Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   2   3   4   5   6   7   8   9   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

11

 



məlumat  verildiyini  hesab  edirdilər  (

Marturana  İtaliyaya  qarşı

, § 


79;  həmçinin  bax: 

Voskuil  Niderlanda  qarşı

,  lakin  bu  zaman  məhkəmə  həbs  haqqında  qərar  barədə 

məlumatın  qanunla  müəyyən  edilmiş  vaxt  çərçivəsində:  iyirmi  dörd  saat  əvəzinə  üç 

gündə bildirilməsində pozuntu aşkar etmişdir); 

– 

Həbs  orderində  və  ya  qərarında  məhkəmə  orqanı  tərəfindən  sonradan  düzəldilən  adi 



kargüzarlıq  xətası  (

Nikolov  Bolqarıstana  qarşı

, § 63; 


Duiyeb  Niderlanda  qarşı

  [GC], 


§ 52); 

– 

Məhkəmələrin gəldikləri nəticəni təsdiq etmək üçün qeyd etdikləri faktları nəzərə alaraq 



ərizəçinin  həbsdə  saxlanmasının  formal  əsasının  əvəz  edilməsi  (

Qaidyurgis Litvaya 

qarşı

 

(dec.)).  Lakin  belə  əvəzetmə  üçün  adekvat  səbəblərin  göstərilməməsi 



Məhkəmənin  5-ci  maddənin  1-ci  bəndinin  şərtlərinin  pozulduğu  barədə  nəticəyə 

gəlməsinə səbəb ola ola bilər  (



Kalmanoviçi Rumıniyaya qarşı

, § 65). 



 

10) Azad  

etmə haqqına qərarın icrasında yubanma 

40. Qanunun 

aliliyini rəhbər tutan dövlətdə azad etmə haqqında qərarın mövcud olmasına 

baxmayaraq  hər  hansı  şəxsin  azadlıqdan  məhrum  edilməsinin  davam  etdirilməsi 

qəbuledilməzdir (

Assanidze G

ürcüstana qarşı

  [GC], § 

173). Lakin Məhkəmə təsdiq edir ki, 

həbs olunmuş şəxsin azad edilməsi haqqında qərarın yerinə yetirilməsində bir qədər yubanma 

başa  düşülən  və  çox  vaxt  qaçılmazdır.  Bununla  belə,  səlahiyyətli  dövlət  orqanları  bu 

yubanmanı  minimuma  endirməyə  çalışmalıdırlar  (



Giulia  Manzoni  İtaliyaya  qarşı

, § 25). 

Ərizəçinin  "dərhal"  azad  edilməsi  haqqında  qərarın  icrasında  on  bir  saatlıq  yubanma 

Konvensiyanın 5 § 1-ci maddəsinə zidd hesab olunmuşdur (eyni mənbə;

 

Kuin Fransaya qarşı

§§ 39-43). 



 

 

III.  5 § 1-



CI MADDƏYƏ ƏSASƏN AZADLIQDAN QANUNI MƏHRUM 

ETMƏ 

A. 

Məhkum  olunduqdan sonra həbs 

Maddə 5 § 1(a) 

“1. 


…Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan  və qaydadan başqa azadlıqdan məhrum 

edilə bilməz: 

(a) 

səlahiyyətli məhkəmə tərəfindən məhkum  olunduqdan sonra şəxsin qanuni həbsə alınması;”



 

 

1) 



İttiham hökmü                                                                                                                                                                

41. 5-ci m

addənin  §1(a)  yarımbəndi  hər  hansı  məhkəmə  tərəfindən  verilən,  azadlıqdan 

məhrum  etməyə  gətirib  çıxaran  “ittiham  hökmlərinə”  şamil  edilir  və  sözügedən  Dövlətin 

daxili qanunvericiliyi

nə  əsasən  cinayət  və  ya  intizam hüquq pozuntusu kimi  təsnif 

edilməsindən asılı olmayaraq şəxsin təqsirli bilindiyi hüquq pozuntusunun hüquqi xarakterinə 

görə  fərqlənmir  (



Engel  və  başqaları  Niderlanda  qarşı

,  § 68; 



Qalstyan Erm

ənistana  qarşı

§ 46). 



42. Bu termin 

təqsirin  müəyyən  edilməsini,  eləcə  də  cərimənin  tətbiq  edilməsini  və  ya 

azadlıqdan  məhrum  etməni  nəzərdə  tutan  digər  tədbirlərin  tətbiqini  bildirir

 

(



Del Río Prada 


5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



12 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 



İspaniyaya  qarşı 

[GC], § 125;



 

Ceyms,  Vells  və  Li  Birləşmiş  Krallığa  qarşı, 

§ 189;


 

M. 

Almaniyaya  qarşı, 

§ 87;


 

Van  Droogenbroek  Belçikaya  qarşı, 

§ 35;


 

B.  Avstriyaya  qarşı, 

§ 38).


 

43. Bu m


üddəa İştirakçı Dövlətlərin səlahiyyətli məhkəmələr tərəfindən əraziləri xaricində 

çıxardığı həbs  qərarlarının icra  edilməsinin qarşısını almır (



X. Almaniyaya qarşı

, 14 dekabr 

1963-

cü il tarixli Komissiya qərarı). İştirakçı Dövlətlər şəxsin məhkum olunduğu məhkəmə 



prosesinin 6-

cı maddəyə uyğun olub-olmadığını yoxlamaq öhdəliyi daşımasalar da (



Drozd və 

Yanusek Fransa və İspaniyaya qarşı

, § 110),  ittiham hökmü 

ədalət mühakiməsindən kobud 

şəkildə imtina edilməsi nəticəsində çıxarıla bilməz (



İlaşku və başqaları Moldova və Rusiyaya 

qarşı

 [GC], § 461; 



Stoiçkov Bolqarıstana qarşı

, § 51). 

Əgər ittiham hökmü "6-cı maddə və ya 

onun əhatə etdiyi prinsiplərə aşkar şəkildə zidd olan" məhkəmə prosesinin nəticəsində qəbul 

edilsə,  bundan  irəli  gələn  azadlıqdan  məhrum  etmə  5-ci  maddənin  §  1  (a)  yarımbəndi 

çərçivəsində  əsaslandırıla  bilməyəcək

 

(

Villkoks  və  Hurford  Birləşmiş  Krallığa  qarşı  (dec.), 

§ 95).

  

 

2) 



Səlahiyyətli məhkəmə 

44. 


"Məhkəmə"  termini  ümumi  fundamental  xüsusiyyətlərə  (bunlardan  ən  vacibi  icra 

hakimiyyəti  orqanlarından  və  iş  üzrə  tərəflərdən  müstəqillikdir)  malik  olmaqla  yanaşı, 

məhkəmə prosesi üçün təminatları nəzərdə tutan orqanları ifadə edir (

Viks Birləşmiş Krallığa 

qarşı

, § 61;


 

De  Vilde,  Ooms  və  Versip  Belçikaya  qarşı, 

§ 78). 


Lakin  məhkəmənin 

müdaxiləsinin tələb olunduğu bütün işlərdə prosesin formalarının eyni olması mütləq deyil. 

Hər hansı məhkəmə icraatının lazımi təminatları təqdim edib-etmədiyinin müəyyən olunması 

üçün icraatın baş tutduğu şəraitin konkret xüsusiyyətləri nəzərə alınmalıdır (eyni mənbə.). 

45. Bundan 

başqa,  sözügedən  orqan  yalnız  məsləhətçi  funksiya  daşımamalı,  həmçinin 

həbsin qanuniliyini müəyyən etmək və həbs qanunsuz olduğu təqdirdə azad etmə əmri vermək 

səlahiyyətinə  malik  olmalıdır.  (



X.  Birləşmiş  Krallığa  qarşı

, § 61; 


Viks  Birləşmiş  Krallığa 

qarşı

, § 61). 

46. "Qanun 

əsasında yaradılmamış" məhkəmə "səlahiyyətli" deyildir (



Yefimenko Rusiyaya 

qarşı, 

§§ 109-11).



 

 

3) 

Həbs ittiham hökmündən "sonra" baş tutmalıdır 

47. "Sonra" t

ermini sadəcə həbsin vaxt baxımından ittiham hökmündən sonra baş tutmalı 

olduğunu bildirmir: həmçinin həbs ittiham hökmünün nəticəsi olmalı, ondan asılı olmalı və 

ittiham  hökmü  əsasında  baş  verməlidir.  Bir  sözlə,  ittiham  hökmü  ilə  sözügedən  azadlıqdan 

məhrum  edilmə  arasında  yetərli  səbəb-nəticə  əlaqəsi  olmalıdır  (



Del  Río  Prada  İspaniyaya 

qarşı 

[GC], § 124;

 

Ceyms,  Vels  və  Li  Birləşmiş  Krallığa  qarşı, 

§ 189; 


Monnell  və  Morris 

Birləşmiş Krallığa qarşı

, § 40). 

48. 

Lakin  vaxtın  ötməsi  ilə  səbəb-nəticə  əlaqəsi  tədricən  zəifləyir  və  yekun  nəticədə 



azadlığa buraxılmamaq və yenidən həbs (o cümlədən preventiv həbs müddətinin uzadılması) 

barədə qərarların qanunverici orqanının və ya məhkəmənin məqsədləri ilə əlaqəsiz əsaslara, 

yaxud bu məqsədlər çərçivəsində əsassız qiymətləndirməyə istinad etdiyi vəziyyət yarandığı 

təqdirdə tamamilə qırıla bilər. Belə şəraitdə əvvəl qanuni olan həbs  əsassız olaraq azadlıqdan 

məhrum  etməyə  çevrilir  və  nəticədə  5-ci  maddə  ilə  ziddiyyət  təşkil  edir  (

Del Río Prada 

İspaniyaya  qarşı 

[GC], § 124; 



H.V.  Almaniyaya  qarşı, 

§ 102; 


M.  Almaniyaya  qarşı, 

§ 88, 


davam edən preventiv həbs üzrə).  

49. "


Məhkum olunduqdan sonra" termini yekun ittiham hökmünün verildiyi məhkəmə işi 

ilə  məhdudlaşa  bilməz,  çünki  belə  olan  halda  bu,  hələ  də  azadlıqda  olan  və  məhkəmə 

qarşısına  çıxan  təqsirləndirilən  şəxslərin  tutulmasını  istisna  edə  bilər.  Nəzərdən  qaçırmaq 



Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə