|
Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqıKorreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərinGİRİŞ
Hörmətli oxucu!
Korreksiya pedaqogikası sahəsində yeni üsulların tətbiqi və fəaliyyətin
təkmilləşdirilməsi istiqamətində bir çox işlər görülmüşür. Bu metodların köməyi ilə
öyrənilən məsələ və proseslə əlaqədar faktlar toplanır, sonra onlar təhlil edilir,
ümumiləşdirmələr aparılır, elmi cəhətdən əsaslandırılmış nəticələr çıxarılır və təhsil
müəssisələrinə təkliflər verilir. Korreksiya pedaqogikasında pedaqoji metod və üsullar
məzmuna görə bölünür. Bu bölgüyə həm pedaqoji hadisə və proseslərin faktlarının
öyrənilməsinə xidmət edən metodlar, həm də bu metodların köməyi ilə öyrənilən məsələ və
proseslə əlaqədar olan faktlar daxildir. Bu modulda pedaqoji tədqiqat metodları və onların
səciyyəvi xüsusyyətləri təhlil olunaraq metodoloji prinsiplər qeyd olunub.
Modul 2 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə
meyarlarının məzmunu açıqlanmış və verilən məzmunun möhkəmləndirilməsi üçün
“Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığının
qiymətləndirilməsi üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsi SİMŞ
-
in inkişafı üçün kompleks korreksiya tədbirləri ilə bağlı
tədqiqatların aparılması istiqamətində məlumat mənbələrinin seçilməsi, uyğun tədqiqat
metodlarının istifadəsi,
təhlili və həmin metodlar vasitəsi ilə mövcud problemlərin aşkar
edilməsini əks etdirir. Korreksiya pedaqogikası sahəsində fakt, nəzəriyyə, qayda və
metodlar təhlil edilməklə onların təcrübədə tətbiq olunması üçün əlverişli yanaşmalar da
bu təlim nətəcəsində müəyyən edilir.
İkinci təlim nəticəsi korreksiya pedaqogikasında fəaliyyətin təkmilləşdirilməsi üçün
yeni üsul və yanaşmaların təcrübədə tətbiq edilməsini,
habelə korreksion pedaqoqların
müəyyən olunmuş meyarlar əsasında fəaliyyət və bacarıqlarının artırılması və
qiymətləndirilməsini əks etdirir.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək fəaliyyətinizin yüksək səviyyədə
qurulmasının əsası sizə təqdim edilən materialların həm nəzəri, həm də praktiki
mənimsənilməsindən çox asılıdır.
|
|
|