Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   23   24   25   26   27   28   29   30   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
38 
mühitə adaptasiyaya imkan verən spesifik fəaliyyətin (idrak, əmək, estetik və s.) 
tərbiyəsidir;
3.
Korreksiyaedici təlim 
– 
əqli və fiziki inkişaf çatışmazlıqlarının islahı (aradan 
qaldırılması), psixi və fiziki funksiyalar, qorunmuş sensor sahə və neyrodinamik 
mexanizmlərin təkmlləşdirilməsi və qüsurların kompensasiyasıdır.
Korreksiyaedici pedaqogika sisteminin əsasını L.S.Vıqotski psixikanın tarixi
-
mədəni 
inkişafı nəzəriyyəsinəəsasən
belə formula etmişdir: qüsurun mürəkkəb strukturunu tipik və 
atipik şəxslərin ümumi psixi inkişaf qanunauyğunluqları təşkil edir. 
Təhsil prosesi, bütövlükdə formalaşdırılan funksiyalara istinad edir. Korreksiyaedici 
təhsilin qarşısında duran əsas vəzifələrdən biri şəxsin yaxın inkişaf zonasından aktual 
inkişafına tədricən və ardıcıl keçirilməsidir. 
Sağlamlıq imkanları məhdud şəxslərin korreksiyası və kompensator proseslərin 
həyata keçirilməsi, yalnız müəlim, tərbiyəçi, sosial müəllim və işçilərin fəaliyyətinə bələdçi 
ola biləcək yaxın inkişaf zonasının daima genişləndirilməsi ilə mümkündür. Yaxın inkişaf 
zonasının sistemli və gündəlik keyfiyyətli təkmilləşdirilməsi və səviyyəsinin yüksəldilməsi 
çox vacib məsələdir. Beləliklə də, SİMŞ
-
in problemlərinin həlli zamanı korreksiya işinin 
təşkili və aparılması nə qədər erkən başlanarsa, qüsur və onun fəsadları bir o qədər də 
uğurla aradan qaldırıla bilər. Sağlamlıq imkanları məhdud şəxslərin ontogenetik 
xüsusiyyətlərini nəzərə alaraq tədqiqatçılar korreksiya
-
təlim
-
tərbiyə işinin bir sıra 
prinsiplərini fərqləndirirlər:
1.
Diaqnostika və inkişaf korreksiyasının vahidliyi prinsipi;
2.
Təlimin korreksiya
-
inkişafetdirici yönümlülüy
prinsipi;
3.
Təhsil prosesində diaqnostikaya kompleks yanaşma və şəxslərin imkanlarının 
realizəsi prinsipi;
4.
Orqanizmin sistem və funksiyalarına tibbi
-
psixoloji
-
pedaqoji korreksiyanın erkən
-
çağalıq dövründə müdaxiləsi prinsipi;
5.
Aparılmış psixo
-
pedaqoji tədbirlər sisteminin nəticələrinin yüksəldilməsi məqsədi 
ilə orqanizmin sağlam və kompensator mexanizmlərinə istinad prinsipi;
6.
Korreksiya təhsili çərçivəsində fərdi və diferensasiyalı yanaşma prinsipi;
7.
Xüsusi məktəbəqədər, məktəb və peşə
-
texniki korreksiya təhsilinin fasiləsizlik və 
ənənəvilik prinsipi.
Hər hansı bir məzmunun zahiri ifadəsinə forma deyilir. Təlimin təşkilat formaları 
müəllimlə şagirdin müəyyənləşdirilmiş qayda və rejimdə həyata keçirilən birgə fəaliyyətinin 
zahiri ifadəsidir. Təlimin təşkilat formaları müxtəlif meyarlara görə aşağıdakı kimi təsnif 
olunur:
1.
Şagirdlərin sayına görə kollektiv, qrup, mikroqrup və fərdi məşğələlər; 
2.
Öyrənmə yerinə və müəssisənin növünə görə məktəbə qədər (məşğələlər), məktəb 
(dərs, emalatxana, laboratoriya və məktəbin həyatyanı sahəsində iş) və məktəbdən 
kənar (ekskursiya, evdə məşğələ və s.); 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə