Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   2   3   4   5   6   7   8   9   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

TƏLİM NƏTİCƏSİ 
1
 
SİMŞ
-
NİN İNKİŞAFI ÜÇÜN 
KOMPLEKS KORREKSİYA 
TƏDBİRLƏRİ İLƏ BAĞLI 
TƏDQİQATLAR APARMAQ


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
12 
1.1. 
T
ədqiqatın aparılması üçün uyğun məlumat mənbə
l
əri və təcrübə
l
əri seçir
 
Pedaqoji tədqiqat metodları və onların səciyyəvi xüsusiyyətləri 
Digər elm sahələrində olduğu kimi, korreksiya pedaqogikası da elmi
-
tədqiqatların 
nəticəsində inkişaf edib yeni
-
yeni müddəalarla zənginləşdirilir. Pedaqoji tədqiqatlar SİMŞ
-
in 
təlim
-
tərbiyə prosesinin təkmilləşdirilməsi və müəyyən qanunauyğun əlaqələrin üzə 
çıxarılması məqsədi ilə planlı şəkildə aparılan axtarışlardır.
Tədqiqatlar müxtəlif metodların köməyi ilə aparılır. Tədqiqatın metodologiyası 
dedikdə, tədqiqat zamanı rəhbər tutulan metodoloji prinsiplərin məcmusu başa düşülür.
Ümumi metodoloji prinsip kimi pedaqoji məsələlərin öyrənilməsində müasir yanaşma 
prinsipi əsas götürülür. Bundan əlavə, pedaqoji tədqiqatlarda bəzi xüsusi metodoloji 
prinsiplər də tətbiq olunur:

Fəaliyyət prinsipi; 

Şəxsiyyət baxımından, yanaşma prinsipi; 

Sistemlilik prinsipi və s.
Tədqiqatın müvəffəqiyyəti onun metodlarının düzgün seçilib tətbiq edilməsi ilə sıx 
bağlıdır.
Pedaqoji tədqiqatın metodları dedikdə, müəyyən elmi problemin həll edilməsi üçün 
istifadə olunan yol və vasitələrin məcmusu başa düşülür. Bu metodların köməyi ilə 
öyrənilən məsələ və proseslə əlaqədar faktlar toplanır, təhlil edilir, ümumiləşdirmələr 
aparılır, elmi cəhətdən əsaslandırılmış nəticələr çıxarılır və təhsil müəssisələrinə təkliflər 
verilir.
Bir sıra tədqiqat üsulları mövcuddur. Onları mənbələrinə görə şərti olaraq beş qrupa 
bölmək olar:

Nəzəri tədqiqat üsulları;

Praktik tədqiqat üsulları;

Eksperimental tədqiqat üsulları; 

Tarixi

müqayisəli tədqiqat üsulları;

Riyazi üsullar.
Pedaqoji tədqiqatda bəzən müəyyən pedaqoji hadisənin dərindən dərk edilməsi üçün 
onun təhlil edilməsi lazım gəlir. Eyni problem üzrə aparılmış müxtəlif tədqiqatlarda oxşar 
cəhətləri üzə çıxarmaq və ümumiləşdirmələr aparmaq xeyli faydalı olur. Nəzəri pedaqoji 
ümumiləşdirmələr ən çox tərkibin məhsulu olur. Nəzəri tədqiqatda daha geniş istifadə 
olunan təhlil və tərkibin birliyidir.
Bir çox hallarda tədqiqatçının fəaliyyəti pedaqoji 
hadisələrin təhlili və ya tərkib olunması ilə məhdudlaşmır,
hissələr və ya əlamətlərə ayrılan 
pedaqoji hadisələr sonra ümumiləşdirilir və elmi anlayış yaradılır. Nəzəri tədqiqatda 
induksiya və deduksiya kimi vasitələrdən də istifadə edilir. Məlum olduğu kimi induksiya 
elmi faktların toplanması, həmin faktlar üçün ümumi əlamətlərin üzə çıxarılması və bu 
əsasda ümumiləşdirmə aparılması prosesidir. Deduksiya, isə, əksinə, ümumi pedaqoji fikir 
əsasında müəyyən qrup pedaqoji faktların nəzərdən keçirilməsi və həmin fikrə 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə