Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   15   16   17   18   19   20   21   22   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
26 
İnformasiya metodları
(söhbət, məsləhət və KİV
-
dən istifadə, ətraf həyatdan 
nümunələr, müəllimin şəxsi nümunəsi, ekskursiyalar, görüşlər və
s.);
Praktik
-
hərəki metodlar

öyrətmə, termin, tərbiyəedici situasiya, oyun, əl əməyi, 
təsviri və bədii fəaliyyət, qeyri
-
ənənəvi metodlar 
– 
artterapiya (incəsənət nümunələri ilə 
korreksiya
-
pedaqoji iş), ippoterapiya (at sürülməklə korreksiya
-
pedaqoji kömək) və s.;
Oyadıcı
-
qiymətləndirici metodlar
(pedaqoji tələb, mükafatlandırma, mühakimə
qınama və cəzalandırma).
Sağlamlıq imkanları məhdud şəxslərin təlim metodları kimi tərbiyə metodları da, 
birincisi, realizə olunma xüsusiyyətləri daşıyır, ikincisi isə həm öz aralarında, həm də təlim 
metodları ilə uzlaşaraq 

kombinasiyaya girməklə xüsusi təhsil texnologiyaları əmələ gətirir.
Tərbiyə metodlarının seçilməsi və yaxud kombinə edilməsi şəxslərin yaş və fərdi 
xüsusiyyətlərinin nəzərə alınması, eləcə də inkişafda baş vermiş pozulmanın xarakteri və 
dərəcəsi, inkişafdakı yayınmanın xüsusiyyətləri və ailənin tərbiyə prosesində iştirakından 
asılıdır.
Bir neçə tərbiyə metodunun xüsusi təhsil sistemində tətbiqi xüsusiyyətlərini gözdən 
keçirək:
Sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq olan metodlar, tərbiyənin praktik
-
hərəki metodlarıdır. Bu metodlar, xüsusən, məktəbəqədər və kiçik məktəb yaşı dövründə, 
eləcə də intellektual pozulmalar və psixi inkişafı, nitqi və eşitmələrində pozulmalar olan 
uşaqlar üçün daha effektlidir. Öyrətmə və təlim metodları sosial davranış vərdişləri, sanitar
-
gigiyenik və təsərrüfat
-
məişət bacarıqları və özünü təşkiletmə vərdişləri formalaşdırılan 
zaman tətbiq edilir.
Bu və ya digər praktik
-
hərəki metodlar (oyun və tərbiyəedici situasiya) müxtəlif növ 
informasiya metodları ilə uzlaşdırılaraq tətbiq edilir. Tərbiyəedici informasiyanın qavrayışa 
adekvat olması
məzmununun çətinliyindən və şəxsin sensor imkanlarından asılıdır. Sosial 
təhsilin ilk etaplarında söhbət, nəqletmə, izah və bədii
ədəbiyyatın oxunmasının tərbiyə 
imkanları çox aşağı olur. Nitqdəki çatışmazlıq, intellektual kifayətsizlik, sosial və yaşam 
təcrübəsinin kasadlığı bəzi sağlamlıq imkanları məhdud şəxslərə
xalq nağıllarının əxlaqi
-
etik potensialı, prozaik və poetik mətnlərin mənasını tam şəkildə başa düşməyə və onlardan 
lazımi nəticə çıxartmağa imkan vermir
Korreksiya pedaqogikası xüsusi təhsilin prinsiplərini müəyyən təhsil 
texnologiyalarının köməyi ilə həyata keçirir. Pedaqoji təhsil texnologiyalarına təlim və 
tərbiyənin xüsusi metod və imkanlarının köməyi ilə təhsil prosesinin proyektləşdirilməsi 
kimi baxmaq olar. Təlim metodları özündə öyrətmə və öyrənmə metodlarını birləşdirir.
1.
Tədris
-
dərketmə fəaliyyətinin təşkili və həyata keçirilmə metodları (perseptiv, 
məntiqi və qnostik);
2.
Stimullaşdırma və tədris dərketmə fəaliyyətinin motivasiyası metodları;
3.
Nəzarət və özününəzarət metodları.
Perseptiv metodlar görmə və eşitmə qavrayışının şifahi şəkildə
ötürülməsi 
metodlarıdır. Bunlar əsasən, praktik və əyani , bundan əlavə
şifahi metodlardır.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə