Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
24 
çıxarır, şifahi
-
məntiqi təfəkkürün formalaşdırılmasını çətinləşdirir, bu da öz növbəsində, 
təhsil prosesində məntiqi və qnostik metodlardan istifadə imkanlarını məhdudlaşdırır və 
bununla bağlı olaraq üstünlük induktiv, eləcə də izahlı
-
illüstrativ, reproduktiv və bəzən də 
axtarış metoduna verilir.
Təlim metodlarının seçilməsi və kompozisiyasında nəinki korreksiaedici təhsilin 
perspektiv vəzifələri, həmçinin təlimin konkret məqsədləri, məsələn, bacarıqların müəyyən 
qrupunun formalaşdırılması və yeni materialın mənimsənilməsi üçün lüğətin 
aktivləşdirilməsi və s.. İnkişafında ləngimələr olan şəxslərin timsalında, xüsusi təhsil 
sistemində ayrı
-
ayrı metodların tətbiqi ilə bağlı imkan və xüsusiyyətləri nəzərdən keçirək.
Təlimin şifahi metodlar çərçivəsində, kütləvi məktəb təcrübəsinə aid olan ən geniş 
yayılmış forması söhbətdir.
Həqiqətən də, söhbət bütün şəxsləri təlim prosesinə cəlb edir, 
onları canlı ünsiyyətə alışdırır və əldə olunmuş biliklərin möhkəmləndirilməsinə imkan 
yaradır. Bununla belə, xüsusi pedaqoqlar bu metodun bir sıra neqativ tərəflərini önə 
çəkirlər:

Söhbət aparılan zaman hər bir şəxsin qabiliyyətləri, imkanları və psixoloji 
xüsusiyyətləri zəif nəzərə alınır;

Müəllim dərsdə yeganə və mərkəzi fiqur sayılır;

Bu metodun universal sayılmağına baxmayaraq, reallıqda şəxsin bir fəaliyyəti 

əldə 
edilmiş biliklərin nümayişi icra edilir;

Şəxslərin cavabları formal (əvvəlcədən əzbərlənmiş) xarakter daşıyır;

Bir çox SİMŞ öz inkişaf xüsusiyyətinə uyğun olaraq söhbət vərdişinə yiyələnməmiş 
olur. Onlara müəyyən qədər vaxt lazımdır ki, öz söyləyəcəklərini şifahi şəkildə 
formalaşdırsın, söhbət zamanı müzakirə etsin, müəllimə sual versin, öz mövqelərini 
bildirsin və söhbət zamanı xüsusi nitq konstruksiyalarından istifadə etsinlər. 
Buradan belə nəticəyə gəlmək olur ki, söhbət ibtidai təhsil prosesində xüsusi təhsil 
ehtiyacı olan şəxslərin bir sıra kateqoriyaları üçün yeni biliklərin əldə edilməsində 
az məhsuldardır. Eyni zamanda, yeni materialla tanışlıq zamanı ilk mərhələdə 
şəxslərin bildiklərinin müəyyənləşdirilməsi, yeni lüğət və söz birləşmələrinin 
möhkəmləndirilməsi və sonda mənimsəmənin yoxlanılması üçün də qənaətbəxş 
deyildir.
İbtidai təhsildə xüsusi təhsilə ehtiyacı olan şəxslərin bir sıra kateqoriyaları üçün, kitab 
üzərində iş metodunun tətbiqinin, təhsil alanların nitq və intellektual inkişaf 
xüsusiyyətlərinə uyğun olaraq özünəməxsusluğu vardır. Çünki, yeni materialın izahı dərslik 
üzrə keçirilir, materialın tam mənimsənilməsi üçün müəllimin canlı və emosional çıxışı
öyrənilən materiala dair dəqiq misallarla müşayiət olunur.
Sağlamlıq imkanları məhdud 
şəxslərin bütün kateqoriyaları üçün xarakterik olan psixoloji xüsusiyyətlər
-
qavrayışın asta
-
asta baş verməsi, keçmiş təcrübədən güclü asılılıq, obyektin detallarının qeyri
-
dəqiq və 
hissə
-
hissə qavranılması, hissələrin təhlil və tərkibinin tam aparılmaması, ümumi və 
fərqləndirici elementlərin tapılmasında çətinliyin olması, forması və konturlarına görə 
obyektlərin dəqiq ayırd edilməməsi təlimin əyani metodlarının realizə olunmasını 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə