Salatın Əhmədli
201
tutduğum güllərin üstünə qoydum. Bir anlığa mənə elə
gəldi ki, güllər hərarətlə öpüşdülər. Sevgi ilə qucaqlaş-
dılar. Sanki dağların o üzündən gələn mərmi və top
səsləri də güllərin öpüşü zamanı susdu. Dünya-aləm
sükuta qərq oldu.
Hərdən gözümlə Lalənin verdiyi gülləri oxşamaq
istəyirdim. Lap bir-birindən ayırıb baxmaq istəyirdim.
Elə bil ki, güllər canlı idi, bir-birinə sarmaşmışdı, ay-
rılmaq istəmirdilər.
Biz Bakıya qayıtdıq. Yaxın günlərdə öz rayonu-
muza gedən kimi anama hər şeyi danışacaqdım. Elə
hey məni danlayıb deyirdilər ki, nə oldu, yaşın keçir,
institutu qurtarmağına az qalıb, bir qız seçmədin? Mən
də deyirdim ki, siz nə hayda, dünya nə hayda? Gör-
mürsünüz dunya dağılır? Onda bilmirdim ki, sevgi bu
dünya zəlzələlərinin hamısından güclüdür.
Mitinqlərdə də, odlu-alovlu mübahisələrdə də
Lalə həmişə yanımda idi. Onun mənə dikilmiş nəzər-
lərini hər yerdə üzərimdə hiss edirdim. Baxışlarının
söylədikləri mənim üçün dünyanın ən pozulmaz
qanunu, yaddaş kitabı idi.
On beş gün keçmiş bəd xəbər ürəyimi param-
parça etdi; Rayon işğal olunub. Laçın həmin gün dərsə
Salatın Əhmədli
202
gəlməmişdi. Mitinqdə də görmədim. Yataqxanaya qa-
çdım, orada da yox idi.
Özümə yer tapa bilmirdim. Hələ heç nə bilməsəm
də, ürəyimdə bəxtimi lənətləyirdim. Kim inanır-inan-
mır, özü bilər, mənə elə gəlirdi ki, pis bir xəbər eşidə-
cəyəm.
Laçın bir həftədən sonra qayıtdı. Üz-gözünü tük
basmışdı. Onu institutun dəhlizində görən kimi üstünə
yüyürdüm. Məni görəndə hönkür-hönkür ağladı.
- Danış, nə var, nə yox? - Onun çiyinlərindən tu-
tub silkələdim.
Handan-hana, boğula-boğula, güclə bunları deyə
bildi:
- Kəndin qız-gəlinlərini yük maşınlarına yığıb bir
qədər qabaqca yola salıblar. Erməni quldurları maşının
kənddən çıxdığını görüb. Dolamadan keçəndə qrad
mərmisi ilə vurublar. Partlayışdan sonra sağ qalan
olmayıb.
Dilim qurumuşdu, dodaqlarım tərpənmirdi. Güc-
bəla ilə Laçının başını əllərimlə tutub gözlərinə bax-
dım. “Lalə də”, demək istəyirdim. Ancaq deyə bilmir-
dim. Laçın başını yavaşca tərpətdi. Bildim ki, o, mə-
nim nəyi soruşacağıma cavab verir...
Salatın Əhmədli
203
İndi də hərdən tələbə yoldaşlarımla görüşüb
keçmiş xatirələri yada salırıq. Söhbət işğaldan düşəndə
yadıma Lalə, onun qucağında böyüdüyü dağlar düşür,
ürəyimdən qara qanlar axır.
Bağçamızda çoxlu qızılgül kolları əkmişəm. Hər-
dən yarıaçılmış qönçələrdən yığıb iki əlimlə üzümə,
gözümə sürtürəm.
Güllərin «öpüşü» isə heç yadımdan çıxmır.
Salatın Əhmədli
204
GÜNAHMI, SAVABMI?...
II Dünya müharibəsinin qızğın çağları idi. Balaca
bir kənddə, balaca bir evdə ana-bala baş-başa verib
dolanırdı. Evin başıpapaqlısı qanlı-qadalı müharibədə
canı bahasına vuruşurdu. Böyük Vətən adlandırılan
Rusiya torpaqları uğrunda ölüm-dirim mübarizəsi ge-
dirdi. Sağ qalmaq, müharibədən salamat qayıtmaq hər
kəsə nəsib olmurdu.
Müharibədən gələn qara xəbərlər kənddə demək
olar ki, bütün qapıları döyürdü. Ana-bala gözlərində
qorxu, həsrət gecəni gündüzə qatır, biri ər yolu, o biri
ata yolu gözləyirdi. Yaşamaq lazım idi. Yaşamaq üçün
çörək tapmaq lazım idi. Çörək tapmaq üçün çalışmaq,
durub-dayanmadan, dincəlmədən, yatmadan işləmək,
yenə də işləmək lazım idi. Bu, müharibə illərinin ya-
zılmamış qanunlarından idi. Kişilər cəbhədə idilər.
Kolxozun bütün işləri arvadların, uşaqların, qocaların
incə, zərif və zəif çiyinlərində bərqərar olmuşdu.
Ana-bala da o birilər kimi işləyir, müharibədə vu-
ruşan əsərlər üçün yavanlıq, pal-paltar göndərirdilər.
Salatın Əhmədli
205
Balaca Yunusun anası gecə-gündüz kolxoz tarla-
larında işləsə də, o, məktəbindən bir gün də olsa
qalmır, dərslərini əla oxuyurdu. Anası Güləbatın
«staxanovçu» idi, qoçaq idi, kolxozun hər işində bir-
inci idi. Odur ki, onun əməkgünü həmişə bol olurdu,
evindən taxıl əksik olmurdu. Ana vaxt tapan kimi
evinə qaçır, sac asıb xamralı bişirirdi. Axırda isə oğlu-
nun xoşladığı xamralı çörəyindən dərin cama doğrayır,
içinə nehrə yağı qatıb isti çörəkdə əzir və oğluna döy-
məc düzəldirdi. Oğlu döyməc dürməyini ləzzətlə diş-
ləyib yoldaşlarının yanına qaçırdı. Atalar düz deyib:
Uşaq atadan yox, anadan yetim qalar. Balaca Yunus
atasız olduğunu hiss etməzdi. Anası ona həm ata, həm
ana idi. Anası evdə qalanda o, özünü çox bəxtəvər
sanır, gecə onun isti qucağına sığınaraq şirin yuxuya
gedirdi. Yuxuda dadlı-duzlu, rəngli yuxular görürdü.
Gördüyü yuxularının hamısı bir sonluqla qurtarırdı:
onu anasından zorla ayırıb göylərə aparırlar. O, göydə
xeyli qanad çalır, aşağılara, anasının yanına qayıtmaq
istəyir, ancaq ona imkan vermirlər. Hər dəfə də yuxu-
nun təsirindən hövlanak oyanır, gördüyü yuxusunu
anasına danışır, cavab üçün gözlərini onun ağzına
dikirdi. Anası ona təskinlik verib deyirdi: “Nə gözəl
Salatın Əhmədli
206
yuxu görübsən, dərdin alım. Sən oxuyacaqsan, böyük
adam olacaqsan. Yuxuda gəzdiyin göylər o deməkdir
ki, sən vəzifə sahibi olacaqsan, yuxarılarda otura-
caqsan. Ona görə də dərslərini yaxşı oxumalısan“. Ana
oğlunun gözlərindən öpür, onu sinəsinə çəkib başını
tumarlayır, gözləri isə ixtiyarsız yol çəkirdi.
Yunus sevincək yerindən qalxar, səhər çayını-
çörəyini yeyər, yoldaşlarına qoşulub məktəbə tələsər-
di. İllər beləcə bir-birini qovurdu. Yunis məktəbi
bitirib əsgəri xidmətə yola düşdü. Fikirləşdi ki, əsgəri
xidmətini başa vurduqdan sonra sənədlərini hazırla-
yıb universitetin riyaziyyat fakültəsinə verər. Axı, o,
məktəbin ən güclü riyaziyyatçı şagirdi idi.
Üç illik əsgəri xidmət başa çatdı. Yunus doğma
kəndinə qayıtdı. Bir az dincəlməyi qərara aldı. Onsuz
da bu il universitetə gedə bilməyəcək. Hələlik işləyər,
yayda qəbul üçün Bakıya gedər.
O, kənddə işə düzəldi. Səhərlər yuxudan durub
səhər yeməyi yeyər, anasının günorta üçün düzəltdiyi
boxçasını da götürüb işə gedərdi. Yaman sürücülük
həvəsində idi. Maaşı ancaq velosiped almağa çatırdı.
Özü üçün bir velosiped də almışdı. Hər gün «ceyran»
Dostları ilə paylaş: |