Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
25 
əsaslandırır.
Pedaqoq nəinki yalnız haqqında söhbət aparılan obyekti nümayiş etdirməli
həm də müşahidəni təşkil etməli və obyektin öyrənilməsinin vasitə və üsullarını tələbəyə 
aşılamalıdır. Pedaqoji prosesdə sensomator təcrübənin toplanması, müşahidənin vasitə və 
üsullarının möhkəmlədirilməsi və şifahi vasitələrdən istifadənin möhkəmləndirilməsi 
məqsədi ilə təcrübənin təmin edilməsi vacibdir.
Korreksiya
-
pedaqoji işin səmərəliliyindən əyani və praktik metodlarla birlikdə istifadə 
olunarsa, o zaman yüksələr. Sensomotor və sosial təcrübə, təlim
-
idraki fəaliyyət vərdişləri, 
dil, nitq və onun kommunikativ funksiyasının inkişafı üçün xüsusi didaktik mühit yaradılır. 
Bu zaman söhbət sözsüz ki, metodların sadə kombinasiyasından deyil, xüsusi korreksiya
-
təhsil texnologiyalarından gedir.
Praktik metodların bir növü də didaktik oyunlar və tapşırıqlardır. Bunlar həm də 
öyrənmənin stimulu rolunu oynayır. Oyunlar kiçik yaşlı məktəblinin həyatında 
məqsədyönlü yaradıcı fəaliyyət kimi əhəmiyyətli yer tutur və
məhdud imkanlı şəxslərin 
təlimində vasitə kimi istifadə etmə özünəməxsusluğuna malikdir. Həyati və praktik 
təcrübənin çatışmazlığı, qavrayışın inkişafı üçün əhəmiyyətli olan psixi funksiyaların 
inkişafdan qalması, oyunların sözlə ifadəsi və intellektual əskiklik belə şəxslərin oyunla 
təliminin vacibliyini, daha sonra isə oyundan korreksiya
-
təhsil prosesinin təlim metodu 
kimi istifadəsini ortaya çıxarır.
Beləliklə, xüsusi təhsildə maksimal səviyyədə korreksiya

pedaqoji effektin əldə 
edilməsi məqsədi ilə praktiki olaraq həmişə bir neçə metodun mürəkkəb uzlaşdırılmasından 
i
stifadə edilir. Belə uzlaşma ilə yaradılan kombinasiya və onların bu və ya digər situasiyada 
adekvat olması, xüsusi təhsil prosesinin spesifikasını müəyyənləşdirir. Buradan belə 
nəticəyə gəlkmək olar ki, xüsusi təhsil prosesi xüsusi təhsil (korreksiya
-
pedaqoji) 
texnologiyalarının tətbiqi ilə həyata keçirilir.
Korreksiya pedaqogikasında tərbiyə prosesi mürəkkəb şəraitdə baş verir. Tərbiyə 
olunanların məhdud imkanlarına baxmayaraq, təhsil sistemində ümumi qəbul edilmiş 
vəzifələrlə yanaşı, xüsusi ehtiyacların ödənilməsinin təmin edilməsi və tərbiyə olunanların 
inkişafında ilkin və yaxud sonrakı yayınmaların nəticəsində itirilmiş sosial, ünsiyyət və 
davranış vərdişləri və şəxsi keyfiyyətlərin formalaşdırılması həyata keçirilir. Tərbiyə uşağın 
inkişaf xüsusiyyətləri nəzərə alınmaqla fərdi şəkildə pedaqoq və digər şəxslərlə əməkdaşlıq 
prosesində həyata keçirilir. Xüsusi təhsil sistemində tərbiyə, təlim və korreksiya işi ilə sıx 
şəkildə bağlıdır və uşağın bütün həyat fəaliyyəti elementlərində iştirak edir.
Tərbiyə ancaq 
ənənəvi təhsil sisteminə məxsus olan tərbiyə işi ilə məhdudlaşdırılmır, həm də təlim 
fəaliyyəti və korreksiya

pedaqoji işi (terapiya) və qulluğu özündə birləşdirir. Pedaqoq
-
tərbiyəçi fasiləsiz olaraq məhdud imkanlı uşaqlara kömək etmək üçün fərdi metod, forma, 
vasitələr və xüsusi təhsil texnologiyalarının
axtarışında olur. Xüsusi təhsildə məhdud 
imkanlı uşaqların inkişaf xüsusiyyətləri nəzərə alınaraq tərbiyənin metodları dörd əsas 
qrupa bölünür:
Terapiya
(qədim yun. terapia 

“həkim qayğısı və müalicə”) 

məqsədi yüngülləşdirmə, 
simptomların aradan qaldırılması prosesi, həyat fəaliyyəti və sağlamlığın pozulmuş 
proseslərinin normala döndərilməsi və sağlamlığın bərpası;
 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə