Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə67/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   63   64   65   66   67   68   69   70   ...   112

düşüb yuxuda əl-ayağını ağaca sarımaq namərdlikdi. Kişisən işi mərdimərdanə 

gör. 


Koroğlu baxdı ki, yox, bu qanıb-qandırmır. Ortalığa meydan söhbəti 

salır. Öz-özünə dedi: 

– Gəl bunu sına. Uşaq olasan, pəsinməyib diri-diri danışasan. 

Dedi: 


– Ayə Bəbir! Gör bu ağzı qatıqlı nə deyir. 

Bəli, Bəbir Alı girdi meydana. Qara Pələng bir göz qırpımında 

Bəbir Alını basmarlayıb saldı dizinin altına. 

Əlqərəz, Şərxata Mədədi, Yağıqıranı, Şir Vəlini, Sanlı Səmədi 

qalaqladı yan-yana. Koroğlu baxdı ki, iş şuluqdu, özünü sındırmadı, 

dedi: 


– Oğlum! Sinəmə bir-iki yarpaq söz gəldi. Deyim bəlkə karına 

gəldi. 


Aldı Koroğlu: 

Sədd afərin, oğul, sənə, 

Bu boyda zor olmaz-olmaz. 

Verrəm müjdə dəlilərə

Bu boyda zor olmaz-olmaz. 

Aldı Qara Pələng: 

Rişxənd eyləmə babacan, 

İgiddə zor olar-olar. 

Vermə müjdə dəlilərə, 

İgiddə zor olar-olar. 

Aldı Koroğlu: 

Poladdan möhkəmdi canın, 

Bilinməyir adın-sanın, 

Züryətisən hansı xanın, 




Bu boyda zor olmaz-olmaz. 

Aldı Qara Pələng: 

Mərdlərə qurbandı canım, 

Bəl-bəllidi adım-sanım, 

Düşməniyəm hər bir xanın 

İgiddə zor olar-olar. 

Aldı Koroğlu: 

Gəl girmə nərilə cəngə, 

Çəkərəm səni məhəngə, 

Güc çatmaz qoca nəhəngə, 

Bu boyda zor olmaz-olmaz. 

Aldı Qara Pələng: 

Qara Pələng girər cəngə, 

Çəkər sən nəri məhəngə. 

Bir sırtdır qoca nəhəngə, 

İgiddə zor olar-olar. 

Söz tamama yetişdi. Koroğlu gördü ki, bu uşağın boynu qoltuq 

görməyib. İnsafı, kişinin oğlundan yaxşı dəli olar. Uşağı sındırmamaq 

üçün əl verdi. 

Qara Pələng elə bildi ki, rəqibi onunla sınanmaq istəyir. Bayaqdı 

yapışdı Koroğlunun əlindən, elə sıxdı ki, barmaqlar girdi bir-birinin 

içinə. Koroğlu gördü bu xına o xınadan deyil. Uşağın əlləri dəmirçi 

məngənəsi kimidi. Bayaqdı bir dəli nərə çəkdi. Qara Pələngin 

qulaqları güyüldədi. Qolları boşaldı, düşdü üzü üstə yerə. Bu ilmi 

ölübsən, bildirmi. Dəlilər qamarladılar Qara Pələngi. Üzünə su səpən 

kim, sinəsini, kürəyini ovan kim. 

Əlqərəz, nə handan, nə hana Qara Pələng gəldi özünə. Qara 

Pələng indi anladı ki, bu, Koroğlunun dəli nərəsidi. Dedi: 




– Baba Koroğlu! Bağışla günahımı, səni anşırammamışam. 

Sonra da papağının astarında gizlətdiyi Hinir Vəlinin naməsini 

verdi Koroğluya. 

Bəli, Koroğlu namənin məzmunu ilə tanış olub dedi: 

– Oğlum, bəs sən kimsən? 

Qara Pələng dedi: 

– Baba Koroğlu! Əsil adım Pənahdı. Tay-tuşlarım adımı zarafatla 

Qara Pələng çağırırlar. Təbrizli Xoca Yaqubun oğluyam. 

Koroğlu Xoca Yaqubun adını eşidər-eşitməz basdı Qara Pələngi 

bağrına, dedi: 

– Halal olsun qardaşım Xocanın çörəyi sənə! Oğul, bəs belə 

haradan gəlib, hara gedirsən? 

Qara Pələng başına gələnləri Koroğluya nağıl etdi. Koroğlu mindi 

cin atına dedi: 

– Ayə Dəli Mehdər! Çək Ayqırı meydana. 

Əlqərəz, Şir Vəli, Bəbir Alı, Şərxata Mədəd, Yağıqıran, Sanlı 

Səməd, Qara Pələng də Koroğlu kimi oldular atlarına suvar. Üz qoydular 

Dardaş səmtindən Ağrı keçidinə. İki ötər, üçüncü gün özlərini 

yetirdilər Ağrı kəndinə. Gördülər ki, leş bir tərəfdə, baş bir tərəfdə. 

Əsil ərəsət meydanıdı. Alosman qoşunlarının sağ cinahında Dəmirçioğlu 

əl eyləyib yeddi boyun kəl zəncirinə. Hər hərləyəndə on-on 

beşini lehrə vurur. Şamlı bəy, Eyvaz xan özünü vurub qoşunun ortasına, 

göz istəyir tamaşasına. Həsən bəylə, Cinli Mehdi dəstələyib qoşunun 

sol cinahını. Şir Vəli, Sanlı Səməd özlərini yetirdi Dəmirçioğluna. 

Bəbir Alı, Yağıqıran, Dəli Mehdər özlərini yetirdilər Şamlı bəylə, 

Eyvaz xana, Şərxata Mədədlə Qara Pələng də vurdular özlərini sol 

cinaha. Başladılar Aolsman qoşunlarını pencər kimi biçməyə. 

Koroğlu baxdı ki, gün yaxır, amma Osmanlı qoşunu bir ucadan hey 




sel kimi axır. Özünü saxlaya bilmədi. Bayaqdı bir dəli nərə çəkdi. Vurdu 

özünü qoşuna. Koroğlunun dəli nərəsindən Ağrı dağında Nuh əyyamından 

qalmış qar uçqunu yeridi üzü aşağı. Bir tərəfdən qar uçqununun 

uğultusu, bir tərəfdən qoç Koroğlunun nərəsinin küyültüsü Alosman 

qoşununu saldı pərən-pərən. Əldən çıxan yer axtardı başını daldalamağa. 

Əlqərəz, Koroğlu dəliləri ilə Ağrı keçidində Alosman qoşunlarını 

pərən-pərən salıb qovmaqda olsunlar. İndi də alın xəbəri Ayqır 

keçidində Dəli Həsən, Sırt Yusif, İsabalı, Dəli Çovdardan. 

Dəli Həsən dürbünü götürüb süzdü dağları, dərələri, keçidləri. 

Gördü ki, Alosman qoşunları Ayqır keçidinə sel kimi axışır. Ürəyi 

qubar elədi, hərlədi sazı sineyi-sandığa: 

Çox gəzmişəm oylaqların, 

Var ol səni, Maymaq dağı. 

Vüqarımı sən veribsən, 

Var ol səni, Maymaq dağı. 

Qoyun-quzu mələr səndə, 

Çox gəzmişəm çiskin, çəndə, 

Evladınam sənə mən də, 

Var ol səni, Maymaq dağı. 

Qoşun gəlib bağrın əzir, 

Oğul-qızın necə dözür

Düşmən baxıb ağzın büzür, 

Var ol səni, Maymaq dağı. 

Çox qalmışam səndə qonaq, 

Gəl eyləmə məni qınaq, 

Ağır dedim sənə bayaq – 

Var ol səni, Maymaq dağı. 

Dağlar mənim damanımdı, 




Hər gədiyin amanımdı. 

İndi savaş zamanımdı, 

Var ol səni, Maymaq dağı. 

Dəli Çovdar, İsabalı, 

Sırt Yusifin qeylü-qalı. 

Çəkib başın çox zavalı, 

Var ol səni, Maymaq dağı. 

Dəli Həsən nərə çəkər, 

Düşmən indi zəhər içər, 

Çoxları başından keçər, 

Var ol səni, Maymaq dağı. 

Bəli, söz tamama yetişdi, Dəli Həsən bayaqdı bir nərə çəkdi. Əkssədası 

dağlardan gəldi. Sırt Yusif kəsdi qoşunun sol cinahını. Dəli 

Çovdar, Dəli Həsən dəlilərilə dayandılar. Alosman qoşunları ilə üzüzə, 

İsabalı dəliləriylə tutdu sol cinahı Ərəsət meydanı başladı, nə 

başladı. Yağı görsə, yazığı gələrdi. Çox belə döyüşlərdə İsabalı fənd 

işlətmişdi. Bu dəfə də fürsəti fövtə vermədi. Dəlilərin bir qismini 

qoydu sağ cinahda. Bir qismini götürüb keçdi düşmənin arxasına. Obaoymağın 

əli yaba, dəhrə, balta tutanı qoşuldu İsabalıya. Dəli Həsən, 

Dəli Çovdar, Sırt Yusif qoşunun önündən, İsabalı camaatla qoşunun 

arxasından düşdülər qoşunun canına. Dar ilkindidə Dəli Həsənin 

qılıncı dayandı İsabalının qılıncına. Alosman qoşununun öləni öldü, 

qalanı keçdi Dəli Həsənin qılıncının altından. Baxdı ki, Bolu bəy 

çömələn dəymiş toyuq kimi bürüşüb, Sırt Yusif dedi: 

– Can Dəli Həsən! Bu namərdi tapşır mənə. O, mənim atama nə 

dağı çəkibsə, mən də ona o dağı çəkəcəm. 

– Dəli Həsən dedi: 

– İzindədi. 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə