Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   10   11   12   13   14   15   16   17   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Öyrədici eksperiment. 
Öyrədici eksperimentdə, adından məlum olduğu kimi
eksperimental qrupların şagirdlərinə tədqiqatçının hazırladığı yeni sistem, yeni material
qayda və fəaliyyət növünün öyrənilməsi nəzərdə tutulur. Öyrədici eksperimentin 
metodikası əvvəlcədən işlənilir. Nələrin hansı ardıcıllıqla təqdim olunacağı və necə 


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
20 
öyrəniləcəyi müəyyənləşdirilir. Eksperimentator metodikanı eksperimental qrupların 
müəllimlərinə çatdırır. O, öyrədici eksperimentə başlamamışdan əvvəl müəllimlərlə təlim 
keçirir. Təlimbir daha müəllimlərin səviyyəsi, eksperimental tədqiqata həvəs və bacarıq, 
eksperimentə qoyulan ideya, fərziyyə və yeni sistemin xarakteri, əvvəlkindən fərqi
üstünlüyü və onun təcrübədə müvəffəqiyyətlə sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş 
çalışmaların növləri və məzmunu haqqında məlumat verir. Eksperimentator belə faktları 
qeydə almalı və bütün siniflərə göstəriş verməlidir.
 
Yoxlayıcı eksperiment.
Eksperimental tədqiqatın nəticələrinin obyektivliyi onun 
necə yoxlanılmasından da asılı olur. Eksperimental tədqiqatın nəticələri 
qiymətləndirilərkən didaktik prosesin komponentləri (müəllim, şagird, dərslik, dərs vəsaiti, 
didaktik material, iş şəraiti və s.) nəzərə alınmalıdır. Yoxlayıcı eksperiment ayrı
-
ayrı 
faktların alınması və ya
dəqiqləşdirilməsi üçün zəruri olan fərziyyənin yoxlanılması 
məqsədini daşıyır.
Yoxlayıcı eksperimentdən sonra eyni xarakterli dəqiqləşdirici 
eksperimentin aparılması da vacibdir. Belə təkrar eksperiment zamanı ideya və fərziyyə 
yeni şəraitdə yoxlanılır. Əvvəlki və təkrar yoxlayıcı eksperimentlərin nəticələrinin 
müqayisəsi fərziyyənin doğruluğu haqqında dəqiq və etibarlı qərar irəli sürülməsinə imkan 
verir.
Eksperimentin birinci mərhələsində müəyyənedici eksperiment zamanı bərabər 
səviyyəli eksperimental və
kontrol siniflərin hamısında sorğu eyni suallar əsasında aparılır. 
Onların hamısına eyni mətn üzrə yazı, eyni məsələ və misallar, eyni çalışmalar və s. verilir. 
Eksperimentdə dəqiq ölçmə və riyazi aparatdan bir vasitə kimi istifadə olunur. Didaktik 
tədqiqatların göstəricilərinin etibarlılığı şagirdlərin tam və aydın xarakteristikaları ilə 
bağlıdır. Müasir dövrümüzdə
uşaq pedaqoji proseslərin mərkəzində durduğundan sinfin 
xarakteristikasının tərtib olunması vacibdir.
Şagirdlərin inkişafının hərtərəfli ölçülməsi 
üçün etibarlı standart ekspertiza metodikası işlənməlidir. 
Didaktik eksperimentin (didaktik eksperimentdən fərqli olaraq metodik eksperiment 
bilavasitə tədris fənni sisteminə daxil olmaqla frontal xarakter daşıyır və didaktik 
eksperiment bəzən laborator eksperimentlə məhdudlaşdırılır) ən faydalı növlərindən biri 
çarpaz eksperimentdir. Mümkün olan amillərin eksperimentə təsirinin aradan qaldırılması 
və alınan nəticənin tam obyektivliyinin təmin edilməsi məqsədilə çarpaz (çarpazlaşan) 
eksperiment tətbiq
olunur: paralel siniflərdə (məktəblərdə) tətbiq olunan iş tərzinin yerləri 
dəyişdirilir və eksperiment davam etdirilir.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə