Salatın Əhmədli
183
Görünür, danışan komissiya üzvü yerli nümayən-
dəliyi təmsil edirdi. Ona görə də məlumatlı idi:
- Bu bacının da anasını, bir qardaşını elə kəndi ta-
lan edəndə öldürmüşdülər.
Komissiya üzvünün belə sakit, təmkinlə danış-
mağı Solmazın əhvalını dəyişdi. Hiss elədi ki, əlləri
qıc olur. Yapışdığı stulun söykənəcəyi az qala qopub
əlində qalacaqdı. Başında bir uğultu hiss elədi. Onsuz
da solğun olan rəngi bir az da avazıdı…
…Tülü Xocalıdan yuxarı meşə içi kənddi. Aşağı
tərəfindən qıjıltı ilə çay axırdı, bir yanı sıldırım idi.
Digər tərəfi yarğan, ara-sıra qayalıqlar. Kənddə otuz
ev olmazdı. Bu kəndin baş tərpədənləri gecələr düş-
mənin gələ biləcəyi tərəflərdə növbə çəkirdilər.
Doğrudur, tez-tez Xocalıdan ürəksıxıcı xəbərlər
gəlirdi. Elə növbə ilə kənd adamları da Xocalıya enir,
çatışmayan şeyləri alıb gətirir, beləcə, bir-birindən
vahiməli gələn günləri sayırdılar. Hərdən də yuxarıdan
Xocalı aeroportuna enən vertolyotlara baxıb qürurla-
nırdılar:
-Bizimkilər gəlib-gedir, bu boyda şəhəri yiyəsiz
qoymayacaqlar ki? Xocalını əldən verməsələr, Tülüyə
yaxın düşən olmaz...
Salatın Əhmədli
184
Bunlar ömürlərini-günlərini Tülüdə yaşayan,
burda doğulub-böyüyən adamların yeganə təskinliyi,
dinc sabaha bəslədikləri ümidləri idi. Bəli, insan
hərdən quru sözlə istəyini dilə gətirəndə də təskinlik
tapa bilir. Amma ümidsizlikdən uzaq ola da bilmir.
Elə bil ki, ümidsizlik ümidin inamını, özü də sonuncu
inamını qırmaq üçün hər dəqiqə onların ürəklərinin
qapısını döyürdü. İçəridən gələn cavab da elə o
təskinlikverici sözləri idi. Amma bir gün…
Günün günorta çağı qəfil atışma başladı. Növbə
çəkən tülülülərin bir-birini haylaması kəndə haray-
həşir saldı. Bəli, ermənilər gözlənilmədən kəndə sox-
ulmuşdular. Onsuz da az qüvvə ilə müdafiə olunan
Tülü təpədən dırnağa silahlanmış düşmənin qabağında
dayana bilməzdi.
…Zümrüd təndiri bir az əvvəl yığışdırmışdı. Tən-
dirin içəri divarları soyumuşdu. Axırıncı kündəni
təndirin dibində, ortalığa yığdığı közün üstündə bişir-
mişdi. Yavər kəndin yuxarı başında bir az daldanacaq,
bir az da elə səngər məqsədilə qayanın bir tərəfində
qurduğu qalağın arxasında dayanmışdı. Saqqallıların
birdən-birə yaxınlıqda peyda olması onu çox da
təəccübləndirmədi. İlk atəşi də elə Yavər atdı.
Salatın Əhmədli
185
Doğrudur, nişan alıb atmadı. Demək olar ki, havaya
atdı. Yavər cəsarətli adam idi. Özünün də əlli yaşı
olar-olmazdı. Gəncliyini bu meşələrdə keçirmişdi.
Əlindəki qoşalüləsi ilə meşənin dərin yerlərinəcən
gedər, axtardığı ovu tapmasa, vurmasa geri qayıtmaz-
dı. İki oğlunu, bir qızını Zümrüdlə birgə böyütmüşdü.
Böyütmüşdü deyəndə ki, uşaqların ayaqları elə indi-
indi, təzəcə yer tuturdu. Bircə Salman hələ ki, onunla
ova gedə bilirdi. Balaca Kamalı bir neçə gün əvvəl
şəhərdə yaşayan bacısı aparmışdı. Solmazın on beş-on
altı yaşı olardı. Əslində, bacısı Solmazı aparmaq istə-
yirdi, amma Solmaz getməmişdi-anasını qoyub getmə-
mişdi. Axır ki, arvad naəlac qalıb Kamalı tovlayıb
aparmışdı. Beləcə, beş-altı yaşlı Kamal bu hay-küyün
içindən elə iki-üç gün əvvəl çıxıb getmişdi.
Ermənilər Yavərin gülləsindən səksənib dalda-
landılar. Ancaq atışma davam edirdi. Yavər başa
düşdü ki, bu həna o hənadan deyil. Aşağı tərəflərdən
də atışma səsi gəlirdi. Salman Tülünün aşağı yanında
idi, yarğan tərəfdə. Əslində, Salmanı buraya atası
göndərmişdi. Zənn eləyirdilər ki, uçurum tərəfdən
ermənilər qalxa bilməzlər. Düzünə qalsa, ermənilər də
bu yerlərdə yaşayan adamlar idi. Onlar da buraları
Salatın Əhmədli
186
yaxşı tanıyırdılar. Çayın o tayında, meşəarası kənd-
lərin birində yaşayan ermənilərin başçısı Aşot hücum
planını özü qurmuşdu: «Ara, mən bu türk tayfasını
yaxşı tanıyıram. Onlar gecə qarovulunda möhkəm
olurlar. Biz onların üstünə gecə hücuma keçəcəyik.
Özü də bir dəstə, yuxarıdan-onların gözlədiyi tərəfdən.
Əsas dəstə çayın uçurum tərəfindən qalxacaq. Biriniz
çayın bu tayından yarğanın qaşını gülləyə tutun, harda
olsalar cavab verəcəklər. Qalanlarınız güllə tutmayan
yerdən dırmaşın».
Salman yarğanın qaşından çayaşağı baxırdı.
Birdən güllə səsi eşitdi. Çayın qırağında o tay erməni
kəndindən olan və demək olar ki, Salmanla bir yerdə
böyümüş Joranı tanıdı. Jora Aşotun oğlu idi. Jora da
deyəsən, Salmanı görmüşdü. Çünki düz onun dayan-
dığı yeri gülləyə tuturdu. Vəziyyət ağırlaşırdı. Salman
Joranı nişan aldı. Eyni vaxtda iki güllə açıldı. Birinə o
tayda Jora yıxıldı, digəri də Salmanı yıxdı. Aşot onun
başının üstə dayan-mışdı:
- Ara, köpayoğlu, sən mənim oğlumu vurdun?
Salman yaralı olsa da, birtəhər geri çevrildi. Aşot
da, digər saqqallılar da onu əhatəyə almışdılar:
Salatın Əhmədli
187
- Ara, Salman, tork kopayoğlu, sənə demədikmi
vaxtında şələ-şüləni yığışdırıb get, qanını bizdən uzaq
elə… Ara, demirdik ki, fürsət düşən kimi hamınızın
qa-nını içəcəyik? Ara, demirdimmi Allahın sizə verdi-
yini
gözünüzdən
töküb,
əlinizdən
alacağıq.
Gülürdünüz, inanmırdınız. Qulağınız kəsilməyincə ağ-
lınız başınıza gəlmir, köpəyuşağı, qanınızı içəcəyik.
Görə-cəksiniz qoynunuzda necə ilan balası bəsləyibsi-
niz.
Aşot yanındakı saqqallılardan birinə Salmanı
göstərib: «Bunun işinə axıracan baxın,-dedi və cəld
digər saqqallılarla yuxarı-Salmangilin həyətinə yüyür-
dü.
Aşotdan qabaq da iki nəfər Zümrüdgilin həyətinə
çatmışdı. Zümrüd qapının ortasında ayaq üstə dayan-
mışdı. Bir əlini qabağa uzadıb qışqıra-qışqıra nəsə
deyirdi. Deyəsən, dediklərini heç özü eşitmirdi: «Bur-
nunuzdan gəlsin bu qapıda yedikləriniz. Evimi-zin,
həyəti-mizin qapısını yaxşı tanıyırdınız, ona görə bu
həyətə cəsarətlə girmisiniz?». Sol qolu yanında
qalmışdı. Durduğu yerdə qanı şoralanıb axırdı. Ay-
ağının altında enli taxta parçası vardı. Meşə ağacla-
rından düzəldilmiş taxta qapağı həmişə təndirin ağzına
Salatın Əhmədli
188
qoyurdu. İndi də elə həmin qapağın üstündə dayan-
mışdı. Qan elə qapalağın üstünə süzülürdü. Ara-
bərədən axan qandan başqa, ayağının altında da bir
gölməçə yaranmışdı.
- Türk qancığı,-Samvel silahı üzünə qaldırdı.
Lüləni Zümrüdün sinəsinə dayadı.-Kəs səsini! Yavərin
dizdən aşağı iki ayağını da kəsib qoltuğuna verəcəm.
Qoy alçaq özü olsun, dizi üstə yerisin. Bir ay bundan
qa-baq meşədə rastlaşmışdıq. Ona dedim ki, yır-yığış
elə, buralardan get. O da mənə hədə-qorxu gəldi:
«Sənin kimi alçağın sözü ilə yerimi, yurdumu atıb
gedən deyiləm». İndi qoy özü görsün ki, alçaq kimdir?
- A Samvel, boyun çinarcan olsa da, sən
alçaqsan. –Zümrüd iki addımlığında dayanmış Sam-
velin üzünə lomba ilə tüpürdü.
Güllə açıldı və Zümrüd elə qapağın üstünəcə yı-
xıldı. Ermənilər qəfil gəldikləri kimi, qəfil də çəkil-
dilər. Samvelin səsi uzaqlaşırdı.
- Ara, tez olun, Xocalı tərəfdən gələn olar. Alipin
(Əlifin) dəstələri yəqin ki, bu atışmanı eşidib.
Əllərinə keçəni, mal-davarı yığıb apardılar.
Kəndə ölü sükutu çökmüşdü. Ara-sıra meşəyə qaçmış
qadın-uşaq geri qayıdırdı. Yavər üzü aşağı, öz həyə-
Dostları ilə paylaş: |