Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə64/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   60   61   62   63   64   65   66   67   ...   112

dediyindən anladı ki, bu sirr cavanlıq, xanlıq, sultanlıq sirridi, dedi: 

– Ömrüm-ömrünə calansın! Hələ sənin nə yaşındı. Sirr adamı 

saraldıb sapa, incildib ipə döndərər. Hər düyünün bir ilməyi, hər sirrin 

bir işartısı var. Sən sirrini de, dayən sirr dağarcığıdı. Sirrini mənə də 

deməyib, bə kimə deyəcəksən, canım sadağa. 

Mahru xanım dedi: 

– Canım, gözüm, şirin-şəkər sözüm dayə! Mənə elə adam tap ki, 

başını islatsın burda, Çənlibeldə otursun dəllək qarşısında. 

Əlqərəz, çox götür-qoydan sonra Mələk dayə dedi: 

– Qızım, sənin bu müşkül dərdinin əlacı ancaq Xoca Yaqubdadı. 

Bir namə yaz, verərəm Xocaya. Hesabında Xoca Yaqub bu günlərdə 

qayıtmalıdı Təbrizə. 

Mahru xanım dedi: 

– Can dayə! Bu sirri tək göydə ulu Tanrı, yerdə sən bilməlisən. 

Mahru xanım qələm, kağız götürüb ürəyindəkilərini, xotkardan 

eşitdiklərini üşələdi sətirlərə, müşəmbələyib verdi dayəsi Mələyə. 

Bəli, Mələk dayə naməni Xoca Yaquba aparmaqda olsun, alın 

xəbəri Xoca Yaqubun kimliyindən. 

Ustadların söz-sovuna görə, Xoca Yaqub Təbrizdəndi. İyirmi ildən 

artıq idi ki, Təbriz, Dərbənd, Şirvan, Naxçıvan, Gəncə, Tiflis, Toqat, 

İstanbul, Hələb, Misir, Şam, Bağdad bazarlarında tacir-tüccarlıq edib, 

ad alıb surfa salmışdı. Xoca Yaqub Koroğlu ilə bərk dost olduğundan 

Gəncə, Tiflis, Alosman bazarlarına mal çıxarmaq sarıdan beli bərk idi. 

Amma Şərul, Dərələz, Çuxur oba, Ağrı, Qars karvan yolu sarıdan 

ehtiyat edirdi. Bu karvan yolunun bəndi-bərəsini Giziroğlu Mustafa 

bəy kəsmişdi. Quş uçsa qanad, qatır keçsə dırnaq salardı. İllaha da 

Şamlı bəylə Cinli Mehdinin əlindən tacir-tüccar, xan-xavan, bəzirganlar 

gəlmişdilər cana. Elə ki, düşdün Cinli Mehdinin əlinə, tök 




mətahını, qurtar canını. 

Əlqərəz, Xoca Yaqub bu dəfə İstanbula karvan qaldıranda oğlu 

Pənah qırsaqqız olub əl çəkmədi yaxasından, dedi: 

– Ateyi-mehriban! Bu səfərə mən də səninlə gedəcəm. 

Xoca Yaqub dünyagörmüş, çox səfərlər yorub yola salmışdı. 

Bilirdi ki, Pənah hələ yenicə özünü bozardıb. Bərkə-boşa düşməyib. 

Xasiyyəti də tünddür. Dedi: 

– Can-ciyərim! Bu dəfə yol uzaq, səfər ağırdı. İnşallah Gəncəyə 

gedəndə səni mütləq apararam. 

Bəli, Xoca Yaqub dedi, yalvar-yaxar etdi. Amma Pənah 

dediyindən dönmədi ki, dönmədi. Dedi: 

– Ateyi-mehriban! Sən məndən qızırğalanma. Mən uşaq deyiləm. 

Adıma nahaqdan “Qara Pələng” demirlər. Bu dəfə karvanı qaçaqquçaqdan, 

haramilərdən özüm keçirəcəyəm. Koroğludu, Giziroğludu 

nədi, görərlər ki, analar necə oğullar doğub?! 

Xoca Yaqub baxdı ki, ey dili-qafil, oğlunun damarlarında qan 

qaynayır. Çox havalıdı. Elə hey qan-qan deyir. Dedi: 

– Oğul, bala! Sinəmə bir neçə xanə söz gəlib. Deyim, anlayarsan, 

çox yaxşı, anlamazsan öz işindi: 

Gözlərimin nuru oğlum, 

Yaşın hara, qan-qan hara? 

Koroğlu igid dəlidi, 

Başın hara, qan-qan hara? 

İyidləri sanlı-sanlı, 

Hər birisi dəliqanlı, 

Əyinləri dəmir donlu, 

Huşun hara, qan-qan hara? 

Ağqayadan nərə çəkər, 




Bəzirganlar malın tökər, 

Çox igidlər, dizə çökər, 

Yaşın hara, qan-qan hara? 

Həsəni fənddi, feilli, 

Dəmirçisi dəvə kinli, 

Nizələri haça dilli

Tutun hara, qan-qan hara? 

Yaqub Koroğluya qardaş, 

Dar günümdə olub sirdaş. 

Nərə çəksə, salar təlaş, 

Başın hara, qan-qan hara? 

Söz tamama yetişdi. Xoca Yaqub dedi: 

– Canım oğul! Səni cavanlıq qanın coşdurur. Ticarətdə də sənin 

səriştən yox. Oğul, səfər uzun, sənsə naşı. Gəl bu dəfə ətəyindən tök 

daşı. 

Kimə söz deyirsən?! Ay Qara Pələng başa düşdü ha?! Əlqərəz, 



Xoca Yaqub nə qədər yalvar-yaxar etdi, Qara pələng dediyindən dönmədi. 

Axırda Xoca Yaqub çarı-naçar verdi razılıq. 

Ata, oğul ya mədəd səndən – deyib, karvanı qaldırdı səfərə. Günə 

bir mənzil, tey mənzil, az gedib çox gedib az qatdılar gecəni gündüzə. 

Qırdılar yolun damarını. Xoca Yaqub ramazana qədər istəyirdi ki, 

özünü yetirsin Təbrizə. 

Əlqərəz, Xoca Yaqub çatdı İstanbula, çarvadar bazarında karvanı 

karvansarada rahladı. Öyrəndi bazarın məzəndəsini. Başladı matahını 

xırıda. Hərdəm bir də deyərdi: 

– Ayə, Qara Pələng! Mollanınkı azardı, tacirinki bazar. 

Bazarın şirin yerində Mələk dayə kəsdi Xoca Yaqubun yanını. 

Dedi: 



– Xoca dədə! Mal-mətahın bazarlı olsun. 

Xoca Yaqub dedi: 

– İman yiyəsi olasan, a Mələk qarı. Yaxşı Təbriz xalı-xalçam var. 

Şal, alqumaşım var. 

– Xoca lələ! Mənə nə xalın, nə şalın lazımdı. Bəri dur, bir qulaq 

as, sözüm var. 

Əlqərəz, dayə Xoca Yaquba nə dedi, nə demədi onu özü bilər. 

Amma, Mahru xanımın müşəmbəli məktubunu verdi ona, ovcuna da əl 

xərcliyi basıb dedi: 

– Xoca lələ! Göydə ulu Tanrı, yerdə sən. Bu əl xərcliyinə bir at al

sal özünü Çənlibelə. 

Xoca baxdı ki, pis yerdə axşamladı. Bazarda mətahı çox, Qara 

Pələngin də belə işlərdə səriştəsi yox. Öz-özünə dedi: 

– Allahdan xeyirmiş. Nə olar-olar. Qoy bazarlığım qurban olsun 

Koroğlunun ad-sanına: 

Əlqərəz, oğlunu çağırıb dedi: 

– Oğlum! Mal-mətah amanatı. Dəyər-dəyməzinə necə gəldi xırıd 

elə. Mənim dəyəsi yerim var. Oğlum, səni Sarı sərbanla Dardaşda 

gözdəyəcəyəm. 

Xoca Yaqub Sarı sərbana tapşıracagını da tapşırdı. Verdi özünü baş 

meydanda at bazarına. Bir at alıb, ya mədəd səndən deyib, üz qoydu 

Çardaqlı Çənlibelə. Dağlar aşdı, dərələr keçdi. Kəsdi qırdırmasına 

yolun hənrini. Günə bir mənzil, teyi-mənzil təngnəfəs özünü yetirdi 

Sınaq keçidinə. Dəli Həsən baxdı ki, bu dəfə Xoca Yaqub xeyir- 

xəbərlə gəlməyib. Tutdu atın cilovunu, Xoca Yaqub nə handan-nə 

hana özünü toxdadıb dedi: 

– Ayə, ömrü budanmış! Yetir məni Qoç Koroğluya. 

Əlqərəz, Dəli Həsən, Xoca Yaqub başı lovlu üz qoydular Çardaxlı 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə