Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə31/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   27   28   29   30   31   32   33   34   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
44 

Həmsöhbətlərini dinləməyi və alternativ fikrə hörmət etməyi öyrənirlər;

Müxtəlif sosial vəziyyətləri modelləşdirmək, müxtəlif həyatı vəziyyətlərə qoşulmaq 
və bu həyatı duymaqla öz sosial təcrübələrini zənginləşdirirlər;

Qrupda konstruktiv münasibətlər qurmağı, yerlərini müəyyənləşdirməyi
münaqişələrdən
qaçmağı, onları həll etməyi, kompromis axtarmağı və dialoqa 
girməyə səy göstərməyi öyrənirlər;

Təlim materiallarını təhlil edir və onlara yaradıcı yanaşırlar;

Problemin ümumi həllini tapırlar; 

Layihələrdə fəaliyyət göstərmək, müstəqil işləmək və yaradıcı işlər görməyə 
alışırlar və s.. İnteraktiv metodlar müəllim və şagird əməkdaşlığını reallaşdırır, 
onları qarşılıqlı konstruktiv hərəkətə alışdırır, dərsdə psixoloji mühiti 
sağlamlaşdırır və xoş abu
-
hava yaradır.
Azərbaycanda interaktiv metodlarla işləyən
müəllimlərin iş təcrübəsi xarici 
təcrübənin səmərəliliyini təsdiq edir. Lakin təlim prosesində məsələyə yanaşmada tam 
təqlid, köçürmə baş verməməlidir . Hər bir fəal və işgüzar Azərbaycan müəllimi şagirdlərin 
sosial şəraitini, ictimai mühitini və milli mentalitetini, adət
-
ənənələri, fənni, mövzunun 
fundamentallığını və ya praktikliyini, fənlərarası əlaqəni, hətta biliklərin
inteqrasiyasını, yaş 
və həyati təcrübə səviyyəsini və pedaqoji
-
metodik və psixoloji
-
iradi xüsusiyyətlərini nəzərə 
almalı, prosesin təşkilinə yaradıcı yanaşmalıdır. Qeyd edək ki, interaktiv təlim 
metodlarından həmişə istifadə etmək onun təsirini azalda bilər. Həqiqi təlim üçün metod və 
texnologiyalar qarşıya qoyulmuş məqsəd və şəraitdən asılı olaraq seçilməlidir. Müəllimlər 
fənn, mövzu və şagirdlərin təcrübə və bilik səviyyəsinə görə bütün təlim modellərində 
müxtəlif metodika və texnologiyalardan istifadə etməlidirlər. Əsas odur ki, təlim şagirdləri 
inkişaf etdirsin. 
Təlimin fəal metodları dedikdə, öyrənənlərin məlumatlandırılması, idrak müstəqilliyi, 
fikri fəallığını və yaradıcılığını artıran metodlar nəzərdə tutulur. İnteraktiv təlim qarşılıqlı 
fəaliyyət prosesində yaradıcı fəaliyyətə əsaslanma deməkdir. Bu gün məktəb nə üçün 
interaktiv təlim sorağındadır? Ənənəvi təlimin mahiyyəti ondan ibarətdir ki, təlimdə 
müəllimin fəaliyyətinin izahlı illüstrativ xarakteri üstünlük təşkil edir. Birinci yerdə yalnız 
tədris vəzifələri ilə məhdudlaşdırılan fənn xarakterli bilik, bacarıq və vərdişlərə yiyələnmə 
durur.
Müəllimin fəaliyyəti hər şeyin aydın olması və başa düşülməsini təmin edə bilməyə 
yönəldilir. Bu da təlim fəaliyyətinin yerinə yetirilməsi zamanı müəllimin başlıca meyarına 
çevrilir. 
Ənənəvi təlim tipində müəllim
-
şagird münasibətləri birtərəfli idi. Xüsusi təhsil 
məktəblərində şagirdlər müəllimin dediklərini icra edir

o, təqlid edilir. Dərsdə müəllimlə 
şagirdlər ancaq işgüzar əlaqə saxlayırlar. İnteraktiv təlim şagirdlərə həm bilik vermə 
məsələləri, həm də onları iradi, əxlaqi, əqli, estetik, mədəni və hüquqi dəyərlər yönümündə 
inkişaf etdirib formalaşdırır. İnteraktiv metodları aktuallaşdıran bir sıra tələblər vardır:
1.
İnsanların bazar iqtisadiyyatı şəraitində yaşaması və hər kəsin özünü bu 
cəmiyyətdə yaşaya bilməsi üçün hazırlaması zərurəti;



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə