Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   2   3   4   5   6   7   8   9   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

GİRİŞ
 
Hörmətli oxucu! 
Korreksiya pedaqogikası sahəsində yeni üsulların tətbiqi və fəaliyyətin 
təkmilləşdirilməsi istiqamətində bir çox işlər görülmüşür. Bu metodların köməyi ilə 
öyrənilən məsələ və proseslə əlaqədar faktlar toplanır, sonra onlar təhlil edilir
ümumiləşdirmələr aparılır, elmi cəhətdən əsaslandırılmış nəticələr çıxarılır və təhsil 
müəssisələrinə təkliflər verilir. Korreksiya pedaqogikasında pedaqoji metod və üsullar 
məzmuna görə bölünür. Bu bölgüyə həm pedaqoji hadisə və proseslərin faktlarının 
öyrənilməsinə xidmət edən metodlar, həm də bu metodların köməyi ilə öyrənilən məsələ və 
proseslə əlaqədar olan faktlar daxildir. Bu modulda pedaqoji tədqiqat metodları və onların 
səciyyəvi xüsusyyətləri təhlil olunaraq metodoloji prinsiplər qeyd olunub.
Modul 2 təlim nəticəsindən ibarətdir. Hər bir təlim nəticəsi üzrə qiymətləndirmə 
meyarlarının məzmunu açıqlanmış və verilən məzmunun möhkəmləndirilməsi üçün 
“Tələbələr üçün fəaliyyətlər” və təhsilalanın məzmunu hansı səviyyədə qavradığının 
qiymətləndirilməsi üçün “Qiymətləndirmə” bölməsi verilmişdir.
Birinci təlim nəticəsi SİMŞ
-
in inkişafı üçün kompleks korreksiya tədbirləri ilə bağlı 
tədqiqatların aparılması istiqamətində məlumat mənbələrinin seçilməsi, uyğun tədqiqat 
metodlarının istifadəsi,
təhlili və həmin metodlar vasitəsi ilə mövcud problemlərin aşkar 
edilməsini əks etdirir. Korreksiya pedaqogikası sahəsində fakt, nəzəriyyə, qayda və 
metodlar təhlil edilməklə onların təcrübədə tətbiq olunması üçün əlverişli yanaşmalar da 
bu təlim nətəcəsində müəyyən edilir.
İkinci təlim nəticəsi korreksiya pedaqogikasında fəaliyyətin təkmilləşdirilməsi üçün 
yeni üsul və yanaşmaların təcrübədə tətbiq edilməsini,
habelə korreksion pedaqoqların 
müəyyən olunmuş meyarlar əsasında fəaliyyət və bacarıqlarının artırılması və 
qiymətləndirilməsini əks etdirir. 
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək fəaliyyətinizin yüksək səviyyədə 
qurulmasının əsası sizə təqdim edilən materialların həm nəzəri, həm də praktiki 
mənimsənilməsindən çox asılıdır. 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə