Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

23

 



5) 

Səbəblər barədə məlumatlandırılma qaydası 

119. S


əbəblərin həbsə icazə verən hər hansı qərarın mətnində göstərilməsi və yazılı, yaxud 

başqa bir xüsusi formada ifadə olunması mütləq deyil (



X. Almaniyaya qarşı

, 13 dekabr 1978-

ci il tarixli

 

Komissiya qərarı; 



Keyn Kiprə qarşı

 (dec.)). 

Lakin 

bu prosesdə əqli imkanları məhdud şəxsin vəziyyəti lazımınca nəzərə alınmadıqda, 



əvəzində  hüquqşünas  və  ya  başqa  səlahiyyətli  şəxs  məlumatladırılmayıbsa, onun 5-ci 

maddənin 4-cü bəndi ilə təmin edilən həbsin qanuniliyinə etiraz etmək hüququndan effektiv 

və bacarıqla istifadəsinə imkan verəcək lazımi məlumatla təmin edildiyini demək olmaz (

Z.H. 

Macarıstana qarşı,

 § 41). 


120. 

Tutulmanın  səbəbləri  tutulduqdan  sonra  aparılan  sorğu-sual  və  ya  dindirmə  zamanı 

təmin  edilə  və  ya  aydınlaşdırıla  bilər  (

Foks,  Kempbell  və  Hartli  Birləşmiş  Krallığa  qarşı

§ 41; 



Myurrey Birləşmiş Krallığa qarşı

 [GC], § 77; 

Kerr Birləşmiş Krallığa qarşı

 (dec.)). 

121. 

Cinayət əməli və ya qəsdlə törətdikləri əməldən sonra tutulan (



Dikme Türkiyəyə qarşı

§ 



54), yaxud daha əvvəlki həbs qərarlarına və ya ekstradisiya tələblərində qedy edilən iddia 

edilən  hüquq  pozuntularının  təfərrüatlarından  xəbərdar  olan  şəxslər  tutulmanın  səbəblərini 

başa düşmədiklərini iddia edə bilməzlər (

Öcalan Türkiyəyə qarşı

 (dec)). 

 

6) 

Səbəblər haqqında tələb olunan məlumatın həcmi 

122. 


Təqdim  edilən  məlumatın  məzmun  baxımından  yetərli  olub-olmadığı  hər  bir  halda 

konkret 


xüsusiyyətlər  əsasında  qiymətləndirilməlidir  (

Foks,  Kempbell  və  Hartli  Birləşmiş 

Krallığa qarşı

, § 


40). Lakin tutulma üçün hüquqi əsasın sadəcə bildirilməsi öz-özlüyündə 5-ci 

maddənin 2-ci bəndinin məqsədləri üçün yetərli deyil (eyni mənbə, § 41; 



Myurrey Birləşmiş 

K

rallığa qarşı 

 [GC], § 76; 

Kortesis Yunanıstana qarşı

, §§ 61-62). 

123. Tu

tulmuş  şəxslərə  başa  düşəcəkləri  sadə,  qeyri-professional  dildə  tutulmanın  əsas 



hüquqi  və  faktiki  əsasları  haqqında  məlumat  verilməlidir  ki,  onlar  münasib  hesab  etdikləri 

təqdirdə,  5-ci  maddənin  4-cü  bəndinə  uyğun  olaraq  tutulmalarının  qanuniliyinə  etiraz  üçün 

məhkəməyə müraciət edə bilsinlər (

Foks, Kempbell və Hartli Birləşmiş Krallığa qarşı

, § 40; 


Myurrey  Birləşmiş  Krallığa  qarşı

  [GC], § 72). Lakin 5-

ci  maddənin  2-ci  bəndi  məlumatın 

tutulmuş  şəxsə  qarşı  irəli  sürülən  ittihamların  tam  siyahısından  ibarət  olmasını  tələb  etmir 

(

Bordovskiy  Rusiyaya  qarşı

, § 56; 

Novak  Ukraynaya  qarşı

, § 63; 


Qasins  Latviyaya  qarşı

§ 53). 



124. 

Şəxslər ekstradisiya məqsədi ilə tutulduqda verilən məlumat hətta daha qısa ola bilər,  

belə ki, bu məqsədlərlə tutulma ittahamın mahiyyət üzrə qərarın qəbul edilməsini tələb etmir 

(

Suso  Musa  Maltaya  qarşı

§§ 

113  və  116; 



Kabulov  Ukraynaya  qarşı

, § 144; 



Bordovskiy 

Rusiyaya qarşı

, § 56) (



Bejaui Yunanıstana qarşı

, Komissiya qərarı). Lakin belə şəxslər 5-ci 

maddənin  4-cü  bəndinə  uyğun  olaraq  tutulmanın  qanuniliyinə  baxılması  üçün  məhkəməyə 

müraciət  etməyə  imkan  verəcək  qədər  yetərli  məlumat  almalıdırlar  (



Şamayev  və  başqaları 

Gürcüstan və Rusiyaya qarşı

, § 427). 

 

7) 

Tutulmuş şəxsə aydın olan dildə 

125. 


Əgər    həbs  qərarı  tutulmuş  şəxsin  başa  düşmədiyi  dildədirsə,  5-ci  maddənin  2-ci 

bəndinin  tələbi  ərizəçi  sonradan  sorğu-sual edilən  zaman  təmin  edilir,  beləliklə,  o 

tutulma

sının səbəbləri barədə başa düşdüyü dildə məlumatlandırılır (



Delkurt Belçikaya qar

şı, 

Komissiya qərarı). 

126. Lak

in  bu  məqsədlə  tərcüməçilərdən  istifadə  edilirsə,  səlahiyyətli  orqanlar  tərcümə  

üçün 

müraciətlərin  düzgün  və  dəqiq  ifadə  edilməsini  təmin  etməlidirlər  (



Şamayev  və 

başqaları Gürcüstan və Rusiyaya qarşı

, § 425). 

 



5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



24 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 



B. 

Dərhal hakimin yanına gətirilmək hüququ (Maddə 5 § 3) 

Maddə 5 §3 

“3. 


Bu maddənin 1-ci bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs 

dərhal  hakimin  və  ya  qanunla  məhkəmə  hakimiyyətini  həyata  keçirmək  səlahiyyəti  verilmiş  digər 

vəzifəli şəxsin qarşısına gətirilir …” 

 

1) 



Müddəanın məqsədi 

127. Ko


nvensiyanın 5-ci maddəsinin 3-cü bəndi cinayət törətməkdə şübhəli bilindiklərinə 

görə tutulan və ya həbs olunan şəxsləri hər hansı özbaşına və ya əsassız azadlıqdan məhrum 

edilmə halına qarşı təminat təqdim edir (

Akvilina Maltaya qarşı

 [GC], § 47; 



Stefens Maltaya 

qarşı (№ 2)

, § 52). 

128. 

İcra hakimiyyəti orqanının şəxsin azadlıq hüququna müdaxilələrinə məhkəmə nəzarəti 



5-

ci  maddənin  3-cü  bəndinin  müəyyən  etdiyi  təminatın  başlıca  xüsusiyyətidir  (



Broqan  və 

başqaları  Birləşmiş  Krallığa  qarşı

, § 58; 


Pantea  Rumıniyaya  qarşı

, § 236; 



Assenov  və 

başqaları  Bolqarıstana  qarşı

, § 


146).  Məhkəmə  nəzarətini  "Konvensiyanın  preambulasında 

aydın  göstərilən...,  demokratik  cəmiyyətin  fundamental  prinsiplərindən  biri  olan"  və 

"bütövlükdə  Konvensiyanın  əsaslandığı"  qanunun  aliliyi  prinsipi  nəzərdə  tutur  (

Broqan  və 

başqaları Birləşmiş Krallığa qarşı

, § 58). 

129. 

Məhkəmə nəzarəti həbsin erkən mərhələsində xüsusi ilə böyük olan pis rəftar riskinə, 



hüquq-

mühafizə orqanlarına, yaxud başqa orqanlara verilən, yalnız məhdud məqsədlər üçün 

və  müəyyən  edilmiş  qaydada  istifadə  edilməli  olan  səlahiyyətlərdən  sui-istifadəyə  qarşı 

effektiv 

müdafiə təmin edir (

Ladent Polşaya qarşı

, § 72). 

 

2) 

Təxirəsalınmaz və avtomatik məhkəmə nəzarəti 

130. 5-


ci maddənin 3-cü yarımbəndinin başlanğıc hissəsinin məqsədi 1 (c) yarımbəndinin 

müddəaları çərçivəsində polis tərəfindən və ya inzibati həbsə münasibətdə təxirəsalınmaz və 

avtomatik məhkəmə nəzarətini təmin etməkdir (

De Yonq, Balje və Van den Brink Niderlanda 

qarşı

, § 51; 


Akvilina Maltaya qarşı

 [GC], §§ 48-49). 

131. 

Həbs  edilmiş  şəxs  üzərində  məhkəmə  nəzarəti  ilk  tutulma  zamanından  etibarən  hər 



hansı  pis  rəftarın  aşkar  edilməsinə  və  fərdin  azadlığına  hər  hansı  əsassız  müdaxilənin 

minimuma  endirilməsinə  imkan  vermək  məqsədi  ilə,  hər  şeydən  əvvəl,  təxirəsalınmaz 

olmalıdır.  Bu  tələbin  irəli  sürdüyü  ciddi  vaxt  məhdudiyyətləri  geniş  təfsir  imkanı  nəzərdə 

tutmur, əks halda prosessual təminat şəxsin maraqlarının güzəştə gedilməsi ilə zəifləyə bilərdi 

və  bu  müddəa  ilə  müdafiə  olunan  hüququn  mahiyyəti  riskə  məruz  qala  bilərdi  (

Makkey 

Birləşmiş Krallığa qarşı 

 [GC], § 33). 

132. 5-

ci  maddənin  3-cü  bəndi  hər  hansı  şəxsin  həbsdən  və  ya  tutulmadan  sonra  dərhal 



hakim və  ya məhkəmə səlahiyyətini həyata keçirən başqa vəzifəli şəxsin yanına gətirilməsi 

tələbi üçün, hətta hakimin iştirakı ilə belə heç bir istisna təmin etmir (



Berqman Estoniyaya 

qarşı

, § 45). 

133. 

Dörd gündən artıq çəkən istənilən müddət əksi üçün sübutlar olmadığı halda həddən 



artıq  uzun  hesab  olunur (

Oral  və  Atabay  Türkiyəyə  qarşı

, § 43; 


Makkey  Birləşmiş  Krallığa 

qarşı

  [GC], § 47; 



Nastase-

Silivestru  Rumıniyaya  qarşı

, § 32).  S

əlahiyyətli  orqanlara  həbs 

edilmiş şəxsi hakimin yanına daha tez gətirilməsinə mane olan xüsusi çətinliklər və ya istisna 

şərtlər  mövcud  olmadıqda, daha  qısa  müddətlər  də  təxirəsalınmazlıq  tələbini  poza  bilər 

(

Qutsanovi  Bolqarıstana  qarşı,

 

§§ 154-59;



 

İpek  və  başqaları  Türkiyəyə  qarşı

, §§ 36-37; 



Kandjov Bol

qarıstana qarşı

, § 66). 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə