlidir 

(

Bekçiev Moldovaya qarşı

, § 59). 

172. 

Şahidlərə təzyiqin göstərilməsi riski icraatın ilkin mərhələlərində diqqətə alına bilər 



(

Yarjinski Polşaya qarşı

, § 43). 

173. Lakin zaman keçdikc

ə,  istintaqın  tələbləri  şübhəli  şəxsin  həbsdə  saxlanmasının 

əsaslandırılması üçün kifayət etmir: hadisələrin normal cərəyan etdiyi hallarda güman edilən 

riskl


ər vaxt ötdükcə  aradan  qalxır,  belə  ki,  araşdırmalar  aparılmış,  ifadələr  alınmış, 

yoxlamalar aparılmış olur (



Kloot Belçikaya qarşı

, § 44).    

 

(c) 

Təkrar hüquq pozuntusunun törədilməsi 

174. 


İttihamın  ağırlığı  yeni  hüquq  pozuntularına  cəhdin  qarşısının  alınması  məqsədi  ilə 

səlahiyyətli  məhkəmə  orqanlarının  şübhəli  şəxs  haqqında  həbs  qətimkan  tədbirinin  tətbiq 

edilməsi barədə qərar və ya tədbirin uzadılması barədə qərar verməsinə səbəb ola bilər. Lakin 

işin  halları,  xüsusən sözügedən  şəxsin  keçmişi  və  şəxsiyyəti nəzərə  alınmaqla təhlükənin 

aşkar, tədbirin isə məqsədəuyğun olması zəruridir (

eyni m

ənbə

,

 



§ 40).  

175. 


Əvvəlki məhkumluqlar təqsirləndirilən şəxsin  yeni hüquq pozuntusu törədə biləcəyi 

barədə əsaslı şübhəyə əsas yarada bilər (



Selçuk Türkiyəyə qarşı

, § 34; 


Matznetter Avstriyaya 

qar

şı

, § 9). 


176. 

İşi  və  ya  ailəsi  olmadığına  görə,  şəxsin  yeni  hüquq  pozuntuları  törətməyə  meylli 

olduğu nəticəsinə gəlmək olmaz (

Sulaoya Estoniyaya qarşı

, § 64).  

 

(d) 

İctimai asayişin qorunması 

177. Hesab edilir ki, xüsus

i ağırlığı və cəmiyyətin onlara münasibəti nəzərə alınaraq, bəzi  

hüquq  pozuntuları  ictimai  iğtişaşa  səbəb ola bilər  və  bundan qaçmaq üçün, ən  azından 

əyyən müddətə, məhkəməyədək həbsə  haqq  qazandırıla  bilər.  Buna görə  də,  istisna 



hallarda,  h

ər bir halda yerli qanunvericiliyin bir hüquq pozuntusunun səbəb  olduğu  ictimai 

iğtişaş anlayışını qəbul etdiyi dərəcədə, bu amil Konvensiyanın məqsədləri üçün nəzərə alına 

bil


ər.  

178. Lakin bu 

əsas  yalnız  təqsirləndirilən  şəxsin  azadlığa  buraxılmasının  faktiki  olaraq 

ictimai asayişi pozacağına dəlalət edən faktlara söykəndikdə müvafiq və yetərli sayıla bilər. 

Bundan 

əlavə, həbs yalnız ictimai asayiş təhlükəsi mövcud olana qədər qanuni sayılacaq; həbs 




5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



30 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 

yalnız azadlıqdan məhrum etmə cəzasını gözləmək üçün uzadıla bilməz (

Letellier Fransaya 

qarşı

, § 51; 


I.A. Fransaya qarşı

, § 104; 



Pransipe Monakoya qarşı

, § 79; 


T

iron Rumıniyaya 

qarşı

, §§ 41-42).   

 

4)  Xüsusi ciddi-

cəhd 

179.  S


əlahiyyətli  orqanların  araşdırma  zamanı  "xüsusi ciddi-cəhd"  nümayiş  etdirib-

etdirmədiklərinin müəyyən edilməsi zamanı istintaqın mürəkkəbliyi və xüsusiyyətləri nəzərə 

a

lınmalı olan amillərdir (



Skott İspaniyaya qarşı

, § 74). 

180. H

əbsdə  olan təqsirləndirilən  şəxsin  işinə  xüsusi cəldliklə  baxılması  hüququ 



s

əlahiyyətli məhkəmə  orqanlarının  öz  vəzifələrini  lazımınca  ehtiyatla  yerinə  yetirmək 

c

əhdlərinə  əsaslandırılmamış  maneə  törətməməlidir (



Şabani  İsveçrəyə  qarşı

, § 65; 


Sadegül 

Özdemir Türkiyəyə qarşı

, § 44).  



 

5) 

Alternativ tədbirlər 

181. 


Səlahiyyətli  orqanlar  hər  hansı  şəxsin  həbs  edilməli,  yoxsa  azadlığa  buraxılmalı 

olduğu  haqqında  qərar  qəbul  edən  zaman  onun  məhkəməyə  gəlməsini  təmin  etmək  üçün 

alternativ  tədbirləri  nəzərə  almaq  öhdəliyi  daşıyır  (

İdalov  Rusiyaya  qarşı

  [GC], § 140). Bu 

müddəa  yalnız  "ağlabatan  müddət  ərzində  məhkəmə  araşdırması  və  ya  məhkəməyə  qədər 

azad  edilmək"  hüququnu  bəyan  etmir,  həmçinin  "azad  edilmənin  məhkəməyə  gəlmə 

təminatlarının  təqdim  edilməsi  ilə  şərtləndirilə  biləcəyini"  müəyyən  edir”  (

Xudoyorov 

Rusiyaya qarşı

, § 183; 



Lelievr Belçikaya qarşı

, § 97; 


Şabani İsveçrəyə qarşı

, § 62). 

 

6)  Zaminlik 

182. Ko


nvensiyanın  5-ci  maddəsinin  3-cü  bəndində  nəzərdə  tutulan  təminatın  məqsədi 

zərərin əvəzinin ödənilməsi deyil, xüsusilə təqsirləndirilən şəxsin dinləməyə gəlməsinin təmin 

edilməsidir.  Buna  görə  də  onun  məbləği  əsas  etibarilə  "[təqsirləndirilən  şəxsə], onun 

vəsaitlərinə  və  ona  zəmanət  verən  şəxslərlə  münasibətinə  istinadən,  başqa  sözlə,  onun 

məhkəməyə gəlməməsi halında girovun itirilmə ehtimalının və ya zaminlərə qarşı görüləcək 

tədbirlərin hər hansı qaçış arzusundan kifayət qədər çəkindirici olacağına inamın dərəcəsinə 

əsasən"  qiymətləndirilməlidir  (

Manqu

ras  İspaniyaya  qarşı

  [GC], § 78; 



Noymayster 

Avstriyaya qarşı

, § 14).  

183. 

Zaminlik yalnız həbsdə saxlamaya haqq qazandıran səbəblər üstünlük təşkil etdikdə 



tələb oluna bilər (

Musuk 

Moldovaya qarşı

, § 42; 


Aleksandr Makarov Rusiyaya qarşı

, § 139). 

Qaçıb  gizlənmək riskinin qarşısı zaminlik və  ya başqa zəmanətlərin vasitəsilə alına bilərsə, 

təqsirləndirilən  şəxs  azadlığa  buraxılmalıdır  və  nəzərə  alınmalıdır  ki,  daha  yüngül  hökmün 

çıxarılacağının gözləndiyi təqdirdə, təqsirləndirilən şəxsin qaçıb gizlənmək meyli böyük deyil 

(

Vrençev  Serbiyaya  qarşı

, § 

76).  Səlahiyyətli  orqanlar  müvafiq  girov  məbləğinin  müəyyən 



edilməsinə təqsirləndirilən şəxsin həbsinin davam etdirilməsinin zəruri olub-olmaması barədə 

qərara  yanaşdıqları  qədər  ehtiyatla  yanaşmalıdırlar 



Piotr  Osuç  Polşaya  qarşı

, § 39; 


Bojilov 

Bolqarıstana qarşı

, § 60; 


Skrobol Polşaya qarşı

, § 57). 

184. B

undan  əlavə,  girov  üçün  müəyyən  edilən  məbləğ  girovun  müəyyən  edilməsi 



haqqında qərarda lazımi qaydada əsaslandırılmalıdır (

Georgieva Bolqarıstana qarşı

, §§ 


15 və 

30-


31) və təqsirləndirilən şəxsin sahib olduğu vəsaitləri (

Hristova Bolqarıstana qarşı

, § 111) 

və  ödəmə  qabiliyyətini  nəzərə  almalıdır  (

Toşev  Bolqarıstana  qarşı

, §§ 69-


73).  Müəyyən 

şərtlər  daxilində  həmçinin  iddia  edilən  vurulmuş  zərərin  məbləği  də  nəzərə  alına  bilər 

(

Manquras İspaniyaya qarşı

 [GC], §§ 81 and 92). 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə