Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi
12
1.1.
T
ədqiqatın aparılması üçün uyğun məlumat mənbə
l
əri və təcrübə
l
əri seçir
Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri
Digər
elm sahələrində olduğu kimi, korreksiya pedaqogikası da elmi
-
tədqiqatların
nəticəsində inkişaf edib yeni
-
yeni müddəalarla zənginləşdirilir. Pedaqoji tədqiqatlar SİMŞ
-
in
təlim
-
tərbiyə prosesinin təkmilləşdirilməsi və müəyyən
qanunauyğun əlaqələrin üzə
çıxarılması məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodologiyası
dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür.
Ümumi metodoloji prinsip kimi pedaqoji məsələlərin öyrənilməsində müasir yanaşma
prinsipi əsas götürülür. Bundan əlavə, pedaqoji tədqiqatlarda
bəzi xüsusi metodoloji
prinsiplər də tətbiq olunur:
•
Fəaliyyət prinsipi;
•
Şəxsiyyət baxımından, yanaşma prinsipi;
•
Sistemlilik prinsipi və s.
Tədqiqatın müvəffəqiyyəti onun metodlarının düzgün seçilib tətbiq edilməsi ilə sıx
bağlıdır.
Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemin həll edilməsi üçün
istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Bu metodların
köməyi ilə
öyrənilən məsələ və proseslə əlaqədar faktlar toplanır, təhlil edilir, ümumiləşdirmələr
aparılır, elmi cəhətdən əsaslandırılmış nəticələr çıxarılır və təhsil
müəssisələrinə təkliflər
verilir.
Bir sıra tədqiqat üsulları mövcuddur. Onları mənbələrinə görə şərti olaraq beş qrupa
bölmək olar:
•
Nəzəri tədqiqat üsulları;
•
Praktik tədqiqat üsulları;
•
Eksperimental tədqiqat üsulları;
•
Tarixi
-
müqayisəli tədqiqat üsulları;
•
Riyazi üsullar.
Pedaqoji tədqiqatda bəzən müəyyən pedaqoji hadisənin dərindən dərk edilməsi üçün
onun təhlil edilməsi lazım gəlir. Eyni problem üzrə aparılmış müxtəlif tədqiqatlarda oxşar
cəhətləri üzə çıxarmaq və ümumiləşdirmələr aparmaq xeyli faydalı olur. Nəzəri pedaqoji
ümumiləşdirmələr ən çox tərkibin məhsulu olur. Nəzəri tədqiqatda
daha geniş istifadə
olunan təhlil və tərkibin birliyidir.
Bir çox hallarda tədqiqatçının fəaliyyəti pedaqoji
hadisələrin təhlili və ya tərkib olunması ilə məhdudlaşmır,
hissələr və ya əlamətlərə ayrılan
pedaqoji hadisələr sonra ümumiləşdirilir və elmi anlayış yaradılır.
Nəzəri tədqiqatda
induksiya və deduksiya kimi vasitələrdən də istifadə edilir. Məlum olduğu kimi induksiya
elmi faktların toplanması, həmin faktlar üçün ümumi əlamətlərin üzə çıxarılması və bu
əsasda ümumiləşdirmə aparılması prosesidir. Deduksiya, isə, əksinə, ümumi pedaqoji fikir
əsasında müəyyən qrup pedaqoji faktların nəzərdən
keçirilməsi və həmin fikrə