Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
39 
3.
Tədris məşğələlərinin müddətinə görə 

dərslər (40
-
45 dəq.), fərdi və qruplarla 
korreksiya məşğələləri (müalicəvi fiziki tərbiyə, müəllim
-
defektoloqla məşğələlər 
və 15
-
20 dəqiqəyə qədər) və günü uzadılmış qruplar sistemində iş (özü hazırlıq 
60-
90 dəq.);
4.
Tədris prosesinin istiqamətinə və təlimin məqsəd və vəzifələrinə görə fərdi 
korreksiya məşğələləri, psixo
-
motorika və sensor proseslərin inkişafı üzrə 
məşğələlər, iynə terapiyası və s..
Təlimin konkret təşkilat forması dərs, praktikum seminar və fakültativ məşğələlər, 
təlim ekskursiyaları, müsahibə, fərdi və qrup məsləhətləşmələri , dərsdənkənar formalara 
əmək təlimi və evdə şagirdlərin təlim işi aiddir.
Təlimin təşkilində əsas forma dərs (sinif) forması hesab olunur. Dərs tədris prosesinin 
məna, vaxt və təşkili baxımından ən bitkin formasıdır.Təlimin dərs
-
sinif formasının 
aşağıdakı xüsusiyyətləri vardır:
1.
Təxminən eyni yaş və hazırlıq səviyyəsinə malik şagirdlərin sabit tərkibinin 
olması;
2.
Hər bir sinfin özünün illik planına əsasən işləməsi (təlimin planlaşdırılması); 
3.
Tədris prosesinin bir
-
biri ilə qarşılıqlı əlaqədə olan və bir
-
birindən sonra gələn 
hissələr kimi həyata keçirilməsi;
4.
Hər bir dərsin ancaq bir fənnə həsr olunması;
5.
Dərslərin cədvəl üzrə növbələşdirilməsi;
6.
Dərsin müəllimin rəhbərliyi və nəzarəti altında keçirilməsi;
7.
Dərsdə şagirdlərin idrak fəaliyyətinin müxtəlif növ və formalarının tətbiq olunması 
(fəaliyyətin variantlı təşkili).
Dərs təlimin digər formalarından ciddi təşkilatı strukturu, vaxt və şagird tərkibinə 
görə fərqlənir. Dərsə verilən tələblər sosial sifarişlə, şagirdlərin şəxsi təlabatları, təlimin 
məqsəd və vəzifələri, təlim
-
tərbiyə prosesinin qanunauyğunluğu və prinsipləri ilə müəyyən 
edilir.
Dərs aşağıdakı tələblərə cavab verməlidir:
1.
Elmin ən qabaqcıl nailiyyətləri və qabaqcıl təcrübədən istifadə etməklə təhsil
təlim
-
tərbiyə prosesinin qanunauyğunluqları əsasında dərsi təşkil etmək;
2.
Dərsdə bütün didaktik prinsip və qaydaları optimal həyata keçirtmək;
3.
Şagirdlərin maraq, meyl və
tələbatlarını nəzərə almaqla onların məhsuldar idrakı 
fəaliyyəti üçün lazımi şəraiti təmin etmək; 
4.
Fənlərarası əlaqəni təmin etmək; 
5.
Əvvəl öyrənilmiş bilik və bacarıqlarla əlaqə yaratmaq və şagirdlərin nail olduqları 
inkişaf səviyyəsinə istinad etmək;
6.
Şəxsiyyətin bütün sahələrinin inkişafını motivasiya etmək və fəallaşdırmaq;
7.
Təlim
-
tərbiyə fəaliyyətinin bütün mərhələlərinin ardıcıllığı və emosionallığını 
təmin etmək;



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə