Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

17

 



2)   

Maarifləndirici nəzarət 

77. 5-


ci  maddənin  1  (d)  yarımbəndinin  birinci  hissəsi  uşağın  təhsil  müəssisəsində 

davamiyy


ətini təmin etmək məqsədi ilə məhkəmə qərarı və ya inzibati qərar əsasında həbsinə 

icazə verir. 

78. 

Yetkinlik  yaşına  çatmamış  şəxsin  həbsi  kontekstində  "maarifləndirici  nəzarət" sözü 



sinif otağında dərsin keçilməsi anlayışı ilə tam eyniləşdirilməməlidir. Belə nəzarət sözügedən 

şəxsin  qorunması  və  maraqları  naminə  valideynlik  hüquqlarının  bir  çox  aspektlərinin 

səlahiyyətli orqan tərəfindən icrasını əhatə etməlidir (

P. və S. Polşaya qarşı,

 

§ 147;



 

İçin və 

başqaları Ukraynaya qarşı

, § 39; 


D.G. İrlandiyaya qarşı

, § 80). 

79. (

d) yarımbəndi  maarifləndirici nəzarət rejimindən əvvəl maarifləndirici nəzarəti ehtiva 



etməyən  müvəqqəti  həbsə  alınma  tədbirinin  tətbiqini  istisna  etmir.  Lakin  belə  hallarda 

həbsdən sonra ən qısa müddət ərzində bu məqsəd üçün nəzərdə tutulmuş və yetərli resurslara 

malik  müvafiq  (qapalı  və  ya  açıq)  müəssisədə  bu  rejim  faktiki  tətbiq  edilməlidir  (

Buamar 

Belçikaya qarşı

, § 50). 

80. A

zadlıqdan məhrum etmə yolu ilə təhsil nəzarəti sistemini seçən Dövlət 5-ci maddənin 



§ 1 (

d)  yarımbəndinin  tələblərinə  riayət  etmək  məqsədi  ilə  həmin  sistemin  təhlükəsizlik  və 

təhsil  tələblərinə  cavab  verən  müvafiq  müəssisələr  təmin  etmək  öhdəliyi  daşıyır  (

A.  və 

başqaları Bolqarıstana qarşı

, § 69; 


D.G. İrlandiyaya qarşı

, § 79). 

81. 

Məhkəmə təhsil fəaliyyəti həyata keçirilmədiyi halda, azyaşlılar üçün nəzərdə tutulmuş 



müəssisənin  öz-özlüyündə  "maarifləndirici  nəzarət"  anlayışına  uyğun  gəldiyini  qəbul  etmir 

(

İçin və başqaları Ukraynaya qarşı

, § 39). 

 

3) 



Səlahiyyətli hüquqmühafizə orqanı 

82. 5-


ci  maddənin  §  1  (d)  yarımbəndi  yetkinlik  yaşına  çatmamış  şəxsin  səlahiyyətli  

hüquq


mühafizə orqanının yanına gətirilməsi məqsədi ilə qanuni həbsini tənzimləyir. Hazırlıq 

materiallarına əsasən, bu müddəanın məqsədi yetkinlik yaşına çatmamış şəxsin mülki və ya 

inzibati  icraatdan  əvvəl  həbsini  əhatə  etmək  idi,  cinayət  icraatı  ilə  bağlı  həbsi  isə  5-ci 

maddənin 1 (c) yarımbəndi əhatə etməli idi. 

83. 


Lakin cinayətin törədilməsində ittiham olunan yetkinlik yaşına çatmamış şəxsin psixi 

vəziyyəti barədə qərarın qəbul edilməsi üçün zəruri psixiatrik rəyin hazırlanması müddətində 

həbsi,  yetkinlik  yaşına  çatmamış  şəxsin  səlahiyyətli  hüquqmühafizə  orqanının  qarşısına 

gətirilməsi məqsədi ilə həbs qismində, (d) yarımbəndinə uyğun gəldiyi təsdiq edilmişdir (



X. 

İsveçrəyə qarşı

Komissiya qərarı  14 dekabr 1979-cu il). 



 

E. 

Tibbi və sosial səbəblərə görə həbs 

Maddə 5 § 1 (e) 

“1. …  


Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum 

edilə bilməz: 

… 

(e) 


yoluxucu  xəstəliklərin  yayılmasının  qarşısını  almaq  üçün  şəxslərin,  habelə  ruhi  xəstələrin, 

alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;” 

 

1)  Ümumi 

84. K


onvensiyanın  5-ci  maddəsinin  §1(e)  yarımbəndi  bir  neçə  şəxs  kateqoriyasına,  daha 

dəqiq  desək,  infeksion  xəstəlik  yayan  şəxslərə,  ruhi  xəstələrə,  spirtli  içki,  narkotik 




5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



18 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 

aludəçilərinə və səfillərə aiddir. Bütün bu şəxslər arasında bağlılıq bundan ibarətdir ki, onlar 

həm  tibbi  yardımın  təmin  edilməsi  üçün,  həm  də  sosial  siyasətin  diktə  etdiyi  aspektlərdən 

dolayı,  yaxud  da  eyni  vaxtda  həm  tibbi,  həm  də  sosial  səbəblərə  görə  azadlıqdan  məhrum 

edilə bilərlər. (



Enhorn İsveçə qarşı

, § 43). 

85. Ko

nvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum 



edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə 

bilmələri  deyil,  həmçinin  onların  öz  maraqlarının  da  həbslərini  zəruri  edə  bilməsidir  (eyni 

mənbə; 

Quzzardi İtaliyaya qarşı

, § 98 sonda). 

 

2) 

İnfeksion xəstəliklərin yayılmasının qarşısının alınması 

86. 


Hər hansı şəxsin "infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə" 

həbsinin qanuniliyinin qiymətləndirilməsi üçün əsas meyarlar aşağıdakılardır: 

– 

infeksion xəstəliyin yayılması əhalinin sağlamlığı və təhlükəsizliyi üçün təhlükə təşkil 



edib-

etməməsi;  

–  daha 

az  sərt  tədbirlər  nəzərdən  keçirilərək  ictimai  marağın  qorunması  üçün  yetərsiz 

hesab  olunduğu  üçün  infeksiyaya  yoluxmuş  şəxsin  həbsinin  xəstəliyin  yayılmasının 

qarşısının alınması üçün son çarə olub-olmaması. 

 

Bu  meyarlar  artıq  təmin  edilmədikdə,  azadlıqdan  məhrum  etmə  üçün  əsas  aradan  qalxır 



(

Enhorn İsveçə qarşı

, § 44). 

 

3) 

Ruhi xəstələrin həbsi 

87. "R


uhi xəstə" termininə dəqiq tərif vermək mümkün deyil, çünki psixiatriya həm tibbi, 

həm də cəmiyyətin münasibəti baxımından daimi inkişafda olan sahədir. Lakin bu o demək 

deyil ki, kimsə sadəcə baxış və davranışları müəyyən edilmiş normalardan fərqləndiyinə görə 

həbs edilə bilər (



Rakeviç Rusiyaya qarşı

, § 26). 

88. 

Aşağıdakı  üç  minimum  şərtə  əməl  edilmədiyi  halda,  hər  hansı  şəxs  "ruhi  xəstə" 



olduğuna görə azadlıqdan məhrum edilə bilməz (

Stanev Bolqarıstana qarşı

 [GC], § 145; 



D.D. 

Litvaya  qarşı

,§ 156; 


Kallveit  Almaniyaya  qarşı

, § 45; 


Ştukaturov. Rusiyaya  qarşı

, § 114; 



Varbanov 

Bolqarıstana qarşı

, § 45; 


Vinterverp Niderlanda qarşı

, § 39): 

– 

təcili  həbs  tələb  olunmadığı  təqdirdə,  şəxsin  ruhi  xəstə  olduğu  obyektiv  tibbi  rəydə 



etibarlı şəkildə göstərilməlidir; 

– 

şəxsin  psixi  xəstəliyinin  dərəcəsi  məcburi  həbsi  tələb  etməlidir.  Azadlıqdan  məhrum 



edilmənin verilən şəraitdə zəruri olduğu göstərilməlidir; 

–  ob


yektiv tibbi rəylə təsdiq edilən psixi xəstəlik həbs müddətində davam etməlidir. 

 

89. 



Ruhi xəstə hesab edilən şəxsin həbsi barədə tibbi rəyə müraciət edilmədən verilən qərar 

Konvensiyanın 5-ci maddəsinin §1 (e) yarımbəndinə uyğun hesab edilə bilməz

 

(

Ruiz Rivera 



İsveçrəyə qarşı,

 

§ 59; 



S.R. Niderlanda 

qarşı (dec.),

 

§ 31).



 

90. 


Yuxarıdakı  şərtlərdən  ikincisinə  gəldikdə  isə,  ruhi  xəstənin  həbsi  yalnız  vəziyyətinin 

müalicəsi və ya yüngülləşməsi üçün müalicə, tibbi preparat və ya başqa klinik müalicə tələb 

edildikdə  deyil,  həm  də  şəxsin,  məsələn,  özünə  və  ya  başqalarına  zərər  verməmək  üçün 

nəzarətdə  saxlanmasına  ehtiyac  olduqda  zəruri  ola  bilər  (



Hatçison  Reid  Birləşmiş  Krallığa 

qarşı

,§ 52). 


Hər  hansı  ruhi  vəziyyət  "əsl"  psixi  pozğunluq  hesab  edilmək  üçün  müəyyən  ağırlıqda 

olmalıdır (



Qlien Almaniyaya qarşı,

 

§ 85).



 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə