Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

19

 



91.  

Səlahiyyətli  dövlət  orqanları  hər  hansı  şəxsin  "ruhi  xəstə"  kimi  həbs  edilməli  olub-

olmadığı barədə qərar verən zaman müəyyən diskresiya hüququna malik olmalıdırlar, çünki 

konkret  iş  üzrə  təqdim  edilən  dəlilləri  birinci  növbədə  onlar  dəyəndirməlidirlər  (



Pleso 

Macarıstana qarşı,

 § 61; 


H.L. Birləşmiş Krallığa qarşı

, § 98). 

92. 

Hər  hansı  şəxsin  5-ci  maddənin  §  1  (e)  yarımbəndinin  tələblərinə  uyğun  olaraq  ruhi 



xəstə  olduğunun  etibarlı  şəkildə  müəyyən  edilməsi  üçün  uyğun  vaxt  həmin  şəxsin  belə 

vəziyyətin nəticəsi kimi azadlıqdan məhrum edilməsi barədə qərarın çıxarıldığı tarixdir (



O.H. 

Almaniyaya qarşı

, § 78). 

93. 

Tibbi dəlillər sağalmaya işarə etdikdə, ərizəçinin həbsinə xitam verib-verməmək barədə 



qərar  qəbul  etmək  üçün  səlahiyyətli  orqanlara  bir  qədər  vaxt  tələb  oluna  bilər  (

Luberti 

İtaliyaya  qarşı

, § 


28).  Lakin  azadlıqdan  məhrum  etmənin  sırf  inzibati  səbəblərdən  davam 

etməsinə haqq qazandırılmır (



R.L. və M.-J.D. Fransaya qarşı

, § 129). 

94. 

Ruhi xəstələrin həbsi belə şəxslərin saxlanması üçün icazəsi olan hospital, klinika və ya 



başqa  müvafiq  müəssisədə  həyata  keçirilməlidir  (

L.B.  Belçikaya  qarşı,

 

§ 93; 



Aşinqdeyn 

Birləşmiş Krallığa qarşı

, § 44; 


O.H. Almaniyaya qarşı

, § 79). 

95. 

Digər tərəfdən, gözləmə müddətinin həddən artıq uzun çəkməməsi şərti ilə hər hansı 



şəxs  müvafiq  müəssisəyə  köçürülməmişdən  əvvəl  xüsusi  olaraq  ruhi  xəstələr  üçün  nəzərdə 

tutulmamış  müəssisəyə  müvəqqəti  yerləşdirilə  bilər  (



Pankeviç  Polşaya  qarşı

, §§ 44-45; 



Morsink Niderlanda qarşı

, §§ 67-69; 



Brand Niderlanda qarşı

, §§ 64-66). 

 

4) 

Alkoqolizmə və narkomaniyaya mübtəla olanların həbsi 

96. 


Konvensiyanın  5-ci  maddəsinin  §1(e)  yarımbəndi  yalnız  məhdud  mənada  kliniki 

"alkoqolizm"  vəziyyətində  olan  "spirtli  içki  aludəçilərinin"  həbsinə  icazə  verildiyi  şəklində 

təfsir olunmamalıdır, çünki müddəanın mətni Dövlətin bu tədbiri spirtli içkidən sui-istifadə 

edən  şəxsə  qarşı,  onun  alkoqolla  özünə  və  ya  cəmiyyətə  verdiyi  zərəri  məhdudlaşdırmaq, 

yaxud içdikdən sonrakı təhlükəli davranışın qarşısını almaq məqsədi ilə tətbiq etməsinə mane 

olmur (


Xarin Rusiyaya qarşı

, § 34). 

97. 

Buna  görə  də,  tibbi  cəhətdən  "alkoqolizm"  diaqnozu  qoyulmamış,  lakin  alkoqolun 



təsiri altında davranışları özləri və ya cəmiyyət üçün təhdid təşkil edən şəxslər cəmiyyətin və 

ya onun maraqlarının - sağlamlıq və ya şəxsi təhlükəsizliyin qorunması məqsədi ilə həbs edilə 

bilərlər  (

Hilda Hafsteins

dottir  İslandiyaya  qarşı

, § 


42).  Lakin  bu  o  demək  deyil  ki,  5-ci 

maddənin  §  1  (e)  yarımbəndi  hər  hansı  şəxsin  sadəcə  spirtli  içki  qəbul  etdiyinə  görə  həbs 

edilməsinə icazə verir (

Vitold Litva Polşaya qarşı

, §§ 61-62). 

 

5) 

Səfillər 

98. 


"Səfillər"lə  bağlı  cüzi  presedent  hüquq  mövcuddur.  Müddəanın  tətbiq  dairəsi  daimi 

yaşayış  yeri, dolanışıq vasitəsi, müntəzəm məşğuliyyət və  ya peşəsi olmayan şəxsləri əhatə 

edir.  Belçikanın  Cinayət  Məcəlləsindən  götürülən  bu  üç  şərt  kumulyativdir:  onlar  eyni 

zamanda  eyni  şəxsə  münasibətdə  mövcud  olmalıdır  (



De  Vilde,  Ooms  və  Versip  Belçikaya 

qarşı

, § 68). 

 

F. 

Əcnəbinin həbsi 

Maddə 5 § 1 (f) 

“1. 


… Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum 

edilə bilməz: 

… 



5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



20 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 

(f) 

şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud 



ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.” 

 

1) 



Ölkəyə icazəsiz girişin qarşısını almaq üçün həbs 

99. 5-


ci  maddənin  §  1(f)  yarımbəndi  Dövlətlərə  immiqrasiya  kontekstində  əcnəbilərin 

azadl


ığına nəzarət etməyə icazə verir. Bu müddəanın birinci hissəsi sığınacaq axtaran şəxsin 

və  ya  başqa  immiqrantın  Dövlət  tərəfindən  giriş  icazəsi  verilmədən  əvvəl  həbs  edilməsinə 

icazə versə də, bu həbs 5-ci maddənin ümumi məqsədinə - azadlıq hüququnun qorunması və 

heç kimin əsassız olaraq azadlıqından məhrum edilməməsi şərtinə müvafiq olmalıdır (



Saadi 

Birləşmiş Krallığa qarşı

 [GC], §§ 64-66). 

100. 

Şəxsə ölkəyə daxil olmaq və ya orada qalmaq üçün rəsmi icazə verildiyinə görə 5-ci 



maddənin  §  1  (f)  yarımbəndinin  birinci  hissəsinin  tətbiqinin  nə  vaxt  qüvvədən  düşəcəyi 

əhəmiyyətli dərəcədə milli qanunvericilikdən asılıdır (



Suso Musa Maltaya qarşı,

 § 97). 


101. 

Əsassız olaraq həbsin  yolverilməzliyi prinsipi 5-ci maddənin § 1  (f)  yarımbəndinin 

birinci hissəsinə olduğu qədər ikinci hissəsinə də aiddir (

Saadi Birləşmiş Krallığa qarşı

 [GC], 


§ 73). 

102. B


eləliklə,  5-ci  maddənin  §  1  (f)  yarımbəndinin  birinci  hissəsi  kontekstində 

"

əsassızlığın  yolverilməzliyi"  o  deməkdir  ki,  belə  həbs  vicdanla  yerinə  yetirilməlidir;  hər 



hansı  şəxsin  ölkəyə  icazəsiz  girişinin  qarşısının  alınması  məqsədi  ilə  sıx  əlaqəli  olmalıdır; 

həbsin yeri və şərtləri münasib olmalıdır, nəzərə alınmalıdır ki, bu tədbir cinayət törədənlərə 

deyil,  çox  vaxt  öz  həyatlarına  görə  qorxub  ölkələrini  tərk  edən  əcnəbilərə  tətbiq  edilir  və 

onların  həbs  müddəti    təqib  edilən  məqsəd  üçün  tələb  olunan  ağlabatan  müddətdən  çox 

çəkməməlidir (eyni mənbə § 74). 

103. 


Həbs  qərarının  hansı  qaydada  icra  edildiyinin  qiymətləndirilməsi  zamanı  Məhkəmə 

potensial  immiqrantlarla  əlaqədar  konkret  vəziyyəti  nəzərə  almalıdır  (

Kanaqarantnam 

Belçikaya qarşı

, § 80 ərizəçi və onun üç uşağı yetkinlik yaşına çatmış şəxslər üçün nəzərdə 

tutulan qapalı müəssisədə saxlanılmışdı; 

Rahimi Yunan

ıstana qarşı

, § 108, müşayiətsiz qalan 

azyaşlının avtomatik həbsi ilə əlaqədar) 

 

2) 

Deportasiya və ya ekstradisiya məqsədi ilə həbs 

104. 5-


ci  maddənin  §  1(f)  yarımbəndi  məsələn,  şəxsin  cinayət  törətməsinin  və  ya 

qaçmasının qarşısının alınması məqsədi ilə həbsin  ağlabatan hesab edilməsini tələb etmir. Bu 

baxımdan 5-ci maddənin § 1 (f) yarımbəndi § 1 (c) yarımbəndindən fərqli səviyyəli müdafiə 

təmin  edir:  (f)  yarımbəndi  çərçivəsində  tələb  olunan  yalnız  "tədbirin  deportasiya  və  ya 

ekstradisiya məqsədi ilə görülməsi"dir. Buna görə də onun tətbiqi üçün xaric edilmə qərarının 

milli  qanunvericilik  və  ya  Konvensiya  şərtləri  çərçivəsində  əsaslandırılması  əhəmiyyət 

daşımır  (

Çahal  Birləşmiş  Krallığa  qarşı

, § 112; 



Çonka  Belçikaya  qarşı

, § 38; 


Nəsrullayev 

Rusiyaya qarşı

, § 69; 


Soldatenko Ukraynaya qarşı

, § 109). 

105. 

Həbsə, hətta ekstradisiya haqqında rəsmi tələbin və ya hökmün olduğu təqdirdə, 5-ci 



maddənin  §  1  (f)  yarımbəndi  çərçivəsində  səlahiyyətli  orqanların  sorğuları  əsasında  haqq 

qazandırıla bilər, bir şərtlə ki, bu sorğulara sözügedən müddəa kontekstində "fəaliyyət" kimi 

baxıla bilsin (

X. İsveçrəyə qarşı

, 9 dekabr 1980-

ci il tarixli Komissiya qərarı). 

106. 5-


ci maddənin § 1  (f)  yarımbəndi çərçivəsində hər hansı azadlıqdan məhrum  etmə 

yalnız deportasiya və ya ekstradisiya icraatlarının davam etdiyi müddətdə əsaslı sayıla bilər. 

Bu cür icraatlar lazımi ciddi-cəhdlə  yerinə  yetirilmədikdə, həbs artıq 5-ci maddənin § 1 (f) 

yarımbəndi  çərçivəsində  məqbul  sayılmır  (



A.  və  başqaları  Birləşmiş  Krallığa  qarşı

  [GC], 


§ 164;

 

Emi və başqaları Bolqarıstana qarşı,

 

§ 72). 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə