Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   2   3   4   5   6   7   8   9   10   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

13

 



olmaz ki, apel

lyasiya və ya nəzarət icraatı zamanı həbs olunan şəxsin təqsiri 6-cı maddənin 

tələblərinə əsasən keçirilən məhkəmə prosesində müəyyən olunub (

Vemhof Almaniyaya qarşı

§ 9). 



50. 5-ci m

addənin  §1  (a)  yarımbəndi  ruhi  xəstəlikdən  əziyyət  çəkən  şəxslərin  ittiham 

hökmündən sonra psixiatriya xəstəxanasına salınmasına şamil edilir (

Radu Almaniyaya qarşı, 

§ 97; 

X. Birləşmiş Krallığa qarşı

, § 39). 

Lakin bu, bəraət hökmünün verilməsindən sonra belə 

müəssisəyə yerləşdirilməsi hallarına aid deyil (



Luberti İtaliyaya qarşı

, § 25). 

 

4)  Apell

yasiya icraatının təsiri 

51. 


Məhkəmə  qərarına  əsaslanan  həbs  mahiyyət  etibarilə  qanunidir.  Məhkəmənin  qərar 

çıxararkən milli qanunvericilik çərçivəsində səhvə yol verdiyinin aşkar edilməsi müvafiq həbs 

müddətinin  qanuniliyi  üçün  geriyə  qüvvəyə  malik  olması  mütləq  deyil.  Strasburq  orqanları 

barələrindəki  ittiham  hökmlərinin  və  ya  cəza  tədbirlərinin  fakt  və  ya  qanun  xətalarına 

əsaslandığı barədə yerli apellyasiya məhkəmələri qərar çıxardığından şikayət edən, cinayətə 

görə məhkum edilmiş şəxslərin ərizələrini təmin etməkdən imtina etmişlər (



Benham Birləşmiş 

Krallığa qarşı

, § 


42). Lakin yerli qanunvericilikdə heç bir əsası olmayan yaxud özbaşına olan, 

ittiham  hökmündən  sonra  baş  tutan  həbs  qanunsuzdur  (



Tsirl

is  və  Kulumpas  Yunanıstana 

qarşı

, § 62).   

 

B. 

Məhkəmə qərarının və ya hüquqi öhdəliyin yerinə yetirilməməsinə 

görə həbs 

Maddə 5 § 1 (b) 

“1. …  


Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum 

edilə bilməz: 

… 

(b)  


məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı 

öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması” 

 

1) 

Məhkəmə qərarının yerinə yetirilməməsi 

52. 5-


ci maddənin 1 (b) yarımbəndinin birinci hissəsi tutulmuş və ya həbs olunmuş şəxsin 

məhkəmə  qərarını  yerinə  yetirmək  imkanı  olduğu  halda  yerinə  yetirmədiyi  ehtimalına 

əsaslanır (

Beyere Latviyaya qarşı

, § 49). 

53. 

Fərdlər  heç  vaxt  haqqında  məlumatlandırılmadıqları  məhkəmə  qərarına  riayət 



etmədiklərinə görə məsuliyyət daşıya bilməzlər (

eyni mənbə

, § 50). 

54. S

əlahiyyətli  məhkəmə  tərəfindən  müvafiq  qərar  çıxarılana  qədər  hər  hansı  şəxsin 



m

üəyyən tədbirlərə tabe olmaqdan və  ya müəyyən prosedura əməl etməkdən imtina etməsi 

belə məhkəmə qərarının icrası ilə bağlı qərarların qəbul edilməsində prezumptiv məna kəsb 

etmir


 

(

Petuxova Rusiyaya qarşı,

 

§ 59).  


 

55. 


Yerli səlahiyyətli orqanlar demokratik cəmiyyətdə qanun əsasında çıxarılmış məhkəmə 

qərarının  icrasının  təmin  edilməsinin  vacibliyi  ilə  azadlıq  hüququnun  əhəmiyyəti  arasında 

ədalətli  balans  yaratmalıdırlar.  Nəzərə  alınmalı  olan  amillərə  qərarın  məqsədi,  ona  əməl 

edilməsinin mümkünlüyü və həbs müddəti daxildir. Proporsionallıq məsələsi ümumi sxemdə 

xüsusi əhəmiyyət daşıyır (

Qatt Maltaya qarşı

, § 40). 

56. Ko

nvensiya  orqanları  5-ci  maddənin  §  1  (b)  yarımbəndinin  birinci  hissəsini 



aşağıdakılarla  əlaqədar  işlərə  tətbiq  etmişlər,  məsələn,  məhkəmə  cəriməsinin  ödənilməməsi 


5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



14 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 

(

Velinov  keçmiş  Yuqoslav  Respublikası  Makedoniyaya  qarşı;

 

Eyri  İrlandiyaya  qarşı

K

omissiya qərarı), əqli sağlamlıqla bağlı tibbi müayinədən (



X. Almaniyaya qarşı 

, 10 dekabr 

1975-

ci  il  tarixli  Komissiya  qərarı),  yaxud  məhkəmə  qərarı  ilə  qan  analizi  verməkdən (



X. 

Avstriyaya  qarşı

,  Komissiya  qərarı)  imtina  edilməsi,  yaşayış  yeri  ilə  bağlı  məhdudiyyətlərə 

riayət  edilməməsi  (

Freda  İtaliyaya  qarşı

,  Komissiya  qərarı),  uşaqların  valideynə  təhvil 

verilməsi qərarının yerinə yetirilməməsi (

Paradis Almaniyaya qarşı

 (dec.)), 

məcburi qüvvəyə 

malik 


qərarların  yerinə  yetirilməməsi  (

Stil  və  başqaları  Birləşmiş  Krallığa  qarşı

), zaminlik 

şərtlərinin pozulması (

Qatt 

Maltaya qarşı

) və psixiatriya xəstəxanasına  yerləşdirmə (



Beyere 

Latviyaya 

qarşı

, həbs qərarının "qanuni məhkəmə qərarı" olmadığı ortaya çıxdıqda).   

 

2) 

Qanunla nəzərdə tutulmuş öhdəliyin icrası 

57. 5-


ci maddənin 1 (b) yarımbəndinin ikinci hissəsi yalnız qanunda nəzərdə tutulmuş hər 

hansı  öhdəliyin "icrasının təmin edilməsi" məqsədi ilə həbsə icazə verir. Beləliklə, sözügedən 

şəxsin  yerinə  yetirilməmiş  öhdəliyi  olmalıdır  və  həbs  və  ya  tutulmanın  məqsədi  öhdəliyin 

icrasını təmin etmək olmalı, mahiyyət etibarilə cəzalandırıcı səciyyə daşımamalıdır. Müvafiq 

öhdəlik yerinə yetirildikdən sonra 5-ci maddənin § 1 (b) yarımbəndi çərçivəsində həbs üçün 

əsas aradan qalxır (



Vasileva Danimarkaya qarşı

, § 36). 

58. 

Öhdəlik  dəqiq  və  konkret  xarakter  daşımalıdır  (



Çiulla  İtaliyaya  qarşı

, § 


36).  Geniş 

təfsir qanunun aliliyi anlayışı ilə ziddiyyət təşkil edə bilərdi (



Engel və başqaları Niderlanda 

qarşı

, § 69; 


İliya Stefanov Bolqarıstana qarşı

, § 72). 

59. 

Yalnız  qaçılmaz  cinayətin  törədiləcəyi  vaxt  və  yer,  mümkün  qurbanlar  yetəri  qədər 



dəqiq müəyyənləşdirilə bildikdə, cinayət törətməmək öhdəliyi "dəqiq və konkret" hesab oluna 

bilər.  Konkret  fəaliyyətin  yerinə  yetirilməsi  öhdəliyindən  fərqli  olaraq,  nədənsə  çəkinmək 

öhdəliyi  kontekstində  hər  hansı  şəxsin  sözügedən  öhdəliyini  yerinə  yetirmədiyi  barədə 

qənaətə varmamışdan əvvəl sözügedən şəxsin yol verməməli olduğu bu konkret fəaliyyətdən 

xəbərdar  edilib-edilmədiyi  və  bu  hərəkətdən  çəkinmək  istəyini  nümayiş  etdirib-etdirmədiyi 

nəzərə alınmalıdır (



Ostendorf Almaniyaya qarşı

§§ 93-94).

 

60.  H


əbs yalnız "qanunla nəzərdə tutulan öhdəlik" daha mülayim vasitələrlə yerinə yetirə 

bilmədikdə  Konvensiya  şərtləri  çərçivəsində  məqbul  hesab  edilir  (



Xodorkovskiy Rusiyaya 

qarşı

, § 


136). Həmçinin proporsionallıq prinsipi demokratik cəmiyyətdə sözügedən öhdəliyin 

dərhal  yerinə  yetirilməsinin  vacibliyi  ilə  azadlıq  hüququnun  əhəmiyyəti  arasında  balansın 

təmin edilməsini diktə edir (

Saadi Birləşmiş Krallığa qarşı

 [GC], § 70). 

61. 

Məhkəmə bu qiymətləndirmədə aşağıdakı aspektləri əhəmiyyətli hesab edir: müvafiq 



qanunvericilikdən irəli gələn öhdəliyin xarakteri, o cümlədən onun məqsədi və predmeti; həbs 

olunan  şəxs  və  həbsə  gətirib  çıxaran  xüsusi  hallar;  həbsin  müddəti  (



Vasileva Danimarkaya 

qarşı

, § 38; 


Epple Almaniyaya qarşı

, § 37). 

62. 5-

ci  maddənin  §  1  (b)  yarımbəndinin  ikinci  hissəsi  çərçivəsində  baxılan  hallara 



daxildir:  məsələn,  hər  hansı  ölkəyə  daxil  olan  zaman  təhlükəsizlik  yoxlamasından  keçmək 

öhdəliyi  (



Makvey  və  başqaları  Birləşmiş  Krallığa  qarşı

,  (K


omissiya  hesabatı),  kimlik 

məlumatlarının açıqlanması (



Vasileva Danimarkaya qarşı



Novotka Slovakiyaya qarşı

 (dec.); 

Sarigiannis  İtaliyaya  qarşı

),  psixiatrik  müayinədən  keçmək  (



Noviçka  Polşaya  qarşı

), 


müəyyən  sahəni  tərk  etmək  (

Epple  Almaniyaya  qarşı

),  dindirilmək  üçün  polis  məntəqəsinə 

gəlmək  (

İliya  Stefanov  Bolqarıstana  qarşı



Osipenko  Ukraynaya  qarşı



Xodorkovskiy 

Rusiyaya  qarşı

),  cinayət  törətməməklə  ictimai  asayişə  riayət  etmək  (



Ostendorf Almaniyaya 

qarşı

). 


 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə