Salatın Əhmədli
219
xırıldayır, əl-qol atır. Qızı sualını tez-tez, ancaq,
yavaşcadan təkrarlayırdı. Nəvələr nənənin bu halına
dözmədilər, bərkdən ağlaşdılar. Onların ata yaraları
hələ qaysaq bağlamamışdı. Ən çox da onları yandıran
atalarının ölümündən nənənin bixəbər olması idi.
Nəvələrin qışqırıq səsindən ana deyikdi, baxışları
bir nöqtəyə ilişib qaldı, xırıltısı kəsildi. Gözlərini
yavaş-yavaş ağlaşan nəvələrinə sarı çevirdi. Dili tutul-
muşdu, danışa bilmirdi. Qızı yavaşca ananın qulağına
tərəf əyilib soruşdu:
- Ana, kimi istəyirsən? Olmaya Yunusu istə-
yirsən?
Ana başını buladı. Dili dolaşa-dolaşa güclə eşidi-
ləcək səslə inildədi:
- İsamı, Musamı...
Musa onun kiçik oğlu idi. O, idmançı idi, çoxlu
sayda diplomları var idi. Güləş üzrə usta adını almışdı.
Onu tanıyanlar ona Musa pəhləvan deyirdilər. Cavan
yaşlarında-ömrünün iyirmi beşinci baharında məşq za-
manı aldığı zədədən dünyasını dəyişmişdi. İndi ana se-
vimli oğlu Yunusu yox, İsasını-Musasını istəyirdi.
Ananın təntiməsindən, ölümlə mübarizəsindən
bir saata yaxın vaxt keçdi, gözlənilmədən sakitləşdi.
Salatın Əhmədli
220
Ana həyata qayıtmış, üzünün rəngi özünə gəlmiş,
yanaqları allanmışdı. Axşama yaxın yemək istədi. Bu
dəfə o, həmişəkindən fərqli olaraq çox yedi. Qızını,
kürəkənini və nəvələrini yanına çağırıb öyüd-nəsihət
verdi:
- Mən bu gün ölməliydim. Yuxumu da görmüş-
düm. Yuxuda gördüm ki, qaynım bizə gəlib, tez
yanına getdim: “Nə yaxşı gəldin, məni də apar”. O,
etiraz edib dedi ki, gəlməyinə gəlmişəm, bu dəfə Yu-
nusu aparacam, sonra da səni. Ancaq, səni, hazırlaş,
bir azdan gəlib aparacağam. Bunu deyib getdi. Mən
gedirdim, siz qoymadınız. Onlar göylərdən gəlmişdi,
qolumdan tutub aparırdılar. Siz qara-qışqırıq saldınız,
onlar da getdilər.
Ana uşaqları ilə bir xeyli danışdı-vəsiyyətini edir-
miş. Gecəni çox rahat yatdı. Xəstə düşəndən belə yat-
dığı olmamışdı. Yəqin gündüz çox çabaladığından
yorğun düşmüşdü.
Səhər tezdən Nərgiz ananın səsinə yuxudan oy-
andı.
- Ay bala, ay Nərgiz, bu nə vaxtın yatmağıdır,
dur mənə çaydan-çörəkdən ver, acmışam.
Salatın Əhmədli
221
Nərgiz tez ayağa qalxıb saata baxdı-yeddi idi. O,
ananı yedizdirdi. Ana yerinə uzandı, onu möhkəm
yuxu tutdu, üç saata yaxın sakitcə yatdı. Birdən onu
sanki kimsə tərpədib oyatdı. Qızını və Nərgizi yanına
çağırdı. Güclə eşidiləcək səslə onlara dedi:
- Oturun, sakitcə mənə qulaq asın.
Qızlar dinməz-söyləməz ananın sözlərinə əməl
etdilər.
Ana gözlərini dolandırıb baxışlarını qızların
üzündə saxladı:
- Mən bu gün öləcəyəm. Onlar yenə gəlmişdilər,
gecə yuxuda mənə dedilər. Məni diqqətlə dinləyin.
Dü-nənki kimi çığır-bağır salmayın, onunla mənə yax-
şılıq yox, pislik edirsiniz, məni ölməyə qoymayır-
sınız, canbəsər edirsiniz. Sizdən bircə xahişim var;
məni ağlamayın. Mən günümü görüb, dövranımı sür-
müşəm. Mən yaşda meşədə heç palıd ağacı da yoxdur.
Məni deyə-gülə aparıb balalarımın yanında basdırar-
sınız. Bircə bayatı çağırın, deyin ki, İsa-Musa yaralı
anam lay-lay. Ehsanıma da ətnən halva verin.
Ana nə yesə iştahla yeyərdi, yaxşı xörəklər, özü
demişkən “yağlı-buğlu“ yeməkləri sevərdi. Qapısına
Salatın Əhmədli
222
gələni, yoldan ötəni yedizdirməmiş buraxmazdı. Hər
adamın da yeməyini, səliqəsini bəyənməzdi.
Ana sözlərinə bir az ara verib dedi:
- İndi durun hazırlaşın, ancaq məni buraxmayın,
tez-tez yoxlayın. Qızım, mənə bir stəkan soyuq su ver,
ürəyim yandı.
Nərgiz göz yaşlarını silərək soyuducudan su
gətir-di. Ana onu axıracan içdi.
- İndi də məni böyrüüstə döndərin.
Qızlar onun istəyini yerinə yetirdilər.
Ana əllərini qoşalaşdırıb yastığın üstə qoydu,
üzünü əllərinə söykədi və dərin yuxuya getdi. Do-
daqlarından bir kəlmə söz çıxdı: “İsamın-Musamın
yanına gedirəm“. Yarım saatdan sonra ananın nəfəsi
kəsildi. Necə yatmışdısa eləcə də canını tapşırdı. Quş
kimi uçdu ana. Üzündə sual dolu bir ifadə əmələ gəl-
mişdi.
Nə yaxşı ki, nəvəsi, indi evin ağsaqqalı olacaq
Zöhrab nənəsini yoxlamaq üçün Bakıya gəlmişdi.
Onun içəri girməyilə ananın canını tapşırmağı bir ol-
du. Ana sanki oğlunun gəldiyini hiss etdi, arxayın-
lıqla əbədi dünyaya, əzizlərinin yanına köçdü.
Yunus həmişə deyirdi:
Salatın Əhmədli
223
-Məni öləndə anamın qəbrinin aşağısında bas-
dırın, qəbrimi elə qazın ki, anamdan uzaq düşməyim.
Ana deyirdi ki, qəbrimi elə qazın ki, oğluma ya-
nımda yer olsun.
Hər ikisinin istəyi yerinə yetmişdi.
Oğul ananın ayaqları altında əbədi yatırdı. Pey-
ğəmbərimiz Məhəmməd (ə.s) deyib: «Cənnət anaların
ayağı altındadır».
Ana ilə oğlu bir-birinə belə möhkəm tellərlə ana-
övlad məhəbbətiylə yanaşı müharibənin vurduğu ağrı-
lar, acılar bağlamışdı. Yunus uşaq yaşlarında
müharibənin ağır yükünü çiyinlərinə götürdü, gəlin
ana-sıyla birlikdə yetim qalmış bacı-qardaşlarını
böyütdü, anasının qeyrət dağarcığı oldu, uşaq ömrü
yaşamadı. O zaman gözünü açıb ətrafina baxmaq ona
nəsib oldu ki, kişisiz qalmış evin kişisidir, dərk elədi
ki, anası onun həm uşaqlıq dostu, həm cavanlıq dostu,
həm də anasıdır, həm də balalarının nənəsidir-
həyatının məna-sıdır. Ona görə də ömrü boyu üstündə
əsdi. Ölüm aya-ğında da yanında əbədi olmasını
istədi...
Heç kim bilmədi ki, qanlı-qadalı müharibələrə
nifrət Yunusun ürəyində, qəlbində kök atdı. Çünki
Salatın Əhmədli
224
müharibə onun kimi çox uşaqları yetim qoydu,
çiyinlərinə ağır yük verdi, dul qalmış ana, sahibsiz
qalmış bacı qeyrətini çəkməyə məcbur etdi. Yunus o
uşaqlardan oldu ki, müharibə onu əyə bilmədi. Qəlbin-
də nifrət bəslədiyi müharibənin acığına Yunus dağ
ürəkli anasına sağlığında olduğu kimi, öləndən sonra
da hayan olmağı borc bildi.
Başqalarına da ananı öldürə biləcək xəbəri
deməyi qadağan etmiş qızı anadan istəkli oğlunun
ölümünü gizlətdiyi üçün vicdan əzabı çəkirdi. Anlaya
bilmirdi ki, “günah” və yaxud “savab” bildiyi bu ya-
lanla onlara necə böyük yaxşılıq edib...
Dostları ilə paylaş: |