Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
35 
 
Qiymətləndir
m
ə
 
“T
ədqiqat vasitəsi ilə mövcud problemləri aşkar edir

 
1.
“Korreksiya pedaqogikasında elmi
-
tədqiqat prosesinin quruluşu” mövzusunda təqdimat 
hazırlayın. Təqdimatın mövzusuna aid müzakirə sualları hazırlayın.


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
36 
1.4. Problemlərin həlli yollarını izah edir
 
Korreksiya pedaqogikasında istifadə edilən müasir texnologiyalar 
Müasir dövrdə təhsil proseslərinin inkişafı, bu sahədə yeni psixoloji
-
pedaqoji 
tədqiqatların aparılması, yenilikçi müəllimlərin böyük təcrübəsi, elmi ədəbiyyatlara təlim 
texnologiyaları və təlim prosesinə texnoloji yanaşma kimi termin və anlayışları gətirdi. 
Pedaqoji texnologiyalar dedikdə, əvvəlcədən verilmiş mövzuların texnoloji təlimi üçün 
işlənib hazırlanmış optimal didaktik
proseslər və texnoloji proqramların hazırlanması başa 
düşülür. 
Texnoloji yanaşmada texnoloji vasitələrdən istifadə edilməklə, təlim prosesinin idarəsi 
və tədris məqsədlərinin uğurlu həlli nəzərdə tutulur. Texnoloji yanaşmaya görə təlimin 
məqsədi şagirdin vəziyyəti və onun bilikləri, fikir, hiss və davranışlarını dəyişməkdir. 
Təlim prosesində texnoloji yanaşma:

Təlim prosesinin idarə edilməsi və onların əvvəlcədən müəyyənləşdirilməsi; 

Əməli təcrübənin elmi əsaslarla sistemləşdirilməsi və təhlil edilməsi; 

Təhsil və sosial tərbiyə problemlərinin kompleks şəkildə həll edilməsi;

Şəxsiyyətin inkişafı üçün münbit şəraitin yaradılması;

Mövcud imkanlardan optimal şəkildə istifadə sosial
-
pedaqoji problemlərin uğurla 
həll edilməsinə imkan verir.
Təlim texnologiyaları 

elmi əsaslarla qurulmuş zaman, məkan və nəzərdə tutulan 
nəticələrin əldə edilməsi, proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin 
fəaliyyət göstərməsi sistemidir. 
Təlim texnologiyaları şaquli və üfüqi struktura malikdir. Pedaqoji texnologiyaların 
şaquli 
strukturuna 
metatexnologiya, 
makrotexnologiya,
mezatexnologiya 
və 
mikrotexnologiyalar daxildir. Metatexnologiya dedikdə, bütövlükdə, ölkənin təhsil prosesini 
əhatə edən ümum pedaqoji (ümumdidaktik və ümumtərbiyə) texnologiyalar başa düşülür. 
Makrotexnologiya və ya pedaqoji sahə texnologiyalarına hər hansı bir təhsil sahəsi 
çərçivəsində, təlim
-
tərbiyə və tədris fənlərinə yönəldilmiş fəaliyyəti əhatə edən 
texnologiyalar aid edilir (məsələn, hər hansı bir tədris fənninin tədrisi texnologiyaları, 
kompensasiyaedici təlim texnologiyaları və s.).
Mezatexnologiya, yaxud modullaşdırılmış lokal texnologiyalar tədris
-
tərbiyə 
prosesinin lokal, didaktik, metodik və tərbiyə məsələlərinin ayrı
-
ayrı hissələrinin 
(modulların) həllinə yönəldilmiş texologiyaları özündə əks etdirir (məsələn, mövcud 
mövzunun araşdırılması və ya mənimsənilməsi üçün texnologiyalar). Adından göründüyü 
kimi, mikrotexnologiyalar kiçik və dar çərçivədə operativ məsələlərin həllinə yönəldilmişdir 
və pedaqoji proses subyektlərinin fərdi qarşılıqlı fəaliyyəti, yaxud özünə təsirinə aid edilən 
(şəxsiyyət
-
təmas səviyyə) texnologiyalardır. Məsələn, yazı vərdişlərinin formalaşdırılması 
texnologiyası və fərdin ayrı
-
ayrı keyfiyyətinin korreksiyası üzrə trenninqlər və s.
Pedaqoji texnologiyaların üfüqi strukturu üç əsas cəhəti özündə birləşdirir:

Elmi texnologiyalar, hansı ki, müəyyən pedaqoji problemin pedaqoji nəzəriyyə və 
təcrübənin elmi nailiyyətlərinə əsaslanaraq həlli yollarını araşdırır;



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə