Salatın Əhmədli
189
tinə yüyürdü. Onun səngərlənib qabağını saxladığı
ermənilər
çəkilib
getmişdilər.
Əvvəlcə
həyətə
dönmədi. Salmanın dayandığı tərəfə yüyürdü. Salman
uçurumun qaşında yox idi. Alacalanmış gözlərilə Sal-
manın dayandığı yerə baxanda oğlunun necə qol-bud
edildiyini, parça-parça doğrandığını gördü. Bəs Züm-
rüd, bəs Solmaz?.. Dəli kimi havalanıb qapıya cumdu.
Zümrüd qapağın üstündə həyat işığı çoxdan sönmüş,
bərəlmiş gözlərilə səmaya baxırdı. Yavər gördüyü
səhnədən daha da sarsıldı.-Bəs qız necə olub? Bir
anlığa Yavər ağlına gələndən dəhşətə gəldi: «Qızı
ermənilər aparıb!». Silahı çevirib lüləsini başına sarı
tutdu. Birdən ona elə gəldi ki, qapağın altından közdə
qızaran ət iyi gəlir. Cəsədqarışıq qapağı təndirin
üstündən qırağa çəkdi. Solmaz bayılmış vəziyyətdə
tən-dirin küncünə qısılmışdı.
Görünür, vahimədən və həm də elə təndirin için-
dəki közdə yanan ayaqlarının ağrısının şiddətindən
huşunu itirmişdi. Qızın qollarından tutub təndirdən
çıxardı.
Rahat nəfəs aldı. Silahını haraya atdığı da yadına
düşmürdü. Xocalı aeroportundan Əlifin kömək üçün
Salatın Əhmədli
190
göndərdiyi adamlar yaralıları topladılar, ölənləri bir
yerə yığıb kəndin qırağında yan-yana düzdülər.
Solmaz da ayılmışdı, amma zarıyırdı.
Yavərə baxan elə bilərdi ki, arvadı öldürülən,
cavan oğlu yağı əlində doğram-doğram olan o deyil.
Yavər qızının düşmən əlinə düşməməyinə sevinirdi.
…Tülüdə həkim-zad olmazdı. Bu kənddə
hamının işinə Tavad qarı yarıyırdı. Elə indi də o, qızın
ayağını təmizləyib yardım dərmanları içərisindən
məlhəm tapıb ayaqlarına çəkdi.
Kimsə astadan dilləndi:
- Yavərin sevinməyinə bax.
Tavad qarı başı aşağı qızın başını qolu üstündə
tutub dayandığı yerdəncə:
- Bala, bu, qiyamət sevincəyidi.
…Solmazı komissiya otağında bir tərəfdə qoyul-
muş divanın üstünə uzatmışdılar. Həkim çağırılmış,
ona yardım göstərilmişdi.
- Ay bacı, özünə gəl, -bu, bayaqkı komissiya üz-
vünün sözü idi. Solmazın baxdığını görüb əlavə elədi:
- Sizə ev verirlər. Niyə belə əsəbiləşirsən?
-Yox,
əsəbiləşmirəm,-Solmaz
indi
özünə
gəlmişdi.
Salatın Əhmədli
191
Daha komissiya üzvlərinə də baxmırdı. Amma
do-daqlarının altında nəsə pıçıldayırdı. Diqqətlə
dinləyən olsaydı açıq-aydın onun sözlərini eşidərdilər:
- Tülünü verin, Xocalını verin!...
- Tülünü verin, Xocalını verin!...
Salatın Əhmədli
192
GÜL ÖPÜŞÜ
Çoxdanın söhbətidir, onda hələ köhnə əsrin
qurtarmağına on il qalırdı. Mən də institutun üçüncü
kursunda oxuyurdum. Zamanın çox qarışıq vaxtı idi.
Köhnə quruluşu dağıtmaq istəyənlər olduğu kimi,
saxlamağa çalışanlar da az deyildi. Azadlıq meydanı
qaynar qazana bənzəyirdi. İndi o vaxtdan xeyli keçən-
dən sonra da mən bu fikirdəyəm ki, əsas güc bizim
tələbələrin üzərinə düşürdü. Ümumiyyətlə, tələbə əhli
gənclikdən gələn bir coşğunluqla, qızğınlıqla hərəkata
qoşulmuşdu. Hələ həyatın ağrı-acıları ilə, qayğıları ilə
yüklənməmiş düşüncəmizə yığdığımız mübarizlik,
ixtisasımıza görə savadımız, biliyimiz bizim üçün
silah idi. Doğrusunu deyim ki, İyirmi Yanvardan
sonrakı bir il ərzində biz böyük imperiyaya qarşı
nifrətimizi və qəzəbimizi gizlətmirdik. Hərçənd ki,
bəzi müəllimlərimiz hələ də partiya tarixini öyrətmək
inadından dönməmişdi. Amma elə müəllimlərimiz də
vardı ki, qiymət kitabçalarımızı dəhlizdə yığıb hər
kəsə özünün müşahidəsinə, təsəvvürünə görə qiymə-
Salatın Əhmədli
193
tini yazır, sonra da:-Gedin, yaxamızı bu imperiyadan
qurtarın,-deyirdi.
Laçınla mən bir qrupda oxuyurduq. Yataqxanada
bir otaqda qalırdıq. Bilmirəm, bəlkə, ailə həyatımızdan
gələn dolanışıq, imkan, təbəqə yaxınlığı, ya nə idi, hər
halda bizi bir-birimizə bağlayan tellər çox güclü idi.
Yataqxanaya getmədiyimiz günləri meydanda bir
yerdə keçirirdik. Qışdan çıxsaq da hələ soyuq Bakının
dənizə əsən, ya da elə dənizdən əsən küləyi
sümüklərimizi sızıldadırdı. Kürək-kürəyə söykənib bu
nəhəng insan dənizinin içində bədənimizin hərarəti ilə
bir-birimizi qoruyurduq.
Neçə il idi ki, Laçın deyirdi ki, səni bizim dağlara
qonaq aparacam. Mən də ona təklif etmişdim, bizim
tərəflərə gedək. Amma o, inadından dönməmişdi və
birinci mənim razılığımı almağa nail olmuşdu. Axır ki,
həmin yazağzı Laçıngilin rayonuna, rayondan da daha
yuxarıda, dağlarda yerləşən kəndlərinə getməli olduq.
Bakı-Mincivan qatarı ilə Əkərə stansiyasınacan gedib,
oradan da avtobusla Laçıngilin rayonuna yola düşdük.
Bir-iki saatdan sonra biz artıq rayon mərkəzində idik.
Rayon mərkəzinə çatanda Laçın atasına gəlişimizi
Salatın Əhmədli
194
xəbər verdi. Mən təkid eləsəm də ki, qoy bilməsinlər,
qəfləti gedək, Laçın razılaşmamışdı.
Dolama yollar... dağların belinə kəmər kimi do-
lanan yollar indi də gözlərimin qabağındadır. Aşağı-
dan baxanda mənə elə gəlirdi ki, bu dağların zirvəsinə
doğru az qala pillə-pillə qalxan yollar haradasa qırıla-
caq və biz yarı yolda qalacağıq. Laçın tez-tez əlini
uzadıb aşağını göstərirdi:
- Bir bax, hələ bayaqdan bəri yol gəlirik. Cəmi-
cümlətanı dörd dolama yol keçmişik.
Həqiqətən də adama elə gəlirdi ki, əlini uzatsan
dağın dibinə çatar. İnsanlar dağları yollarla fəth edir-
lər. Əvvəlcə yolun əzab-əziyyətinə qatlaşır, yolu çəkir,
çəkdikləri yolla zirvələrə qalxır və oradan da üzü aşağı
qürurla baxırlar.
Elə bilirəm ki, insan də belədir. Harada, necə
qırılacağını düşünmədən, inadla, inamla ömürlərinin
zirvələrinə doğru gedirlər. Bu yolu ağılla keçənlər öz-
lərindən sonra gələcək nəsillər üçün sağlam dəyərlər
qoyurlar.
Laçının atası orta yaşına çatmış qıvraq bir kişi
idi. Mən onu elə aralıdan görən kimi tanıdım. Və
mənə elə gəldi ki, o, Laçının yaşca bir az böyümüş
Dostları ilə paylaş: |