Konvensiyanin 5-Cİ azadliq və toxunulmazliq hüququ



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix17.11.2017
ölçüsü1 Mb.
#10715
1   2   3   4   5   6   7   8   9   ...   23

5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 

9

 



əlavə  araşdırma  tələb  edən  qərarı  əsasında  rəsmi  həbs  qərarı  olmadan  davam  etdirilməsi 

həmin maddənin şərtinin pozulması hesab edilməmişdir (



Lamont Fransaya qarşı

, § 50). 

28. Dö

vlət orqanları tərəfindən qeyri-müvafiq və təzadlı şəkildə təfsir edilən müddəalar da 



Konvensiya  çərçivəsində  tələb  olunan  "qanunun  keyfiyyəti"  standartına  ziddir  (

Nəsrulloyev 

Rusiyaya  qarşı

, § 77; 


Jeèius  Litvaya  qarşı

, §§ 53-59). Lakin  presedent hüququ  mövcud 

olmadıqda,  milli  qanunu  təfsir  etmək  Məhkəmənin  səlahiyyətinə  aid  deyil  Buna  görə  də  o, 

milli məhkəmələrin qanunla nəzərdə tutulmuş prosedura uyğun hərəkət etmədiyi barədə qərar 

qəbul  etməyə  də  də  bilər  (

Wùoch  Polşaya  qarşı

, §§ 114-16; 



Vinterverp  Niderlanda  qarşı

§§ 48-50). 



29. 

Diplomatik notalar beynəlxalq hüquq mənbələrindən biri olsa da, belə notalar yetərincə 

dəqiq  və  pronozlaşdırıla  bilən  olmadığı  halda,  onların  əsasında  ekipajın  saxlanması 

Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən qanuni deyil. Xüsusən ekipaj üzvlərinin 

mümkün  tutulma  və  həbsinə  konkret  istinadın  olmaması  halında  Konvensiyanın  5-ci 

maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulan hüquqi müəyyənlik və qabaqcadan bilinmə tələbləri 

pozulur (

Medvedev və başqaları Fransaya qarşı

 [GC], §§ 96-100). 

 

6) 

Əsassızlığın yolverilməzliyi 

30. Bu


ndan  əlavə,  hər  hansı  azadlıqdan  məhrum  etmə  fərdin  əsassızlıqdan  müdafiə 

məqsədinə uyğun olmalıdır (bax: başqa qərarlarla yanaşı 



Vitold Litva və Polşaya qarşı

, § 78). 

31. 5-

ci  maddənin  1-ci  bəndinə  əsasən  "əsassızlığın  yolverilməzliyi"  anlayışı  milli 



qanunvericiliyə  uyğunluqla  məhdudlaşmır,  belə  ki,  azadlıqdan  məhrum  etmə  milli 

qanunvericilik çərçivəsində qanuni olsa da, əsassız xarakter daşıya, beləliklə, Konvensiyaya 

zidd  ola  bilər  (

Kryange  Rumıniyaya  qarşı

, § 84; 


A.  və  başqaları  Birləşmiş  Krallığa  qarşı

 

[GC], § 164). 



32. 

Əsassızlıq anlayışı müəyyən dərəcədə sözügedən həbsin növündən asılı olaraq dəyişir. 

Məhkəmə  bildirmişdir  ki,  əsassızlıq  dövlət  orqanları  tərəfindən  pis  niyyət  və  ya  aldatma 

elementi  mövcud  olduqda;  həbs  qərarı  və  həbsin  icrası  əslində  5  § 1-ci  maddənin  müvafiq 

yarımbəndilə  müəyyən edilmiş məhdudiyyətlərin məqsədinə cavab vermədikdə; yol verilən 

azadlıqdan  məhrum  etmənin  əsasları  ilə  həbsin  yeri  və  şəraiti  arasında  heç  bir  bağlılıq 

olmadıqda; həbsin əsasları ilə sözügedən həbs arasında proporsionallıq olmadıqda ortaya çıxa 

bilər (əsas prinsiplərin ətraflı xülasəsi üçün bax: 



Ceyms, Vels və Li Birləşmiş Krallığa qarşı,

 

§§ 191-95; 



Saadi Birləşmiş Krallığa qarşı

 [GC], §§ 68-74).

 

33. Mill


i məhkəmələrin müddəti bitmiş, yaxud hüquqi cəhətdən yetərsiz hesab edilən həbs 

qərarının  dəyişdirilməsinə  nümayiş  etdirdikləri  təxirəsalınmazlıq  hər  hansı  şəxsin  həbsinin  

əsassız hesab olunub-olunmayacağının qiymətləndirilməsi üçün əlavə müvafiq elementlərdən 

biridir (



Mooren  Almaniyaya  qarşı

  [GC], § 

80).  Beləliklə,  Məhkəmə  (c)  yarımbəndi 

kontekstində  hesab  edir  ki,  ilkin  həbs  qərarının  müddətinin  bitməsi  ilə  işin  apellyasiya 

məhkəməsindən  daha  aşağı  instansiyalı  məhkəməyə  göndərilməsindən  sonra  yeni,  əsaslı 

qərarın qəbul edilməsi arasında bir aydan az çəkən müddət ərizəçinin həbsinin əsassız hesab 

edilməsinə  zəmin  yaratmır  (

Minjat  İsveçrəyə  qarşı

, §§ 


46  və  48).  Əksinə,  işin  apellyasiya 

məhkəməsi  tərəfindən  daha  aşağı  instansiya  məhkəməsinə  ötürülməsi  nəticəsində  bir  ildən 

çox  müddətdə ərizəçi həbs qətimkan tədbirinin əsasları ilə bağlı qeyri-müəyyən vəziyyətdə 

qalarsa


, eyni zamanda aşağı instansiyalı məhkəmənin həbsi yenidən nəzərdən keçirməsi üçün 

vaxt 


məhdudiyyəti  olmazsa,  bu  halda  ərizəçinin  həbsi  əsassız  hesab ediləcək  (

Xudoyorov 

Rusiyaya qarşı

, §§ 136-37). 

 



5-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

 

AZADLIQ VƏ TOXUNULMAZLIQ HÜQUQU



 

 

 



10 

© Avropa Şurası / İnsan Hüquqları Məhkəməsi, 2014 



7) 

Məhkəmə qərarı 

34. 


Məhkəmə  qərarına  əsaslanan  həbs  mahiyyət  etibarilə  "qanuni"dir.  Sonradan  daha 

yüksək  instansiya  məhkəməsi  tərəfindən  qeyri-qanuni  hesab  edilən  qərara  əsaslanan  həbs 

milli qanunvericili

yə  əsasən  qanuni  ola  bilər  (



Bozano  Fransaya  qarşı

, § 


55).  Ölkədaxili 

məhkəmələr  həbs  prosesində  xətaların  olduğunu  qəbul  etdiklərinə  baxmayaraq,  həbsin 

qanuniliyi haqqında qərar qəbul etsələr də, həbs "qanunla müəyyən edilmiş qaydaya" uyğun 

hesab edil

ə bilər (

Erkalo Niderlanda qarşı

, §§ 55-


56).  Beləliklə, həbs qərarındakı xətalar belə 

hər  zaman  həbs  müddətinin  5-ci  maddənin  1-ci  bəndi  çərçivəsində  qeyri-qanuni hesab 

edilməsinə rəvac vermir (

Yefimenko Rusiyaya qarşı

§§ 102-08;

 

Cesiusn Litvaya qarşı

, § 68; 


Benham Birləşmiş Krallığa qarşı

, §§ 42-47). 

35. 

Məhkəmə  ölkədaxili  məhkəmələr  tərəfindən  yurisdiksiyaları  daxilində  və  xaricində 



qəbul  etdikləri  qərarları  bir-birindən  fərqləndirir  (eyni  mənbə,  §§ 43  və  s.).  Maraqlı  tərəf 

dinləmə  haqqında  müvafiq  qaydada  xəbərdar  edilmədiyi  halda  (



Xudoyorov  Rusiyaya  qarşı

§ 



129),  ölkədaxili  məhkəmələr  milli  qanunvericilikdə  tələb  olunan  istintaqı  aparmadıqda 

(

Lloyd və başqaları Birləşmiş Krallığa qarşı

, §§ 

108 və 116), yaxud daha aşağı instansiyalı 



məhkəmələr  həbs  üçün  alternativ  tədbirləri  lazımınca  nəzərə  almadıqda  həbs  haqqında 

qərarlar  açıq-aşkar  etibarsız  hesab  edilir  (



eyni  mənbə

, § 


113).  Digər  tərəfdən  milli 

məhkəmələrin  "kobud  və  aşkar  pozuntulara"  yol  verdiyinə  dair  heç  bir  dəlil  olmadıqda, 

Məhkəmə həbsi qanuni hesab etmişdir (

eyni mənbə

, § 114). 

 

8) 

Qərarların əsaslandırılması və əsassızlığın yolverilməzliyi tələbi 

36. 


Həbsin  5-ci  maddənin  1-ci  bəndinə  əsasən  qanuniliyini  qiymətləndirən  zaman 

Məhkəmənin  nəzərə  aldığı  elementlərdən  biri  də  həbs  qərarının  tam  və  ya  qismən  əsassız 

olmasıdır. Beləliklə, məhkəmə orqanlarının uzunmüddətli həbsə icazə verən qərarlarında hər 

hansı  əsasın  göstərilməməsi  5-ci  maddənin  1-ci  bəndində  müəyyən  edilən  əsassızlıqdan 

müdafiə prinsipinə zidd ola bilər (

Staşaitis Litvaya qarşı

, §§ 66-


67). Bənzər qaydada həddən 

artıq  yığcam  olan,  həbsə  icazə  verən  hər  hansı  hüquqi  müddəaya  istinad  etməyən  qərar 

əsassızlığın  yolverilməzliyinə  qarşı  yetərli  müdafiə  təmin  edə  bilməyəcək  (

Xudoyorov 

Rusiyaya q

arşı

, § 157). 

37. Lakin m

illi məhkəmələr ərizəçiyə münasibətdə həbs qətimkan tədbirinin tətbiqi üçün 

bəzi  əsasların  olduğu  qənaətinə  gəliblərsə,  Məhkəmə  ərizəçinin  həbsini,  həbs  haqqında 

qərarda əsasların göstərilməməsinə baxmayaraq, milli qanunvericiliyə uyğun hesab edə bilər 

(

Minjat  İsveçrəyə  qarşı

,  § 


43).  Bundan  əlavə,  əgər  ölkədaxili  məhkəmələr  həbs  haqqında 

qərarı  əsasların  yetərsizliyi  səbəbindən  ləğv  ediblərsə,  lakin  ərizəçinin  həbsi  üçün  bəzi 

əsasların olduğunu müəyyənləşdiriblərsə, həbs edilmiş şəxsin azadlığa buraxılmamasına dair 

qərar  və  həbsin  qanuniliyinin  müəyyənləşdirilməsi  məqsədi  ilə işin  daha  aşağı  instansiyaya 

qayt

arılması 5-ci maddənin 1-ci bəndinin pozulması hesab edilmir (həmin yer, § 47). 



38. 

Tələb olunan odur ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti 

müəyyən  etməlidir  (

Meloni  İsveçrəyə  qarşı

, § 


53).  Bundan  əlavə,  səlahiyyətli  hakimiyyət 

orqanlar


ı  həbsə  nisbətən  daha  az  müdaxilə  tədbirlərini  tətbiq  etmək  imkanını  nəzərdən 

keçirməlidirlər (



Ambruşkeviç Polşaya qarşı

, § 32). 

 

9) 

Bəzi yolverilən prosessual xətalar 

39. 


Aşağıdakı  prosessual xətaların  ərizəçinin  həbsini  qeyri-qanuni  etmədiyi  aşkar 

edilmişdir: 

– 

Həbs  qərarı  barədə  təqsirləndirilən  şəxsə  rəsmi  qaydada  məlumat  verilməməsi  yalnız 



presedent  hüququ  ilə  müəyyən  edilmiş  müstəsna  qaydada  "kobud  və  aşkar  pozuntu" 

hesab  edilməmişdi,  belə  ki,  səlahiyyətli  orqanların  doğrudan  da,  ərizəçiyə  bu  barədə 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə